Azərbaycan hərbi təyyarələri Türkiyə səmasında

Azərbaycana məxsus təyyarənin vurulması barədə yayılan məlumat dezinformasiyadır

214
(Yenilənib 00:17 29.09.2020)
Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı qeyd edib ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan qondarma Dağlıq Qarabağ ordusunun Martuni üzərində Azərbaycana aid bir An-2 təyyarəsini vurduğunu iddia edib. 

214
İlham Əliyev, arxiv şəkli

Prezident: Erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan xilas etmiş oluruq

0
(Yenilənib 13:48 22.10.2020)
Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarından və müharibə cinayətlərindən danışıb.

BAKI, 22 oktyabr — Sputnik. Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarından və müharibə cinayətlərindən danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, türkiyəli qonağı bu barədə məlumatlandıran Azərbaycan Prezidenti deyib: "Bilirəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz. Orada özünüz görəcəksiniz ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar".

Prezident vurğulayıb ki, Gəncəyə iki namərd hücum və şəhərin ballistik raketlərlə vurulması hərbi cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar. Bildiyiniz kimi, çoxlu itkilərimiz var, yaralılarımız var, o cümlədən uşaqlar, qadınlar, qocalar. Bu, bir daha erməni faşizminin yırtıcı mahiyyətini göstərir.

"Bu, bir daha göstərir ki, biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan, böyük faciədən xilas etmiş oluruq", - deyə dövlətimizin başçısı vurğulayıb.

0
Ermənistana məxsus taktiki PUA, arxiv şəkli

Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edildi

17
Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 22 oktyabr — Sputnik. Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edilib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib", - deyə məlumatda bildirilir.

17
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə