Azərbaycanın Baş Prokuroru beynəlxalq təşkilatlara müraciət ünvanladı

104
(Yenilənib 17:38 04.10.2020)
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın ərazisində yerləşən və böyük su hövzəsinin önündə dayanan Mingəçevir su elektrik stansiyasının dambasına zərbələrin endiriləcəyi barədə məlumatlar yayması onların əsl niyyətlərini açıq şəkildə nümayiş etdirib.

BAKI, 4 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının katibi L.V.Yermolayev, Beynəlxalq Prokurorlar Assosiyasiyasının prezidenti Çul-ku Vanq və baş katibi Han Moral, BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Mişel Başle, Avropa Şurası İnsan Hüquqları üzrə Ali Komissarı Dunya Miyatoviç, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Baş katibi Hadi Sulemanpur və Türk Şurasının Baş katibi Baqdad Amreyevə rəsmi müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətlərdə bildirilib ki, 30 ildən artıq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonunun Ermənistan tərəfindən işğalı və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarını tərk edib, BMT Təhlükəsizlik Şurasının işğal altında olan ərazilərimizdən erməni hərbi birləşmələrinin qeyd-şərtsiz və dərhal çıxarılmasına dair dörd qətnaməsi bu günə qədər icra edilməyib.

Baş prokuror nəzərə çatdırıb ki, bu ilin sentyabrın 27-dən başlayaraq Ermənistan tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulmaqla hücum edilib, dinc Azərbaycan əhalisinin sıx yaşadığı ərazilər ağır artilleriyadan atəşə tutularaq mülki əhali arasında xeyli sayda itkilərə səbəb olub. Hərbi aqressiyanın qarşısını almaq və dinc mülki əhalini müdafiə etmək məqsədi ilə Azərbaycan Respublikasının Silahlı qüvvələri tərəfindən əks-hücum tədbirləri görülüb. Son iki gündə işğalçı ölkənin silahlı qüvvələrinin ikinci ən böyük şəhəri – münaqişə zonasından uzaqda olan Gəncə və Beyləqan şəhərlərinin raket və mərmilərlə atəşə tutulması nəticəsində 3 nəfər mülki şəxs həlak olub, 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, çoxsaylı yaşayış evlərinə və şəhərin infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Həmin cinayət əməlləri barəsində “facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsi ilə öncədən anons etmiş qanunsuz “Dağlıq Qarabağ Respublikası”nın başçısı Arayik Arutunyan barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir: "Döyüş şəraitində mümkün olan bütün istintaq tədbirlərini həyata keçirən əməkdaşlarımız sırasında fəaliyyət göstərən Ozal Həsənov ağırdərəcəli bədən xəsarəti alması nəticəsində cərrahi müdaxiləyə zərurət yaranıb".

Müraciətdə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın ərazisində yerləşən və böyük su hövzəsinin önündə dayanan Mingəçevir su elektrik stansiyasının dambasına zərbələrin endiriləcəyi barədə məlumatlar yayması onların əsl niyyətlərini açıq şəkildə nümayiş etdirib. Bu təhdidin həyata keçirilməsi kütləvi şəkildə insan tələfatı ilə nəticələnərək böyük faciəyə səbəb olacağı xüsusi olaraq vurğulanıb. Həmçinin mraciətdə qeyd olunub ki, Ermənistanın rəhbərliyi tərəfindən bu yaxınlarda elan olunmuş “yeni ərazilər üçün yeni müharibə” hərbi doktrinasına uyğun təcavüzkar siyasətin həyata keçirilməsi məqsədilə bir sıra digər ölkələrdən etnik erməni muzdlularının köçürülməsi yolu ilə Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik dəyişikliklərə yönəlmiş hərəkətləri Cenevrə Konvensiyasının aşkar şəkildə pozulmasıdır və müharibə cinayətidir. Müraciətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsiplərinə uyğun beynəlxalq hüquq çərçivəsində həll olunacağına dair mövqeyi çatdırılmaqla, münaqişənin bu müstəvidə həll olunması üçün Ermənistana müvafiq üsul və vasitələri ilə təsir göstərilməsi xahiş edilib.

