Aeroflot şirkətinin təyyarələri, arxiv şəkli

Moskva-Bakı reyslərində onlayn növbə sistemi tətbiq edilir

28
(Yenilənib 19:22 23.09.2020)
Moskvaya reyslərin həyata keçirilməsi cədvəli hazırda Rusiya Federasiyasının ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə Operativ Qərargah tərəfindən müəyyən edilir.

BAKI, 23 sentyabr — Sputnik. Bu gündən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) həmvətənlərimizin ölkəyə qaytarılması üçün Moskva-Bakı marşrutu üzrə aviabilet əldə olunduğu zaman onlayn növbə sisteminin tətbiqinə başlayır. Bu barədə AZAL-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, pandemiya dövründə reyslərə olan yüksək tələbatı, reyslərin məhdud sayda olmasını və qeyri-müntəzəmliyini nəzərə alaraq, qeyd olunan istiqamətdə bilet satışı növbəlik qaydasında həyata keçiriləcək.

Sərnişinlər müraciət etdikləri zaman xarici pasportlarının skan edilmiş surətlərini və əlaqə nömrələrini göndərməlidirlər. Aviaşirkət onlayn forma və "WhatsApp" vasitəsilə eyni vaxtda müraciət etməməyii xahiş edir: "Bu yalnız onlayn növbələrin artmasına və çağrı mərkəzinin əməkdaşları tərəfindən müraciətlərin gec cavablandırılmasına səbəb olacaq. Sərnişinlərin diqqətinə çatdırırıq ki, qeyd olunan istiqamət üzrə aviabiletlərlə bağlı aviaşirkətin çağrı mərkəzinə zənglər vasitəsilə edilən müraciətlər qəbul olunmur".

Qeyd edək ki, Moskva-Bakı reysinə növbəyə yazılmaq üçün "WhatsApp" mesenceri vasitəsilə yazılı şəkildə və ya aşağıdakı keçidlərdən istifadə etməklə müraciət edilməlidir:

• https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000946120

• WhatsApp: +7 916 901 23 80

  Qeyd edək ki, Moskvaya reyslərin həyata keçirilməsi cədvəli hazırda Rusiya Federasiyasının ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə Operativ Qərargah tərəfindən müəyyən edilir. Aviaşirkətin çağrı mərkəzinə müraciət edən sərnişinlərə aviabilet dəyərinin ödənilməsi üçün müvafiq keçidlər və reys haqqında daha ətraflı məlumat növbəlik qaydasında göndəriləcək.

Rusiyada koronavirus testindən keçmək üçün şəxslər ölkənin Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan aşağıdakı tibb müəssisələrinə müraciət edə bilərlər:

- Səhiyyə Nazirliyinin "Profilaktik tibbi terapiya milli tibbi tədqiqat mərkəzi" FDBİ;

- Səhiyyə Nazirliyinin "Ftiziopulmonologiya və yoluxucu xəstəliklər milli tibbi tədqiqat mərkəzi" FDBİ;

- "İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətin (Rospotrebnadzor) Mərkəzi Epidemiologiya ETİ" FBEİ;

- Rusiya Elmlər Akademiyasının "İ.İ.Meçnikov adına vaksin və zərdablar ETİ" FDBEİ;

- Rusiya Elmlər Akademiyasının "Mərkəzi vərəm elmi-tədqiqat institutu" FDBEİ;

- "Təbabət" ("Medisina") SC;

- "İNVİTRO müstəqil laboratoriyası" MMC;

- Kliniki farmakologiya və farmasiya milli agentliyi" MMC;

- "Laborator-diaqnostika mərkəzi" MMC;

- "Sitilab kliniki laborator diaqnostika elmi-tibbi mərkəzi" MMC.

Testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.

Uçuş zamanı pandemiya dövründə xüsusi daşıma qaydaları tətbiq ediləcək. Həmin qaydalarla bağlı video ilə burada tanış ola bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M

28
Teqlər:
Operativ Qərargah, Nazirlər Kabineti yanında Operativ Qərargah, AZAL, WhatsApp, Bakı-Moskva-Bakı
Dollar əskinasları və cüzdan, arxiv şəkli

Amerikalı milyarder düzgün investisiya etməyin sirlərini bölüşdü

2
(Yenilənib 23:11 27.02.2021)
Uorren Baffet fiksə edilmiş gəlir alətlərinə yatırım edənləri "kədərli gələcəyin" gözlədiyini bildirib.

BAKI, 27 fevral - Sputnik. Amerikanın Berkshire Hathaway holdinq şirkəti banisi Uorren Baffetin illik ismarıcını yayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, ismarıcda milyarder pərakəndə investorlara tövsiyələrini qeyd edib.

Onun sözlərinə görə, kapitalın əsasını "vaxt, daxili sakitlik, geniş diversifikasiya və əməliyyat sayı ilə komissiyaların minimuma ebdirilməsi" təşkil edir. 

"Aksiyalara sahib olmaq - müsbət məbləğlə oyun oynamaqdır. Hövsələli və ağıllı, portfel yığmış meymun S&P 500 siyahısından olan şirkətlərin yerləşdirildiyi nişangaha 50 ox atsa, vaxt keçdikdən sonra gəlir götürəcək, kapitalı artacaq, düzdür, gərək bu zaman şirnikib aktivlərə dəyişiklik eləməyə".

O həmçinin qeyd edib ki, hazırda istiqrazlar üçün yaxşı vaxt deyil, çünki ABŞ Maliyyə Nazirliyinin onillik istiqrazları, məsələn, 2020-ci ilin sonunda 1981-ci ilin sentyabrındakı gılirliliklə müqayisədə 94 faiz düşmüşdü. Baffet fiksə edilmiş gəlir alətlərinə yatırım edənləri isə "kədərli gələcəyin" gözlədiyini bildirib.

2
Teqlər:
ABŞ, sirr, milyarder, investisiya, investor
Həbsxana, arxiv şəkli

Yarım əsrlik həbsxana muzeyə çevrildi

3
(Yenilənib 22:33 27.02.2021)
Bir vaxtlar qadınların həbs cəzası çəkdikləri binanın muzeyə çevrilməsi üçün 2019-cu ildən bəri gedən hazırlıqlar artıq yekunlaşmaq üzrədir

 

BAKI, 27 fevral — Sputnik. Türkiyənin Sivas şəhərində 58 il qadın cəzaçəkmə müəssisəsi kimi istifadə edilən bina muzeyə çevrilir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Sivasda Sultan II Əbdülhəmid Xanın inşa etdirdiyi, lakin 60-cı illərdəki çevrilişdən sonra 58 il qadın cəzaçəkmə müəssisəsi olaraq fəaliyyət göstərən Həmidiyyə məktəbi muzeyə çevrilir.

Binanın muzeyə çevrilməsi üçün 2019-cu ildən bəri gedən hazırlıqlar artıq yekunlaşmaq üzrədir. Sənaye və Texnologiya Nazirliyinin dəstəyi ilə restavrasiya olunan Həmidiyyə məktəbi artıq Şəhər və Sənaye Məktəbi adı altında muzey kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, muzeyin restavrasiyasına 10 milyon türk lirəsi xərclənib.

3
Teqlər:
qadınlar, Türkiyә, muzey, həbsxana