Bakıda tibbi maskada olan kişi, arxiv şəkli

Azərbaycanda koronavirusa ən çox yoluxma qeydə alınan ərazi

9
Həmin göstərici Abşeron rayonunda 15,4, Aran rayonlarında 10,5, Şəki-Zaqatalada 1,8 faiz təşkil edir.

BAKI, 22 sentyabr — Sputnik. Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, ölkəmizdə koronavirusa yoluxma hallarının 55,9 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 15,4, Aran rayonlarında 10,5, Gəncə-Qazax bölgəsində 6,4, Lənkəranda 4,3, Quba-Xaçmazda 2,1, Şəki-Zaqatalada 1,8, Dağlıq Şirvanda 1,6, Yuxarı Qarabağda 1, Naxçıvan Muxtar Respublikasında 0,04 faiz təşkil edir. Ölkə xaricindən idxal olunma halı 1 faizdir.

9

Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edildi

2
(Yenilənib 19:21 20.10.2020)
Oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 20 oktyabr - Sputnik. Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 20-də axşam saatlarında Gəncə istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Qeyd edək ki, bu gün Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı işğaldan azad edilən növbəti yaşayış məntəqələrimizin adlarını açıqlayıb.

Belə ki, oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

2
Əlaqədar
MN: Ermənistana məxsus taktiki PUA Tovuz üzərində məhv edildi
Qarşı tərəfə məxsus daha bir PUA məhv edilib
Dünya azərbaycanlıları Gəncə terroru barədə dünyaya car çəkib
Türk ulduzları Gəncə terroruna səssiz qalmayıblar
Gəncə terrorunda gözlərini itirən Pərvin - "O, bir daha balalarını görə bilməyəcək"
“Professor Gül” gəmi-bərəsi, arxiv şəkli

Bakı limanında gəmilər sevinc fiti verdilər

5
Bakı portundakı gəmilər Zəngilanın Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi şərəfinə fit veriblər.

BAKI, 20 oktyabr — Sputnik. Bakı portundakı gəmilər Zəngilan şəhəri və digər yaşayış məntəqələrimizin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi şərəfinə fit veriblər.

Bu barədə Sputnik Azərbaycan-a hadisənin şahidi olan sosial şəbəkə istifadəçiləri məlumat veriblər.

Qeyd edək ki, bu gün Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı işğaldan azad edilən növbəti yaşayış məntəqələrimizin adlarını açıqlayıb.

Belə ki, oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

5
Əlaqədar
İyirmi yeddi ildən sonra gələn azadlığın adı - Zəngilan
İşğaldan azad edilmiş Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır - VİDEO
Ali Baş Komandan: Zəngilan bizimdir!