Mərmi

Ermənistanın Gəncəni atəşə tutması nəticəsində tarixi abidəyə ciddi ziyan dəyib

122
(Yenilənib 19:53 05.10.2020)
Ermənistan silahlı qüvvələri oktyabrın 4-də Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncəni ağır artilleriyadan atəşə tutub

BAKI, 5 oktyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Ermənistanın silahlı qüvvələri oktyabrın 4-də Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci böyük şəhəri, qədim tarix və mədəniyyət mərkəzi olan Gəncəni ağır artilleriyadan atəşə tutub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, atəş nəticəsində bir mülki şəxs həlak olub, 32 nəfər yaralanıb, şəhərdəki mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən dövlət tərəfindən mühafizəyə götürülən (inv. 3838) tarixi abidəyə ciddi ziyan dəyib.

Gəncə şəhərində dövlət qeydiyyatına alınmış 195 daşınmaz tarix-mədəniyyət abidəsi mövcuddur. Həmin abidələrdən 1-i dünya əhəmiyyətli arxeoloji, 15-i ölkə əhəmiyyətli memarlıq, 3-ü ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə, 169-u yerli əhəmiyyətli memarlıq, 6-sı yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidələri, 1-i dekorativ-tətbiqi sənət nümunəsidir.

Gəncə bazarı mərmi atəşindən sonra necə görünür - video
© Sputnik / Rəhim Məmmədov / Leyla Orucova

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüş "Köhnə Gəncə" (orta əsrlər), ölkə əhəmiyyətli memarlıq abidələri olan İmamzadə kompleksi (XVII—XIX əsrlər), Uğurlu xan və Şah Abbas karvansaraları (XVII-XVIII əsrlər), Gəncə çayının sahilində yerləşən Gəncə qalası və qala divarları (XV—XVI əsrlər) şəhərin zəngin mədəni irsindən xəbər verir. Əsrlər boyu Böyük İpək Yolu üzərində mədəniyyət mərkəzi kimi tanınan Gəncə dünyanın mədəni irsinə dahi şair və mütəfəkkir Nizami Gəncəvi, 2013-cü ildə 900 illik yubileyi UNESCO səviyyəsində qeyd olunmuş görkəmli şairə Məhsəti Gəncəvi, məşhur incəsənət xadimləri, bəstəkarlar, memarlar və s. bəxş edib. 2020-ci ilin 23 sentyabrında Gəncə şəhəri UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə (UNESCO Global Network of Learning Cities) üzv seçilib.

Azərbaycan tərəfindən müvafiq beynəlxalq təşkilatlar vasitəsilə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, Ermənistan tərəfindən növbəti dəfə mülki əhali və obyektlər, tarixi abidələrin hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" UNESCO-nun 1954-cü il Haaqa Konvensiyası, "Dünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası, hərbi münaqişələr zamanı mülki şəxslərin qorunması ilə bağlı 1949-cu il Cenevrə konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyası və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin göstəricisidir.

Ermənistan Azərbaycanın tarixi-mədəni irs mərkəzi olan qədim Gəncə şəhərinə raket zərbələri endirməklə nəinki Azərbaycan, eyni zamanda dünya mədəni irsini, ümumbəşəri dəyərləri hədəf aldığını, özünün uzun illərdən bəri sürən vandalizm siyasətini bir daha nümayiş etdirmişdir.

Dağlıq Qarabağdakı qondarma rejimin başçısının Gəncənin atəşə tutulması ilə bağlı məsuliyyəti nümayişkaranə şəkildə öz üzərinə götürməsi isə erməni tərəfin riyakar siyasətinin daha bir təsdiqidir.

122
Teqlər:
raket zərbələri, mədəni irs, Gəncə, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Xızı və Abşeronun ballistik raketlərdən atəşə tutulması ilə bağlı cinayət işi başlandı
Ermənistan SQ növbəti dəfə Beyləqan rayonu və Gəncə şəhərinə raketlər atıb
Gəncədə yaralanan erməni əsilli qadın: "Münaqişədən sonra da buranı tərk etməmişəm"
Atəşə tutulan Gəncədə qazın verilişində məhdudiyyət var
Qurbanların sayı artır: Bərdədə ev deşik-deşik edilib – video
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

17
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

17
Флаг Международного комитета Красного Креста, фото из архива

Qırmızı Xaç Qızıl Ayparanın könüllüsü Bərdədəki erməni terroru zamanı həlak olub

32
(Yenilənib 00:41 29.10.2020)
Ermənistan silahlı birləşmələrinin Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub

BAKI, 28 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü var. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib. 

"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi.  

39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanist, xeyriyyəçilər hədəf deyil!", - Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu bildirib.

32