104
Qaz kalonkası, arxiv şəkli

Daha bir nazirlikdən əhaliyə müraciət

8
(Yenilənib 18:43 27.10.2020)
Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır.

BAKI, 27 oktyabr — Sputnik. Havaların soyuması ilə əlaqədar olaraq əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl olunmalıdır:

qaz cihazı saz və standartlara uyğun olmalı;

cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

8
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov

Lavrov Rusiyanın AŞ-nin sanksiyalarını cavabsız qoymayacağını bəyan etdi

11
(Yenilənib 18:42 27.10.2020)
Lavrovun sözlərinə görə, diplomatiyanın nə olduğunu unudan, bayağı kobudluq səviyyəsinə düşməkdən çəkinməyən qərbli həmkarlarının Rusiya əleyhinə hücumları Moskva tərəfindən cavabsız qalmayacaq

BAKI, 27 oktyabr — Sputnik. Avropa Şurasının (AŞ) Almaniya və Fransanın təhriki ilə Aleksey Navalnı məsələsinə görə Rusiyaya qarşı sanksiya tətbiq etməsi bu qurumun baş verənləri adekvat qiymətləndirə bilməməsindən xəbər verir. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı xəbər görə, bu fikri Rusiya Xarici İşlər naziri Sergey Lavrov səsləndirib.

Qeyd edək ki, oktyabrın 15-də Brüsselin altı Rusiya vətəndaşı və elmi-tədqiqat institutuna qarşı məhdudiyyət tətbiqinə Moskvadan cavab reaksiyası gözlənilirdi.

Berlin Baş Prokurorluğunun Navalnı ilə bağlı çoxsaylı müraciətlərə cavab verməkdən "təkəbbürlü şəkildə imtina etdiyini" xatırladan diplomatın sözlərinə görə, bununla da Almaniya Cinayət Məsələlərində Qarşılıqlı Hüquqi Yardım haqqında Avropa Konvensiyası üzrə öhdəliklərini yerinə yetirməyib.

"Almaniya və Fransa nümayəndələri bu beynəlxalq hüquqi sənədə hörmət etmək əvəzinə, AŞ-ni Rusiya vətəndaşlarına qarşı daha bir qanunsuz sanksiyanın tətbiqinə təhrik edirlər. Bütün bunlar təəssüf doğurur və açıq şəkildə Brüsselin özünü qanundan kənarda qoymaq istəyini nümayiş etdirir", – deyə Lavrov Xorvatiyanın "Veçerni List" qəzetinə verdiyi müsahibədə vurğulayıb.

Onun sözlərinə görə, diplomatiyanın nə olduğunu unudan, bayağı kobudluq səviyyəsinə düşməkdən çəkinməyən qərbli həmkarlarının Rusiya əleyhinə hücumları Moskva tərəfindən cavabsız qalmayacaq.

Diplomat onu da qeyd edib ki, Rusiyanın inkişafına mane olmaq məqsədilə səylərini ikiqat artıran Vaşinqton və Brüssel Moskvaya qarşı irəli sürdükləri ittihamlarla bağlı heç bir dəlil göstərməyiblər.

Lavrov avropalı tərəfdaşlarının dialoqu bərpa etmək üçün kifayət qədər sağlam düşüncəyə və uzaqgörənliyə sahib olduğuna ümid etdiyini bildirib.

11
Əlaqədar
Amerika Senatı Rusiyaya qarşı növbəti sanksiyaların tətbiqini tələb edib
Olimpiada və Navalnı skandalı
Toksikoloq: Navalnının "zəhərlənmə" diaqnozu təsdiqlənməyib
Navalnı Rusiyaya qayıtmağı planlaşdırır
Tramp Navalnı məsələsinə qoşulmaq istəmir