Koronavirusа qarşı peyvənd, arxiv şəkli

ABŞ Rusiyanın koronavirusa qarşı peyvənd hazırladığına inanmır

27
(Yenilənib 10:07 09.10.2020)
Uilliam Evanina deyib ki, Rusiya əhalisinin yarısının inanmadığı şeyə o da inanmır və "Sputnik V"nin qlobal bazara çıxarıla biləcəyinə əmin deyil.

BAKI, 9 oktyabr - Sputnik. ABŞ-ın Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru Uilliam Evanina Rusiya, Çin və İranın ABŞ peyvəndi kimi vaksin yaratmağa çalışdığını söyləyib. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Evanina Rusiya ilk olaraq rəsmi şəkildə "Sputnik V" peyvəndini hazırladığını açıqlasa da, buna inanmır.

"Rusiya əhalisinin yarısının buna inanmadığı barədə xəbərlərə malikəm. Bu səbəbdən də Rusiyanın həmin peyvəndi qlobal bazara çıxara biləcəyinə əmin deyiləm". 

Evaninanın sözlərinə görə, adı çəkilən ölkələr ABŞ peyvəndinin inkişafına dair məlumatları oğurlamağa çalışırlar.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp ölkəsində peyvəndin hələ seçkilərdən sonra hazır olacağını bildirmişdi.

ABŞ yeni koronavirus infeksiyası hallarına görə dünyada birinci yerdədir. Cons Hopkins Universitetinin son məlumatlarına görə, ölkədə 7,5 milyondan çox koronavirus xəstəsi qeydə alınıb. Onların 211 mindən çoxu ölüb. 2,9 milyondan çox xəstə isə sağalıb.

27
Türkiyə bayrağı, arxiv şəkli

Məsud, müvəffəqiyyətli müzəffər dövlətin yaradılmasının 97-ci ildönümdür

1
Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

BAKI, 29 oktyabr - Sputnik. Bu gün, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü qeyd olunur.

Sputnik Azəbaycan xəbər verir ki, siyasi böhrandan çıxa bilməyən Osmanlı dövlətinin hökuməti 1923-cü il oktyabrın 25-də istefaya gedib. Növbəti üç gün ərzində yeni hökumətin qurula bilməməsi ölkədəki vəziyyəti daha da çətinləşdirib. Xalqın və ölkənin siyasi məsuliyyətini çiyinlərinə alan qazi Mustafa Kamal Ankara parlamentində Türkiyə Cümhuriyyətinin qurulduğunu elan edib. Parlamentin 158 deputatı bu qərara yekdilliklə səs verib. Beləliklə, Mustafa Kamalın rəhbərliyi ilə yeni bir dövlətin bünövrəsi qurulub.

Mustafa Kamal Paşa Cümhuriyyətin elan olunduğu parlament toplantısında Türkiyə xalqının müqəddəratını həll edən tarixi çıxışını belə tamamlayıb: "Türkiyə Cümhuriyyəti məsud, müvəffəqiyyətli və müzəffər olacaq!".

Ötən 97 ildə çətin və şərəfli yol qət edən Türkiyə Cümhuriyyəti tarixin ağır sınaqlarından çıxmaqla bərabər Mustafa Kamal Atatürkün tarixi vədini yaşatmağa müvəffəq olub.

1
Bakıda kafelərin birində, arxiv şəkli

İşçi heyətin müştərilərin maskadan istifadəsinə nəzarət edilməməsi halları aşkarlanıb

5
Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 331 ictimai iaşə obyektində 558 monitorinq keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur.

AQTA-dan Sputnik Azərbayan-a verilən məlumata görə, agentlik tərəfindən Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 331 ictimai iaşə obyektində 558 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən 26 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.

5