Polis əməkdaşları, arxiv şəkli

Cəbhəyanı bölgələrdə polis əməkdaşları sutka boyu keşik çəkirlər

31
(Yenilənib 13:27 06.10.2020)
Cəbhəyanı bölgələrdə polis əməkdaşları günün 24 saatı ictimai-asayişi təmin etmək üçün xidmətlərini yorulmadan davam etdirirlər.

BAKI, 6 oktyabr — Sputnik. Artıq bir neçə gündür axşam saatlarında ölkənin bəzi şəhər və rayonlarında komendant saatı tətbiq edilir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bununla əlaqədar polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Bakı şəhəri ilə yanaşı, bölgələrdə də postlar qurulub.

Cəbhəyanı bölgələrdə polis əməkdaşları günün 24 saatı ictimai-asayişi təmin etmək üçün xidmətlərini yorulmadan davam etdirirlər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan etibarən Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edilib. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan 06:00-dək komendant saatı qüvvədədir.

31

Politoloq: “Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi”

0
(Yenilənib 00:28 21.01.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq
İlqar Vəlizadə: “Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”

“Donald Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək”. Bunu ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Bolton deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Tramp həm öz ölkəsinin, həm də dünyanın ictimai rəyində zidiyyətli siyasətçi kimi qalacaq:

“Amma onu demək lazımdır ki, Tramp Amerika cəmiyyətinin istəkləri ilə hərəkət edirdi. O, prezidentliyi dönəmində yerli istehsalçıların maraqlarını müdafiə edirdi. Eyni zamanda onun vaxtında ABŞ-da işsizlərin sayı kəskin azalmışdı. O, xarici siyasətdə aqressiv siyasət aparsa da, heç bir müharibəyə başlamadı. Təəssüf ki, ABŞ mediası Trampın tarixi xidmətlərini görmür və ya qeyd eləmir. Bununla belə, Tramp ABŞ tarixində maraqlı və özünəməxsus yer tutacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Bakıda qəzet satışı, arxiv şəkli

"Öldürmək olmaz yaşatmaq" - Vergülün yerini reklam təyin etməlidir, yoxsa səviyyə?

9
(Yenilənib 01:01 21.01.2021)
"Zamanın hay-küyünə gedib bunların hamısını media adlandırmaq düzgün deyil. Bu gün bir nəfərin işlətdiyi saytlar var ki, ancaq ordan-burdan xəbər götürüb köçürməklə məşğuldur".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Azərbaycanda internet saytlar fəallaşmağa başlayandan çap mediasının öz əhəmiyyətini itirdiyi barədə fikirlər səslənir. Hətta media nümayəndələri arasında "insanlar məlumatları qəzetdən deyil, saytdan oxuyurlar" tipli mübahisələrə də rast gəlirik. Sputnik Azərbaycan hazırkı dövrdə çap mediasının yaşadılmasının zəruri olub-olmadığını araşdırıb.

"525-ci" qəzetin baş redaktoru Rəşad Məcid Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni medianın yaranması ilə qəzetlərin tarixə qovuşduğu barədə fikirlər səslənsə də, bununla razı deyil: "Onlayn medianın yaranması o demək deyil ki, çap media sıradan çıxmalıdır. Ölkədə ictimai rəy yaradan, xalqın düşünən hissəsinin fikirlərini çatdıran, bu fikirlərlə də ictimai rəyə təsir edən məhz qəzetlərdir. Son vaxtlar çap mediasına qarşı aqressiv fikirlər artıb. Düzdür, bəzi qəzetlərin səviyyəsində problemlər müşahidə olunur. Etiraf edək ki, çap mediası operativlik məsələsində onlayn mediaya uduzur. Bu, təbii haldır. Amma çap mediasında olan araşdırma materialları, hadisələrə kökündən yanaşma və təhlil, qaçaraq informasiya çatdıran elektron mediadan daha sanballıdır. Buna görə də hesab edirəm ki, çap mediasının yaşamasına hələ uzun müddət ehtiyac var".

