Ermənistan ordusunun əsgəri, arxiv şəkli

Ermənistan itkilərini qismən etiraf edib: İki yüzədək hərbçi öldürülüb

167
Məlumatda, həmçinin qeyd olunur ki, ermənilərin xeyli sayda yaralı hərbçisi var. Lakin onların sayı açıqlanmır.

BAKI, 6 oktyabr — Sputnik. Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Qarabağda keçirdiyi əks-hücum əməliyyatı zamanı verdiyi itkiləri az da olsa etiraf etməyə başlayıblar. Sputnik Ermənistan xəbər verir ki, ermənilər daha 21 hərbçilərinin Azərbaycan tərəfindən zərərsizləşdirildiyini bildirib.

Bununla da Ermənistan tərəfindən rəsmi olaraq ölən hərbçilərin sayı 178-ə çatıb. Məlumatda, həmçinin qeyd olunur ki, ermənilərin xeyli sayda yaralı hərbçisi var. Lakin onların sayı açıqlanmır.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

167
Qərənfil

Hər şey yenidən canlanır: "Son anda" həyat qazanan insanın hekayəsi

2
(Yenilənib 15:42 16.01.2021)
Filmin qəhrəmanı avtomobili bu günə kimi saxlayıb. Tamaşaçılar 20 Yanvar faciəsinin "şahidi" olan həmin maşını sənədli filmdə görə biləcəklər

BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Televiziyası 20 Yanvar faciəsinin ildönümü ilə bağlı yeni sənədli filmin çəkilişlərinə başlayıb.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Son anda" adlı filmdə 20 Yanvar hadisələrinin şahidi Nazim Ələkbərovun həmin gecə gördüklərindən və yaşadıqlarından bəhs olunur.

Sənədli filmdə Nazim Ələkbərovun obrazı onun oğlu Məmmədəli Ələkbərova həvalə olunub, Nazim Ələkbərovun müsahibəsinə də yer verilib.

Məlumat üçün bildirək ki, N.Ələkbərov 20 Yanvar hadisələrindən sonra çəkilmiş görüntülərdəki "Zaporojets" markalı avtomobilin sahibidir. Həmin gecə 37-22 AQ nömrə nişanlı maşının üzərindən PDM (piyadaların döyüş maşını) keçib, lakin N.Ələkbərov son anda onun içindən sağ-salamat çıxa bilib. Sənədli film məhz bu səbəbdən "Son anda" adlanır.

Filmin qəhrəmanı avtomobili bu günə kimi saxlayıb. Tamaşaçılar 20 Yanvar faciəsinin "şahidi" olan həmin maşını sənədli filmdə görə biləcəklər. Filmdə hərbçilərin hərbi texnikalarla Bakıya daxil olma anı da obrazlı şəkildə əks olunub. Arxiv kadrları da "Son anda" filmində yer alacaq.

Filmin ssenari müəllifi Afaq Əhmədova, rejissoru Elnur Məmmədov olan sənədli filmin operatoru Cavid Əliyevdir. "Son anda" sənədli filmi yanvarın 20-si saat 21:00-da AzTV-də yayımlanacaq.

2
Teqlər:
AzTV, sənədli film, 20 Yanvar

“BakuBus” rəhbəri işdən çıxarıldı

3
MMC rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəisinə tapşırılıb

BAKI, 16 yanvar - Sputnik. Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan “BakuBus” MMC-nin rəhbəri vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, MMC-nin rəhbəri Azər Qasımov tutduğu vəzifədən azad edilib.

MMC rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəisi Tural Mahmudova tapşırılıb.

Qeyd edək ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

3
Teqlər:
vəzifədən azad edilmə, rəhbər, "BakuBus" MMC