Piştaxtada meyvə-tərəvəz, arxiv şəkli

Yeddi ucuz faydalı ərzağın adı açıqlandı: Onların hamısı Azərbaycanda var

39
(Yenilənib 10:08 21.09.2020)
Dietoloq yumurtanı təbii multivitaminlər mənbəyi hesab edir. İnsan orqanizminə lazım olan bütün mineral və vitaminlər, eləcə də faydalı yağlar və antioksidantlar yumurtanın tərkibində mövcuddur.

BAKI, 21 sentyabr — Sputnik. Dietoloq Kristina Andersson yeddi ucuz və faydalı ərzağın adını açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Svenska Dagbladet nəşri yazıb.

Həkim qida rasionuna məmnuniyyətlə qırmızı soğanı əlavə edir. Bu soğan vitaminlər və faydalı maddələrlə zəngindir, həmçinin bakterisid effektini ehtiva edir. Qırmızı soğanın tərkibində həmçinin bolluca antioksidantlar var.

Kələm isə orqanizmi xərçəngdən qoruyan kükürd tərkibli maddələrlə zəngindir. Mədə xəstəliklərindən əziyyət çəkənlər bu tərəvəzi çiy halda deyil, bişmiş halda yeməlidir.

Anderssonun dediyinə görə, kartof dietik qida sayılır. Bu tərəvəz orqanizmə daha az kalori versə də, adamı tox tutur.

Tibb mütəxəssisi kökümeyvəli bitkilərin də son dərəcə faydalı olduğu qənaətindədir. Kök, turp və çuğundurun müxtəlif növləri özündə çoxlu mineralları toplayır, yaxşı karbohidrat və bitki lifləri mənbəyi hesab olunur.

Yulafda beta-qlükan adlı xüsusi tip faydalı qida lifi var ki, o da qanda şəkərin və xolesterinin səviyyəsini normada saxlayır. Dietoloq hesab edir ki, taxıl bitkilərində qidalı elementlərin sayı çoxdur.

Lobya, noxud və mərcimək kimi paxlalılar zülal və minerallarla zəngindir. Andersson qeyd edir ki, konservləşdirilmiş lobya öz qidalandırıcılıq qabiliyyətini nəinki itirir, hətta daha da qiymətli qida halına gəlir.

Yumurtada isə çoxlu qida maddələri toplaşıb. Dietoloq onları təbii multivitaminlər adlandırır. Demək olar ki, insan orqanizminə lazım olan bütün mineral və vitaminlər, eləcə də faydalı yağlar və antioksidantlar yumurtanın tərkibində mövcuddur.

39

Müdafiə Nazirliyi: Havadan qurudan darmadağın davam etdirilir

28
Eyvazov deyib ki, düşmənin artıq döyüş sursatı tükənir və bölmələrimiz döyüş şəraitinə nəzarət edir.

BAKI, 25 oktyabr — Sputnik. "Ötən sutka ərzində qoşunlarımız işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirib".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

Eyvazov deyib ki, düşmənin artıq döyüş sursatı tükənir: "Hazırda bölmələrimiz döyüş şəraitinə nəzarət edir. Hərbi hava qüvvələrimiz düşmənin hərbi infrastrukturunu hədəfə alır. Düşmən havadan və qurudan darmadağın edilir".

28
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Ermənilərin döyüş meydanında qoyub qaçdığı texnikalar

Ermənistan ordusu itki verərək geri çəkilməyə məcbur edilib - VİDEO

90
(Yenilənib 19:37 25.10.2020)
Qubadlı istiqamətində işğalçıların silah-sursatla dolu dörd avtomobili və bir zirehli texnikası ələ keçirilib.

BAKI, 25 oktyabr — Sputnik. Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

Ələ keçirilən avtomobil və zirehli texnikanın görüntülərini təqdim edirik:

90
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə