CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Misirdə yaşı 2500 il olan xəzinə tapılıb – FOTO

© AFP 2023 / Khaled DesoukiМумии в катакомбах в районе Туна-эль-Габаль в Египте
Мумии в катакомбах в районе Туна-эль-Габаль в Египте - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlərin bildirdiyinə görə, taxta sarkofaqlar basdırıldığı andan açılmayıb. Onların səthində zərif rəsmlər, həmçinin heroqlif yazıları yaxşı qalıb.

BAKI, 22 sentyabr — Sputnik. Misirin Turizm və Əntiq Əşyalar Nazirliyi bazar günü qədim Sakkara nekropolunda bir həftə əvvəl aşkar edilmiş 13 sarkofaqa əlavə olaraq daha 14-nün tapıldığını deyib.

Sputnik Azərbaycan nazirliyin "Facebook" səhifəsinə istinadən xəbər verir ki, artefaktların yaşının 2500 il olduğu bildirilir.

https://www.facebook.com/moantiquities/posts/3418995644812728

Sakkara nekropolu məşhur Giza piramidalarının 16 kilometr cənubunda yerləşir. Nekropol YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş qədim Memfis şəhərinin bir hissəsidir. Yaxınlıqda Coserin nəhəng pilləli piramidası yerləşir.

Alimlərin bildirdiyinə görə, taxta sarkofaqlar basdırıldığı andan açılmayıb. Onların səthində zərif rəsmlər, həmçinin heroqlif yazıları yaxşı qalıb.

Nazirliyin səhifəsində bildirilir ki, işlər davam etdiriləcək və alimlər yaxın vaxtlarda yeni obyektlərin tapılacağına ümid edirlər.

Misir hökuməti hazırda koronavirus pandemiyasına görə məhdudiyyətlərdən əziyyət çəkmiş turizm sektorunu canlandırmaq üçün ölkə daxilində arxeoloji tapıntıları təşviq edir.

Xəbər lenti
0