İranda tələbələr, arxiv şəkli

Təbriz Universitetindən göz yaşardan xəbər

26
Təbriz Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsi məzunlarının ilk buraxılış mərasimi keçirilib.

 

BAKI, 23 sentyabr — Sputnik. Ötən gün Təbriz Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsi məzunlarının ilk buraxılış mərasimi keçirilib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, mərasim fakültənin dekanı, professor Məhbub Taleyinin iştirakı ilə baş tutub.

Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatının tədrisi ilk dəfə 1993-cü ilə təsadüf edib. O vaxt iki semestrdən sonra fakültə fəaliyyətini dayandırıb. Daha sonra 2007-ci ildə fakültativ bir fənn kimi yenidən tədris edilməyə başlanıb. Nəhayət, 2016-cı ildə müstəqil ixtisas kimi tələbə qəbuluna başlanılıb.

Ötən gün həmin fakültədən məzun olan tələbələr 2016-cı ildə qəbul olan abituriyentlər olublar.

İran universitetlərində tədris edilən digər fakültələrdən fərqli olaraq, Azərbaycan dili və ədəbiyyatı fakültəsinin məzunları özəl məktəb və kolleclərdə təhsil infrastrukturunun və əmək bazarında bu ixtisasa tələbatın olmaması problemi ilə üzləşirlər. Bu da öz növbəsində vətəndaşların bu ixtisasın seçimi ilə bağlı qərarına ciddi təsir edir.

26
Əlaqədar
Dumanlı Təbriz, gizli Bakı, döyüşən şəhər...
Təbriz aksiyasına İstanbuldan dəstək
Təbriz nümunəvi müsəlman şəhəri seçilib
Görüş yeri dəyişdirildi, Təbriz proqramdan çıxarıldı
Bakıda maska taxmış şəxs

DİN koronavirusla bağlı əhaliyə müraciət etdi

3
"Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq".

BAKI, 27 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) koronavirus pandemtyası ilə bağlı əhaliyə müraciət edib.

Sputnik Azərbaycan həmin müraciəti təqdim edir:

"Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik".

3
Bakıda yağışlı hava

Sabah yağışlı dumanlı hava gözlənilir

1
Oktyabrın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir

BAKI, 27 oktyabr — Sputnik. Oktyabrın 28-də gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Oktyabrın 28-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 28-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

1