CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbəhazırlıq üçün elektron qeydiyyatdan keçən uşaların sayı açıqlandı

© Photo : Department of Education for Baku CityMəktəbəhazırlıq qrupu, arxiv şəkli
Məktəbəhazırlıq qrupu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəbəhazırlıq qruplarına cəlb olunacaq uşaqların sayı açıqlandı: 279 ümumi təhsil müəssisəsinin 1047 məktəbəhazırlıq qrupuna 27136 uşaq cəlb olunacaq.

BAKI, 25 sentyabr — Sputnik. 2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 279 ümumi təhsil müəssisəsinin 1047 məktəbəhazırlıq qrupuna 27136 uşaq cəlb olunacaq. Sputnik Azərbaycan-a İdarədən verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 24-də başa çatıb.

Məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/ elektron sistemi vasitəsilə həyata keçirilib. Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

2020-2021-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar. Məktəbəhazırlıq qrupları dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.

Xəbər lenti
0