R.Məcid deyir ki, ümumilikdə götürdükdə Azərbaycan mediasında problem qəzetlərin varlığı yox, reklam bazarının olmamasıdır:

"Çox təəssüf ki, son illərdə həm çap, həm televiziya, həmçinin də onlayn media dövlət dəstəyi arzulayır. Əslində media iqtisadi cəhətdən müstəqil olmalıdır. Bunun üçün isə reklam bazarı olmalıdır. Bəzi onlayn media rəhbərləri hesab edirlər ki, qəzetlərə ayrılan maliyyə yardımı yeni mediaya ayrılarsa, orada hansısa uğurların şahidi olacağıq.

Amma hesab edirəm ki, yeni mediada jurnalistin yetişməyi qəzetdə yetişməsindən fərqlidir. Jurnalistika təhsilindən sonra qəzet - jurnalistləri yetişdirən ikinci məktəbdir. Jurnalist üçün vacib olan yazmaq bacarığı, intuisiya, müşahidə qabiliyyəti, bunların təhlil olunması bacarığına qəzetdə yiyələnmək mümkündür.

 Bütün bunlar yeni mediada mümkün deyil. Üstəlik, yeni mediada qəzetlərdəki kimi parlaq jurnalistlər yetişmir. Əgər biz səslə müşahidə olunan görüntülü informasiyanı mediaya aid ediriksə, onda mənim balaca nəvəmin də instaqram səhifəsi onlayn mediadır. Yeni audiovizual media subyektləri adlandırdıqlarımızın bir çoxunun əhəmiyyətli izləyici sayı yoxdur. Bu məsələlərdə bir qədər diqqətli olmaq lazımdır. Zamanın hay-küyünə gedib bunların hamısını media adlandırmaq düzgün deyil. Bu gün bir nəfərin işlətdiyi saytlar var ki, ancaq ordan-burdan xəbər götürüb köçürməklə məşğuldur. Media bir informasiyanı bir neçə mənbədən dəqiqləşdirməyi tələb edir. Yeni audiovizual mediada isə bu prinsiplər qorunmur. Onların çoxu operativliyi qorumaq naminə informasiyanı xammal şəklində çatdırırlar. Qəzetdə isə jurnalistikanın bu tələblərinə əməl edilir. Keyfiyyətli araşdırma yazıları, analitik məqalələr hazırlanır. Bu baxımdan çap media yaşamalıdır".

Editor.az saytının rəhbəri Fərid Şahbazlı isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son günlər başlanılan islahatlar medianın bütün sferalarını əhatə etməlidir: "Medianın İnkişafı Agentliyi yaranması ilə Azərbaycan mətbuatında islahatlar prosesinin keyfiyyətcə yeni mərhələsinə start verilib. Hesab edirəm ki, bu islahatlar medianın bütün sferalarını əhatə edəcək.

Düşünürəm ki, hər nə qədər media digitallaşmaya getsə də, klassik media nümunəsi olaraq qəzetlərin mövcudluğu önəmlidir. Qəzetlər tarixdir. Ancaq qəzetlər rəqabət şəraitinə tab gətirmək üçün öz informasiya siyasətlərinə yenidən baxmalıdır. İnformasiya agentliklərinin köhnəlmiş məlumatlarını bir gün sonra dərc etmək qəzetlərin rəqabətdə uduzması ilə nəticələnir. Qəzetlər araşdırma yazılarına, maraqlı müsahibələrə üstünlük verməlidir.

Dünya praktikası göstərir ki, internet media hər nə qədər inkişaf etsə də, araşdırma yazılarına, özəl məlumatlara üstünlük verən qəzetlər öz satışlarını və mövqelərini qorumaqdadır".

9
Teqlər:
səviyyə, reklam, onlayn, çap, media, qəzetlər