Dünyanın aparıcı KİV-ləri Azərbaycana dəvət edildi

74
(Yenilənib 14:48 02.10.2020)
Prezidentin köməkçisi Ermənistandan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini, ermənilərin hərbi əməliyyatlar zamanı mülki insanlardan qalxan kimi istifadə etdiyini deyib.

BAKI, 2 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya Federasiyasında akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (Reuters, Voice of America, Financial Times, Frankfurter Allgemeine Zeitung, Die Welt, EFE, ABC Spain, Bloomberg, CNN, France Presse, RAI, Al Jazeera, Al Arabiya, Der Standard, Asahi və s.) videoformatda mətbuat brifinqi verib.

Sputnik Azərbaycan xəbər verir ki, Hikmət Hacıyev xarici media nümayəndələrini Ermənistan silahlı qüvvələrinin son təxribatları barədə geniş məlumatlandırıb. Mülki əhali arasında həlak olan və yaralananların olduğunu təəssüflə bildirən Prezident köməkçisi mülki infrastrukturun məqsədyönlü şəkildə hədəfə alındığını diqqətə çatdırıb.

Prezidentin köməkçisi Ermənistandan fərqli olaraq Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüquqa ciddi əməl etdiyini, eləcə də ermənilərin hərbi əməliyyatlar zamanı mülki insanlardan qalxan kimi istifadə etməsi ilə bağlı səhih məlumatların olduğunu xüsusilə qeyd edib.

Bundan əlavə, Hikmət Hacıyev jurnalistlərin suallarını cavablandırıb və onları Azərbaycana dəvət edib.

74
Yemək yeyən insanlar, arxiv şəkli

İaşə obyektlərində reyd: sıxlığa da əməl etməyiblər

1
(Yenilənib 22:30 27.10.2020)
Reyd keçirilən 42 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb

BAKI, 27 oktyabr — Sputnik. Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir. Xüsusilə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməli, insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamalıdırlar.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı, təəssüflər olsun ki, bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunur. AQTA-dan Sputnik Azərabycan-a verilən məlumata görə, agentlik tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir. Belə ki, AQTA əməkdaşları tərəfindən 25-26 oktyabr 2020-ci il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 697 ictimai iaşə obyektində 1281 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən 42 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.

1
Eldar Qasımov, arxiv şəkli

Biz Qarabağda oyanmaq istəyirik - VİDEO

10
(Yenilənib 22:02 27.10.2020)
"Mən Qarabağda oyanmaq istəyirəm" adlı mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur

BAKI, 27 oktyabr — Sputnik. Eldar Qasımov Şuşaya həsr olunmuş mahnısını təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycana Avroviziya qalibiyyəti bəxş edən müğənni Eldar Qasımov Şuşaya həsr olunmuş yeni mahnısını təqdim edib. Rus dilində olan mahnı "Mən Qarabağda oyanmaq istəyirəm" adlanır və vətənpərvərlik mövzusundadır.

Mahnının bəstəkarı Vaqif Yaqubov, söz müəllifi Leyla Nəsibli, aranjmançısı isə Osman Həmidovdur. Mahnı qısa zamanda sosial şəbəkələrdə paylaşılıb.

 

10
Teqlər:
mahnı, Eldar Qasımov, Şuşa şəhəri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Türkiyəli sənətçilər Qarabağda müharibəyə görə toylarını təxirə saldılar
Daha bir rəzalət - Sərdar Ortacı şəhid Azərbaycan əsgəri kimi təqdim etdilər
Sinan Akçıldan daha bir dəstək - "Daim yaşa, Azərbaycan" adlı mahnı bəstələyib
Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"
İbrahim Tatlısəsdən kövrək addım: "Ölənədək yanındayıq, AZƏRBAYCAN!"