Test imtahanı, arxiv şəkli

DİM hərbi xidmətə çağırılmış şəxslərə müraciət etdi

58
DİM tərəfindən mövcud vəziyyət nəzərə alınaraq həmin vətəndaşlarla müsahibələrin keçirilməsi hərbi xidmətə çağırılmaları səbəbindən müvəqqəti olaraq təxirə salınır.

BAKI, 8 oktyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu üzrə müsahibələrdə iştirak etmək üçün müraciət etmiş, lakin səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılmış namizədlərə müraciət edib.

DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" Sərəncamına uyğun olaraq hərbi vəzifəlilərin hərbi xidmətə çağırılması həyata keçirilir.

Hərbi xidmətə çağırılanlar arasında dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçmiş vətəndaşlar da var. DİM tərəfindən mövcud vəziyyət nəzərə alınaraq həmin vətəndaşlarla müsahibələrin keçirilməsi hərbi xidmətə çağırılmaları səbəbindən müvəqqəti olaraq təxirə salınır.

İnanırıq ki, rəşadətli Azərbaycan Ordusu qısa bir müddət ərzində düşməni məğlub edəcək və öz tarixi torpaqları, doğma vətəni uğrunda döyüşən igidlərimiz tezliklə qələbə sevinci ilə geri dönəcəklər.

Müsahibələri təxirə salınmış namizədlərin nəzərinə çatdırırıq ki, onlar üçün yenidən müsahibələr təşkil ediləcək və həmin şəxslərin müsahibələrdə iştirak hüququ tam təmin ediləcək.

58
Yerevanda epdimioloji vəziyyət

Ermənistanda koronavirusla bağlı rekord: Bir gündə 25-dən çox adam öldü

0
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 27 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 80410-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1600 nəfər artıb.

Ermənistanda son gündə daha 26 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1222-ə çatıb. Xəstəlikdən sağalanların sayı 51814 nəfər olub. Hazırda bu ölkədə 27027 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 43,4 milyonu keçib, 1,16 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Здание министерства обороны Азербайджанской Республики

MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

23
Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur

BAKI, 27 oktyabr — Sputnik. Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı açıqlamada bildirilib.

"Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.

Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur", - deyə məlumatda bildirilir.

23