Suqovuşandan üç rayona suyun verilməsinə başlanılıb

209
(Yenilənib 22:29 08.10.2020)
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC: "Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunub".

BAKI, 8 oktyabr — Sputnik. Sentyabrın 27-dən başlayan əks hücum nəticəsində Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub.

Sputnik Azərbaycan-a Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən verilən məlumata görə, hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlıq təmin olunub.

Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa edilməsinə təminat yaranmışdır. Bu ərazilərə öz axımı ilə suyun verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyyatında qənaətin yaranmasına səbəb olacaq.

Məlumatda o da qeyd olunub ki, Tərtər rayonu Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşən ümumi həcmi 5,86 milyon kbm olan Suqovuşan su anbarı 28 il ərzində işğal altında olduğundan Tərtər rayonunun 24481 ha, Ağdərə rayonunun 14380 ha, Goranboy rayonunun 6938 ha, Yevlax rayonunun 5912 ha, Bərdə rayonunun 12620 ha, Ağdam rayonunun 29886 ha və Ağcabədi rayonunun 2000 ha, ümumilikdə 96217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdır. Bununla yanaşı suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaratmışdı.

Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kbm olan əsas magistral kanala, kanalın 5,2 km-dən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kbm olan müvafiq olaraq Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi.

Suqovuşandan suyun verilməsinə başlanması barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də öz "Twitter" hesabında paylaşım edib:

"30 illik ekoloji terror Azərbaycanın Suqovuşanı kəndinin işğaldan azad edilməsi ilə sona çatdı. Tərtər çayı bolsulu axır. Ermənistan məqsədli şəkildə su axınını daim dayandırırdı. Azərbaycanın Tərtər, Goranboy və Yevlax rayonlarında ekotarazlıq təmin ediləcək".

Xatırladaq ki, Suqovuşan 3 oktyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

209
Əlaqədar
Parlament Madagiz kəndinin Suqovuşan adlandırılması barədə qanunu qəbul etdi
Madagiz ətrafındakı hakim yüksəkliklər azad edilib
Suqovuşan fatehi Hikmət Həsənov - erməni işğalı onu hərbçi olmağa vadar etdi
Milli Məclis on səkkiz məsələyə baxır - Madagizin Suqovuşan adlandırılması rəsmiləşdirilir
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı

İsveçrə -Türkiyə matçından göz oxşayan görüntülər

14
(Yenilənib 23:54 20.06.2021)
İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.

Futbol üzrə Türkiyə millisi AVRO-2020-də üçüncü oyunda da məğlub olaraq mübarizəni dayandırdı. Qrup mərhələsinin üçüncü turunda Şenol Günəçin yetirmələri Bakı Olimpiya stadionunda İsveçrə millisinə məğlub olublar.

Birinci hissədə isveçrəlilər artıq 6-cı dəqiqədə Türkiyə millisini oyuna mərkəzdən başlamağa məcbur edib. Xaris Seferoviç rəqib komandanın qapısına yol tapıb. İyirmi dəqiqə sonra Cerdan Şakiri hesabı 2:0-a çatdırıb. Oyunun 62-ci dəqiqəsində Türkiyə millisi İrfan Can Kahvecinin sayəsində oyunda və birincilikdə yeganə qolunu vurmağa mevəffəq olub. Bundan dörd dəqiqə sonra isə Şakiri ikinci qolunu vuraraq hesabı 3:1-ə çatdırıb.

Sputnik Azərbaycan-ın fotomüxbiri bu matçın unudulmaz anlarını fotokamerasının yaddaşına köçürüb. Həmin fotoların bir hissəsi bizim fotolentdə.

14
  • © Sputnik / Murad Orujov

    İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.

Türkiyə millisi AVRO-2020 ilə sağollaşır: türk futbolçuları Bakıda qol vura bildilər

15
(Yenilənib 23:54 20.06.2021)
,
İtaliya millisi "A" qrupunda bütün qarşılaşmaları udaraq birinci yerdə qərarlaşıb, ikinci yerdə Uels komandası, üçüncü yerdə İsveçrə millisi gəlir və yəqin ki, üçüncü yer tutmuş ən yaxşı komandalardan biri kimi pley-of mərhələsinə çıxacaq.

