QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Əfsanəvi hərbi diktor Azərbaycan televiziyasına qayıdır

© Sputnik / Kamilla AliyevaŞəmistan Əlizamanlı
Şəmistan Əlizamanlı - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın tanınmış hərbi diktoru Şəmistan Əlizamanlı Azərbaycan Televiziyasında yayımlanacaq "Cəbhədən xəbər" adlı yeni verilişin aparıcısı olacaq.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Televiziyasında "Cəbhədən xəbər" adlı yeni veriliş yayımlanacaq.

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, verlişi hərbi diktor Şəmistan Əlizamanlı aparacaq.

Proqramda cəbhədəki vəziyyət və döyüşlərin gedişatı ilə bağlı ən son xəbərlər yer alacaq.

Xatırladaq ki, Şəmistan Əlizamanlı 90-cı illərdə Azərbaycan televiziyasında hərbi diktor kimi çalışıb. O, həm də hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədridir.

Şəmistan Əlizamanlını çox vaxt səs tembrinə görə Ümumittifaq radiosunun diktoru, SSRİ Nazirlər Soveti yanında televiziya və radio üzrə Dövlət Komitəsinin diktoru Yuri Levitanla müqayisə edirlər.

Xəbər lenti
0