Kolumbiyanın bayrağı

Ermənilər öz bayraqlarını Kolumbiyanınkı ilə səhv saldılar

203
Erməni sosial media istifadəçiləri isə bayrağı səhv salaraq aktrisanın Qarabağdakı döyüşlərlə əlaqədar Ermənistana dəstək mesajı göndərdiyini düşünüblər və şəklin altında heyranlıq dolu şərhlər dərc etməyə başlayıblar.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 oktyabr — Sputnik. Ermənilər öz bayraqlarını Kolumbiyanınkı ilə səhv salaraq, Penelopa Kruza təşəkkür ediblər. Sputnik Azərbaycan xəbər verir ki, məşhur ispaniyalı aktrisa və model Penelopa Kruz rol aldığı yeni "355" filminin üz qabığının şəklini özünün "Instagram" hesabında yayımlayıb. Əsas fotoda Penelopa Kolumbiya bayrağının qarşısında dayanır.

Erməni sosial media istifadəçiləri isə bayrağı səhv salaraq aktrisanın Qarabağdakı döyüşlərlə əlaqədar Ermənistana dəstək mesajı göndərdiyini düşünüblər və şəklin altında heyranlıq dolu şərhlər dərc etməyə başlayıblar.

View this post on Instagram

#The355

A post shared by Penélope Cruz (@penelopecruzoficial) on

Belə görünür ki, bəzi ermənilər nəinki ölkələrinin tarixini bilmirlər, hətta öz bayraqlarını belə tanımırlar. Aktrisanın azərbaycanlı abunəçiləri ermənilərə səhvlərini göstəriblər.

Penelopa Kruzun rol aldığı "355" filminə gəldikdə isə burada beş qadının güclü silahlara sahib qlobal təşkilata qarşı mübarizəsindən bəhs olunur. Filmin qəhrəmanları "355" kod adlı bir qrup yaradaraq dünyanı tam xaosa qərq olmaqdan qurtarmağa çalışırlar. Filmdə baş rolları Sebastyan Stan, Sessika Çesteyn, Lupita Nionqo, Dayan Kruger, Penelopa Kruz oynayırlar. Sözügedən fotoda Kolumbiyanın bayrağı ilə yanaşı, Almaniyanın , Amerikanın, Böyük Britaniyanın və Çinin bayrağının fotoları da yer alıb.

Məlumat üçün bildirək ki, filmin 2021-ci ildə ekranlara verilməsi planlaşdırılır.

203
2021-ci ilin loqosu, arxiv şəkli

Zamanımız azalır, 2021 daha qısa olacaq

0
(Yenilənib 20:22 20.01.2021)
Bəzi mütəxəssislərə görə, təqvim ilinin son dəqiqəsinə 1 saniyə əlavə etmək avtomatik saat tətbiqlərində, telefonlarda, kompüterlərdə qarışıqlıq yarada bilər.

BAKI, 21 yanvar — Sputnik. Mütəxəssislərin fikrincə, son 50 ildə Yer kürəsinin Günəş ətrafında fırlanma sürətinin artması səbəbilə 2021-ci il normadan qısa olacaq. Sputnik Türkiyə xəbər verir ki, Kanadanın York Universitetinin astronomiya və fizika üzrə professoru Pol Delaney bildirib ki, dünyanın fırlanma sürəti artıb və bu dəyişiklik Yer üzündə zamanın yavaşlamasına səbəb olub.

Elmi hesablamalara görə, 2021-ci ildə bir gün - 24 saat (86 min 400 saniyə) normal bir günlə müqayisədə 0,05 millisaniyə qısa olacaq.

Qısalmanın qlobal iqlim dəyişikliyindən qaynaqlandığını bildirən Delaney əriyən buzlaqların dünya üzərində olan kütlənin yerləşmə şəklinə təsir etdiyini və suların fırlanma oxuna yaxınlaşdıqca onun dönmə sürətinin artırdığını qeyd edib.

Delaney Yerin bu vəziyyətini daha sürətli fırlanmaq üçün qollarını bədəninə yaxınlaşdıran konkisürənə bənzədib.

Sözügedən qısalma saniyədən çox az olduğu üçün insanların gündəlik fəaliyyətlərinə təsir etməyəcək. Ancaq mütəxəssisin fikrincə, iqlim dəyişikliyi zamanın qısalmasına və günlərin müəyyən edilməsinə təsir edəcək. Professorun fikrincə, bu vəziyyətin qarşısının alınması üçün "artıq saniyə" tətbiq ediləcək.

Ancaq bəzi mütəxəssislərə görə, təqvim ilinin son dəqiqəsinə 1 saniyə əlavə etmək avtomatik saat tətbiqlərində, telefonlarda, kompüterlərdə qarışıqlıq yarada bilər.

Beynəlxalq Standartlar və Texnologiya İnstitutu 1972-ci ildən 2016-cı ilə qədər hər 1,5 ildə bir artıq saniyə əlavə etmişdi.

0
Pfizer-BioNtech peyvəndi, arxiv şəkli

ÜST iddia edir ki, vaksindən ölən yoxdur

8
ÜST nümayəndəsinin sözlərinə görə, peyvəndin bir neçə yan təsirləri qeydə alınıb, məsələn, anafilaktik şok kimi

BAKI, 20 yanvar - Sputnik. Koronavirus infeksiyasına qarşı peyvəndlərdən hələlik heç bir ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariancela Simao deyib. 

"Əlimizdə bazarda geniş istifadə olunan peyvənd var. Bu, Pfizer-dir. Və hələlik hazırda istifadə olunan vaksinlərdən heç bir ölüm halının şahidi olmamışıq, - o bildirib. 

ÜST nümayəndəsinin sözlərinə görə, bir neçə yan təsirlər qeydə alınıb, məsələn, anafilaktik şok kimi. Bəzi peyvənd olunmuş şəxslərdə isə ciddi allergiyalara meyllilik var. Belə hallarda mütləq tibb müəssisələrində nəzarət altında peyvənd vurdurmaq lazımdır, mütəxəssis söyləyib.  

Simao əlavə edib ki, ÜST vaksinlərin istənilən ciddi yan təsirini izləyir və öz tövsiyələrini yeniləyir. Hazırda koronavirus əleyhinə daha 12 preparatı təşkilatın ekspertləri qiymətləndirməlidirlər.

8
Teqlər:
ÜST, ölüm, Pfizer, vaksin
Mövzu:
Yeni tip koronavirus pandemiyası