Amerikada yaşayan reperdən dəstək gəldi

© Instagram / orkhanzeynalliАзербайджанский рэпер Орхан Зейналлы (AİD)
Азербайджанский рэпер Орхан Зейналлы (AİD) - Sputnik Azərbaycan
Abunə olmaq
Reper: "Məktəbdə "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə yaşayan uşaqlar indi yüzminlərlə dollarlıq fondlar yaradır, təşkilatlanır və faydalı olmağa çalışırlar".

BAKI, 6 oktyabr — Sputnik. Bir zamanlar böyük dinləyici kütləsi toplayan keçmiş HOST qrupunun üzvü, hazırda ABŞ-da yaşayan tanınmış repçi Orxan Zeynallı son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərlə bağlı fikirlərini ifadə edərək vətənimizə, hərbçilərimizə və bütün millətimizə dəstəyini bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı "Instagram" səhifəsində paylaşdığı fotoda repçi artıq dövrün dəyişdiyini, Birinci Qarabağ müharibəsindən fərqli olaraq, insanların "sosial şəbəkə dövrü"ndə bir-birinə daha rahat yardım edə bildiyini, bu səbəbdən də millətimizin dünyanın hər yerindən əsgərlərimizə daha çox dəstək olacağını vurğulayıb: "Bir şeyi anlamaq lazımdır ki, artıq heç nə 90-lardakı kimi olmayacaq. Birinci Qarabağ müharibəsinin fəsadları ilə illərlə təkbaşına mübarizə aparanlar daha tək qalmayacaqlar. Daha analar 5-10 manat "Şəhid Pulu" üçün növbələrdə durmayacaqlar. Daha əlillər səfalət içində, qayğısız yaşamağa məhkum olmayacaqlar".

Посмотреть эту публикацию в Instagram

Публикация от Orkhan Zeynalli (@orkhanzeynalli)

Reper gənclərin Ordumuza verdiyi dəstəyindən də danışıb: "Ona görə yox ki, əvvəl xalq yardımsevər deyildi. Yox, qətiyyən! Sadəcə olaraq, dövr dəyişib. Sosial şəbəkələr var. Birlik üçün zəmin yaranıb. Bu gün Tokioda yaşayan bir azərbaycanlı Bərdədə qalan tanımadığı bir ailəyə yardım etmək iqtidarındadır. Çünki kömək əlimizin uzunluğu təşəbbüsümüzlə düz mütənasibdir. Onlarla gənc heç kimdən göstəriş və ya tapşırıq almadan öz xoşu ilə, gərginlik yaşanan bölgələrə ərzaq daşıyır, orada çəkiliş aparır və s".

"Qarabağı görmədən böyüyən nəsil olaraq, başa düşmüşük ki, insan olmaq vətənpərvər olmaqdan bir addım öndə gəlir. Məktəbdə "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə yaşayan uşaqlar indi yüzminlərlə dollarlıq fondlar yaradır, təşkilatlanır və faydalı olmağa çalışırlar. Artıq başa düşmüşük ki, həqiqəti, ədaləti dünyadan qabaq öz vicdanımıza çatdırmalıyıq. Və Azadlıq üçün çırpınan ürəklərimizi heç bir düşmən qıra bilməyəcək. Başda cəbhədəki qardaşlarımız olmaqla, bütün biganə qalmayan soydaşlarımızın Allah yardımçısı olsun", - deyə o əlavə edib.

Xəbər lenti
0