BAKI, 6 oktyabr — Sputnik. Müdafiə Nazirliyi Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərə müraciət edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə deyilir ki, sosial şəbəkələrdə Silahlı Qüvvələrimiz üçün yardım toplayan şəxslərin sayının çoxaldığını nəzərə alaraq, vətəndaşlardan ayrı-ayrı şəxslərin hesabları deyil, yalnız Müdafiə Nazirliyinin paylaşdığı rəsmi hesab nömrələrinə köçürmələr etmək xahiş olunur.
Silahlı Qüvvələrə Yardım Fonduna aşağıdakı linklər vasitəsilə keçid etmək olar:
https://gpp.az/WebPortal/Infosite/Sc/989100/Category/8,
https://asanpay.az/intro/home,
https://hesab.az/unregistered/#/direct-pay/charity/merchants.
Müdafiə Nazirliyinin rəhbərliyi ordumuza maddi və mənəvi dəstək olan hər bir vətəndaşımıza minnətdarlığını bildirir.
BAKI, 16 yanvar — Sputnik. Əməkdar artist Könül Kərimova "Instagram" hesabında yeni video paylaşıb. Sputnik Azərbaycan xəbər verir ki, videoda saçını və makiyajını nümayiş etdirən müğənninin görüntülərini izləyiciləri birmənalı qarşılamayıblar. Belə ki, son zamanlar özündə etdiyi dəyişikliyi izləyiciləri müğənninin yaşına uyğun hesab etməyərək çoxsaylı rəylər yazıblar.
View this post on Instagram
İzləyicilər "Məncə, gözəl görünmürsünüz. Üzünüzdə təbiilik yoxdur. Kuklaya oxşayırsınız", "Gözəl deməzdim, amma gözəl görünmək üçün dəridən-qabıqdan çıxmısınız" sözlərini yazıblar.
BAKI, 16 yanvar - Sputnik. Tehran "iranlı diplomatlara qarşı fəaliyyətinə" görə ABŞ-ı beynəlxalq məhkəməyə verməklə hədələyib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadənin bəyanatlnda deyilir.
"Əgər ABŞ BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatlardakı iranlı diplomatlara qarşı qanunsuz əməllərini dayandırmasa, İran bu ölkəni Beynəlxalq məhkəməyə verəcək", - məlumatda qeyd olunur.
Notanı ABŞ-a İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə çatdırıblar. Bu diplomatik korpus Vaşinqtonun İrandakı maraqlarını təmsil edir.
Xətibzadə konkret misal çəkməsə də, ABŞ-ın iranlı diplomatları və onların ailə üzvlərini beynəlxalq təşkilatlarda, eləcə də Amerika ərazisində çoxdan sıxışdırdığını deyib.