CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təyyarədə doğuldu, ömür boyu pulsuz uçuş haqqı qazandı

© Depositphotos.com / Nadezhda1906Девочка босиком в самолете
Девочка босиком в самолете  - Sputnik Azərbaycan
Abunə olmaq
Ananı təbrik edən "EgyptAir" şirkətinin rəhbəri Ruşdi Zekeriya körpəyə ömür boyu pulsuz səyahət etmək hüququ verəcəklərini bildirib.

BAKI, 21 sentyabr — Sputnik. Təyyarə havada olduğu zaman dünyaya gələn şanslı körpə ömür boyu pulsuz uçuş hüququ qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, Qahirədən Londona uçuş həyata keçirən "EgyptAir" şirkətinin təyyarəsi Hiyam Nasir Naci Daaban adlı yəmənli sərnişinin doğuş sancıları başladığı üçün məcburi eniş etməli olub.

Qadını vaxtında xəstəxanaya çatdırmağı ümidi ilə Almaniyanın Münhen şəhərində eniş etmək istəyib. Lakin qadın təyyarədə olan bir həkimin köməkliyi ilə təyyarə yerə eniş etmədən uçağı dünyaya gətirib.

Ananı təbrik edən "EgyptAir" şirkətinin rəhbəri Ruşdi Zekeriya körpəyə ömür boyu pulsuz səyahət etmək hüququ verəcəklərini bildirib.

Lakin şirkətin yaydığı açıqlamada körpənin pulsuz səyahət etmək hüququnun yalnız təyyarə məcburi eniş etdiyi Münhenə aid olduğunu bildirib.

Xəbər lenti
0