ANAMA əməkdaşları, arxiv şəkli

İşğaldan azad olunan əraziləri təmizləmək çox zaman alacaq

86
(Yenilənib 19:47 10.10.2020)
ANAMA: "20 ilə yaxındır fəaliyyət göstərən ANAMA bölgələrdə öncəki əməliyyatlardan qalan hərbi sursatlar aşkarlayır".

BAKI, 10 oktyabr — Sputnik. "2000-ci ildən 2020-ci ilə qədər ANAMA tərəfindən 546 milyon kvadrat metrden artıq ərazi təmizlənib".

Bu barədə Bərdədə keçirilən brifinqdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin Əməliyyatlar üzrə meneceri Elnur Qasımov danışıb.

Onun sözlərinə görə, ANAMA-nın əməkdaşları tərəfindən aşkar olunan mina və hərbi sursatların sayı 808 min 895 ədəd olub.

Qurumun rəsmisi hesab edir ki, işğaldan azad edilmiş ərazilərin təmizlənməsinə çox zaman gedəcək:

"Artıq 20 ilə yaxındır fəaliyyət göstərən ANAMA bölgələrdə öncəki əməliyyatlardan qalan hərbi sursatlar aşkarlayır".

O qeyd edib ki, ərazilərimiz azad olunandan sonra respublikamız əlavə problemlə rastlaşacaq. Lakin bunun aradan qaldırılması üçün bütün resurslarımız, tələb olunan yolların, infrastrukturların təmizlənməsinə imkan var.

"Təbii ki, düşmənin istifadə etdiyi silah-sursat texnikaları yeniləndikcə, bizim də yeni texnikalara ehtiyacımız olacaq. Əminik ki, bu istiqamətdə də dövlətimiz bizə dəstək verəcək", - deyə menecer əlavə edib.

86
Əlaqədar
Səhv hüququ olmayan peşə sahibləri – ANAMA-nın əməliyyatından reportaj
ANAMA əhaliyə xəbərdarlıq etdi
Ermənistan ordusunun atəşi nəticəsində ANAMA-nın əməkdaşı xəsarət aldı
Uşaqları oyuncağı xatırladan bombacıqlardan uzaq tutmalı - ANAMA-dan xəbərdarlıq
ANAMA-nın cəbhəboyu əməliyyatları: dron da vurdular
Evdən icazəsiz çıxan koronavirus xəstəsi

Gəncədə 30 nəfərə cinayət işi açıldı

0
(Yenilənib 16:30 16.01.2021)
Orxan Məmmədov koronavirus testinin nəticəsi pozitiv çıxmasına baxmayaraq avtoyuma məntəqəsinə gələrək orada işləyib

BAKI, 16 yanvar — Sputnik. Gəncə sakini Orxan Məmmədov koronavirus testinin nəticəsinin pozitiv çıxması, özünü təcrid edərək yaşadığı evdə müalicə almalı olduğu halda şəhər ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsinə gələrək, orada işlyib. Müştərilərlə mütəmadi təmasda olaraq onlara infeksiyaya yoluxma təhlükəsi yaratdığından polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə göndəriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bundan başqa, polislər şəhər ərazisindəki stasionar postda xidmət aparan zaman ayrı-ayrılıqda şəhər sakinləri Elnurə Verdiyeva və Sənan Hacıyevin də təcrid qaydalarına riayət etməyərək, sağalmadan yaşadığı evlərini tərk etdiklərini aşkar edib. Vətəndaşlara pandemiya barədə ümumi məlumat verilərək yaşadıqları evlərə göndəriliblər.

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə aparılan tədbirlər nəticəsində Gəncə şəhərində ümumilikdə 30 nəfərin xəstəliyə yoxluxduğu halda yaşayış yerini tərk etməsi aşkarlanıb ki, həmin şəxslər barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Lotereya, arxiv şəkli

Lotereyamız udanda pulunu türklərdən istəyəcəyik

0
Müqavilənin təsdiqlənməsindən sonra “YMT Sans B.V.” şirkəti ilə təhvil-təslim işləri beş ay müddətində həyata keçiriləcək

BAKI, 16 yanvar - Sputnik. Prezident İlham Əliyev “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb.

Sputnik Azərbaycan bildirir ki, sənədə görə, “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilir.

Bununla bağlı Nazirlər Kabineti Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkəti arasında “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə”nin bağlanmasını iki ay müddətində təmin etməli, müqavilə bağlandıqdan sonra isə təsdiqləməlidir.

NK həmçinin prosedurla əlaqədar lotereyaların, idman mərc oyunlarının təşkili və keçirilməsi, vergitutma, malların (işlərin və ya xidmətlərin) satın alınması ilə bağlı dövlət satınalmaları, dövlətə məxsus hüquqi şəxslərin daxili və xarici borcalması, o cümlədən borcalmanın yuxarı həddi, habelə paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması sahələrində mövcud tələblərin və prosedurların sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Azərbaycan İqtisadiyyat Nazirliyi isə müqavilənin təsdiqlənməsindən sonra “YMT Sans B.V.” şirkəti ilə təhvil-təslim işlərini beş ay müddətində həyata keçirməlidir.

0