CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəsulzadə haqqında indiyədək məlum olmayan sənədlər ilk dəfə təqdim edildi

Abunə olmaq
Jurnalda türkiyəli tədqiqatçı Ömər Özcan tərəfindən Rəsulzadənin geniş bir məktubu, Yusif Həmzəyev imzası ilə Rəsulzadənin II Dünya Müharibəsi dövrünə aid sənədləri ilk dəfə olaraq təqdim olunub

BAKI, 22 sentyabr — Sputnik. "Çapar" tarix dərgisinin Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının 65-ci ildönümünə həsr edilmiş xüsusi buraxılışı nəşr olunub.

Sputnik Azərbaycan xəbər verir ki, dərgidə Azərbaycanın tanınmış alimlərinin - Ramiz Abutalıbov, Vilayət Quliyev, Ədalət Tahirzadə, Nəsiman Yaqublu, Aydın Balayev, Mehdi Gəncəli, Əfqan Vəliyevin yazıları dərc edilib.

Jurnalda türkiyəli tədqiqatçı Ömər Özcan tərəfindən Rəsulzadənin geniş bir məktubu, Yusif Həmzəyev imzası ilə Rəsulzadənin II Dünya Müharibəsi dövrünə aid sənədləri ilk dəfə olaraq təqdim olunub.

Xüsusi buraxılışda Rəsulzadənin həyat yoldaşı Leyla xanımla bir müddət qonşu olmuş türkiyəli iqtisadçı Bülent Danişoğlunun müsahibəsi də yer alıb.

Dərginin xüsusi buraxılışının və Rəsulzadənin 1930-cu ildə Fransada çap olunmuş "Azərbaycan müstəqillik uğrunda mübarizə yolunda" kitabının tərcüməsinin ilk nüsxəsi M.Rəsulzadənin nəvəsi Rais Rəsulzadəyə təqdim olunub.

Qeyd edək ki, "Çapar" tarix jurnalı 2018-ci ilin dekabrından çap olunur, təsisçisi Yusif İlhamoğlu, baş redaktoru Dilqəm Əhməddir.

Xəbər lenti
0