* AZƏRBAYCAN *
Azərkosmos

"Azərkosmos" Suqovuşanın son görüntüsünü paylaşdı

229
(Yenilənib 15:42 08.10.2020)
Suqovuşan ərazisi Ermənistanın Azərbaycan torpaqlarında apardığı işğalçılıq siyasətinə və ekoloji terror fəaliyyətinə məruz qalmışdır

BAKI, 8 oktyabr — Sputnik. "Azərkosmos" Milli Agentliyi bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndinin peykdən çəkilmiş fotosunu paylaşıb. Sputnik Azərbaycan Agentliyə istinadən fotonu təqdim edir.

Qeyd edilib ki, ölkəmiz üçün əhəmiyyətli strateji mövqe olan Suqovuşan ərazisi uzun ilərdir ki, Ermənistanın Azərbaycan torpaqlarında apardığı işğalçılıq siyasətinə və ekoloji terror fəaliyyətinə məruz qalmışdır. Bu gün Azərbaycan tarixi ədalətin bərpası üçün mübarizə aparır və işğal altında olan torpaqlarımızın hər bir qarışını erməni vandalizmindən azad edir.

Zəfər bizimdir! Qarabağ Azərbaycandır!

229
Əlaqədar
Madagiz ətrafındakı hakim yüksəkliklər azad edilib
Suqovuşan fatehi Hikmət Həsənov - erməni işğalı onu hərbçi olmağa vadar etdi
Milli Məclis Madagiz məsələsinə baxacaq
Madagiz-Ağdərə istiqamətində ermənilərin itkiləri açıqlandı
Parlament Madagiz kəndinin Suqovuşan adlandırılması barədə qanunu qəbul etdi
 Pandemiya zamanı imtahan

Qabiliyyət imtahanı üzrə qeydiyyat müddəti uzadıldı

0
(Yenilənib 21:32 24.06.2021)
Dövlət İmtahan Mərkəzi bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanının yeni vaxtını açıqlayıb.

BAKI, 24 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçməyən abituriyentlərə müraciət edib. DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyat iyulun 1-dək uzadılıb.

Ali təhsil müəssisələrinin bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün iyulun 1-dək verilən link (http://eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün yeni imkanın yaradılması (bədən tərbiyəsi və idman istiqaməti üzrə) 31 may – 8 iyun tarixlərində, həmçinin iyunun 21-dən etibarən qeydiyyatdan keçmək imkanı olan, lakin hər hansı bir səbəbdən prosesdə iştirak edə bilməyən abituriyentlər üçün əlavə şansdır.

Bədən tərbiyəsi və idman istiqaməti üzrə Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə aşağıdakı abituriyentlər qeydiyyatdan keçə bilərlər:

- cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər;

- müsabiqədə keçən ilki qəbul imtahanının I mərhələsi üzrə (buraxılış imtahnının nəticəsi ilə) topladığı test balı ilə iştirak etmək istəyən əvvəlki ilin məzunları;

- Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər;

Subbakalavrlar, qəbul imtahanının birinci mərhələsini verəcək əvvəlki illərin məzunları və ikinci Azərbaycan dili (dövlət dili kimi) imtahanından (24 iyun) məqbul qiymət alan abituriyentlər üçün qeydiyyat tarixləri elan olunacaqdır.

İmtahanlara hazırlaşmaq üçün metodiki tövsiyələr və bədən tərbiyəsi və idman istiqaməti üzrə normativlər "Xüsusi qabiliyyət imtahanları" jurnalının 2021-ci il 1-ci sayında verilib.

Qeyd edək ki, 16 iyundan etibarən DİM tərəfindən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün qabiliyyət imtahanlarına start verilib. Qabiliyyət imtahanlarında iştirak üçün birinci sənəd qəbulunda müxtəlif komissiyalar üzrə 14215 müraciət qeydə alınıb. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyentlər (14, 15, 61 və 62-ci komissiyalar üzrə) öz səhifələrinə daxil olub "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib orada qeyd olunan vaxtda imtahanda iştirak etməlidirlər.

İmtahana maska ilə gəlmək və sosial məsafəni gözləmək lazımdır. Abituriyentlər buraxılış vərəqəsi ilə bir yerdə "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə"ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir. Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün ikinci qeydiyyat tarixləri əvvəlki illərin məzunları üçün təşkil olunacaq qəbul imtahanının I mərhələsi keçirildikdən sonra elan olunacaq.

Qabiliyyət imtahanlarına ikinci qeydiyyat müddətində qəbul imtahanının I mərhələsini verən əvvəlki illərin məzunları, subbakalavrlar, II cəhd Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər, qabiliyyət imtahanları üzrə birinci qeydiyyatdan keçmədiyi QİK üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər qeydiyyatdan keçə biləcəklər.

0
BNA avtomobilləri

Tikinti şirkəti BNA-nın avadanlığını dağıtdı - Sərnişin sürücülər problem yaşadı

8
(Yenilənib 21:30 24.06.2021)
Təbriz küçəsi və ətraf ərazilərdə svetoforların, müşahidə kameralarının və avtobus dayanacaqlarındakı "BakıKart" ödəmə terminallarının işi tamamilə dayanıb.

BAKI, 24 iyun — Sputnik. Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə aid çox funksiyalı paylayıcı qutu zədələnərək tam yararsız hala salınıb. Bu barədə Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda deyilir:

""Nərimanov ESTATE" tikinti şirkəti nəqliyyat axınının düzgün idarə olunması baxımından mühüm əhəmiyyət kəsb edən avadanlığı qeyri-qanuni olaraq tikinti sahəsinə daxil edərək çəpərləyib.

Üzərində avadanlığın Bakı Nəqliyyat Agentliyinə məxsus olması və onun zədələnməməsi barədə xəbərdarlıq olmasına baxmayaraq tikinti şirkəti buna məhəl qoymayıb. 23.06.2021 tarixində isə "Nərimanov ESTATE" şirkəti tərəfindən tikinti sahəsində aparılan iş zamanı idarəetmə lövhəsini dağıdıb. Tikinti şirkətinin məsuliyyətsiz və qanuna zidd əməli nəticəsində Təbriz küçəsi və ətraf ərazilərdə ümumilikdə sahə avadanlıqlarının işində o cümlədən iki yol ayrıclarında svetoforda, müşahidə kameralarının və avtobus dayanacaqlarındakı "BakıKart" ödəmə terminallarının işi tamamilə dayanıb.

Təəssüflə bildiririk ki, yol ayrıcından svetoforun işləməməsi səbəbindən Təbriz-Əhmədbəy Ağaoğlu küçlərinin kəsişməsində yol nəqliyyat hadisəsi də qeydə alınıb. Qeyd olunan məsələylə bağlı hüquqi addımların atılmasına başlanılıb. Müvafiq aktlar tərtib olunaraq digər zəruri sənədlərlə birgə hüquq mühafizə oqranlarına təqdim olunacaq.

Bu cür halların mütəmadi olaraq baş verdiyini nəzərə alaraq bir daha bildiririk ki, hüquqi və fiziki şəxslər dövlət əmlakı hesab edilən ən əsası isə hərəkətin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edən sahə avadanlıqlarına qarşı son dərəcə diqqətli və məsuliyyətli olmalıdır. Bu cür avadanlıqların əhəmiyyətinin nəzərə alınmadığı kiçik bir nüans sonda yüzlərlə insanın lüzumsuz yerə əziyyət çəkməsinə hətta həyatlarının təhlükə altına düşməsinə səbəb olur".

8