BAKI, 20 iyun — Sputnik. Futbol üzrə Türkiyə millisi AVRO-2020-də üçüncü oyunda da məğlub olaraq mübarizəni dayandırdı. Qrup mərhələsinin üçüncü turunda Şenol Günəçin yetirmələri Bakı Olimpiya stadionunda İsveçrə millisinə məğlub olublar.

Birinci hissədə isveçrəlilər artıq 6-cı dəqiqədə Türkiyə millisini oyuna mərkəzdən başlamağa məcbur edib. Xaris Seferoviç rəqib komandanın qapısına yol tapıb. İyirmi dəqiqə sonra Cerdan Şakiri hesabı 2:0-a çatdırıb. Oyunun 62-ci dəqiqəsində Türkiyə millisi İrfan Can Kahvecinin sayəsində oyunda və birincilikdə yeganə qolunu vurmağa mevəffəq olub. Bundan dörd dəqiqə sonra isə Şakiri ikinci qolunu vuraraq hesabı 3:1-ə çatdırıb.

Qarşıdurmanın tarixi

Türkiyə və isveçrə milliləri indiyə qədər 15 dəfə üz-üzə gəliblər. Oyunlardan 9-u rəsmi, 6-s isə yoldaşlıq görüşü olub. Səkkiz dəfə türklər, dörd dəfə isveçrəlilər oyundan qalib ayrılıblar. Daha üç oyun isə heç-heçə bitib. Bu oyunlarda Türkiyə millisi 21, isveçrə millisi isə 20 dəfə rəqib komandanın qapısına yol tapıb. 2008 ci il Avropa çempionatında sonuncu dəfə keçirilən oyunda Türkiyə millisi 2:1 hesabı ilə qalib gəlib.

Qələbə hamıya lazımdır

Qrup mərhələsinin son turu ərəfəsində Türkiyə millisinin vəziyyəti ürəkaçan deyildi. Şenol Günəşin yetirmələri iki oyunu ard-arda uduzaraq bir xal da qazana bilməyiblər. Odur ki, baş məşqçi daha ehtiyatlı oyun sxeminə üstünlük verərək oyuna 4 müdafiəçi və bir hücumçu çıxarıb və daha çox orta xətti gücləndirib.

İsveçrəlilər isə istənilən hesabla qələbə qazanmalı idilər. Çünki bu halda komandanın pley-off mərhələsinə çıxmaq şansı qalırdı. Odur ki, Vladimir Petkoviş İsveçrə millisinin oyununu daha çox hücum üzərində quraraq oyuna üç nominal hücumçu ilə başlayıb.

Türklər sonda AVRO-2020-də qol vurmağa nail odular

Nəhayət ki, oyunun 62-ci dəqiqəsində İrfan Can Kahveci AVRO-2020-də komandasının turnirdə yeganə qolunu vurmağa müvəffəq olub. Cərmə meydançasının qarşısından topu uzaq doqquzluğa göndərməklə Kahveçi Bakı Olimpiya stadioonundakı azarkeşləri ayağa qaldırıb.

"A" qrupunda Romada keçirlən paralel oyunda İtaliya millisi Uels komandasına 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, İtaliya millisi qrup mərhələsində 9 xal toplayaraq 1-ci yerdə qərarlaşıb. Uels yığması 4 xalla qrupun ikincisidir və üçüncü yerdə qərarlaşan İsveçrə yığması ilə vurulan və buraxılan topların fərqində üstünlüyünə görə pley-off mərhələsinə çıxır (Uels 3-2, İsveçrə 4-5). Lakin Vladimir Petkoviçin yetirmələri də üçüncü yeri tutmuş komandalar arasında ilk dördlüyə düşərək pley-off mərhələsinə çıxa bilər.

Xatırladaq ki, Bakı Olimpiya stadionunda AVRO-2020-nin növbəti və sonuncu oyunu iyulun 3-də keçiriləcək ¼ final oyunu olacaq.

15