İmişli rayonu Qızıltəpə ərazisində aşkarlanan qəsr

İmişlidə dörd tərəfdən su ilə əhatə olunmuş qəsr - Azərbaycanın aşkarlanmamış tarixi

1567
(Yenilənib 09:08 18.09.2020)
İmişli yaşıllığı az olan bir ərazi olsa da, turistlərin diqqətini tarixi abidələri cəzb edə bilər. Azərbaycan xalqının qədim tarixini daha yaxşı öyrənmək və bunu dünyaya çatdırmaq üçün qazıntılar aparılmalıdır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Bir müddət əvvəl İmişli rayon Qızılkənd kəndində Qızıltəpə adlanan ərazidə Orta əsrlərə aid qəsr aşkar edilib. 

Sputnik Azərbaycan İmişli rayonu Qızıltəpə ərazisindən xəbər verir ki, ərazidə araşdırma AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, İmişli ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev tərəfindən aparılıb.

Qızıltəpəyə çıxmaq o qədər də asan deyil. Təpəyə qalxmaq üçün torpaq qatında pilləkənlər qazılsa da, zirvəyə az qalmış pilləkənlər itir.

Təpə 4 tərəfdən su hövzələri ilə əhatə olunub. Hazırda ərazi baxımsız olduğu üçün hövzələri yosun və qamış basıb. Ərazidə qazıntı işlərinin aparılmasına və əsaslı təmirə ehtiyac var.

© Sputnik / Irade JELIL
İmişli rayonu Qızıltəpə ərazisində aşkarlanan qəsr

M.Mustafayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ərazidə qazıntı işləri ilk dəfə 2018-ci ildə aparılıb.

"Qazıntı işlərinin nəticəsində məlum oldu ki, bu, qəsr tipli abidədir. Öz dövründə ətrafda yaşayan sakinlər hər hansı bir təhlükə hiss etdikləri zaman həmin qəsrdə məskunlaşıblar. Bu təpələrdə olan gözətçi məntəqələri digər təpələrdə olan məntəqələrlə əlaqə yaradaraq təhlükə haqqında məlumat əldə edirdilər və təhlükə sovuşana qədər bu qəsrdə yaşayırdılar", - deyə arxeoloq bildirib.

Onun sözlərinə görə, Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı da bu ərazidə intensiv yaşayış məskənləri olub və bu kimi təpələr həmin dövrlər üçün əlverişli yüksəkliklər hesab edilib.

  • İmişli rayonu Qızıltəpə ərazisi
    © Sputnik / Irade JELIL
  • İmişli rayonu Qızıltəpə ərazisində aşkarlanan qəsr
    © Sputnik / Irade JELIL
  • İmişli rayonu Qızıltəpə ərazisi
    © Sputnik / Irade JELIL
  • İmişli rayonu Qızıltəpə ərazisində aşkarlanan qəsr
    © Sputnik / Irade JELIL
1 / 4
© Sputnik / Irade JELIL
İmişli rayonu Qızıltəpə ərazisi

Mütəxəssis bildirir ki, qəsrlərdə olan gözətçi məntəqələri hücumların qarşısını almaqda böyük rola malik olub. Qəsrin qeyri-adi olması onun ərazisinin su hövzəsi ilə əhatə olunmasındadır: "Monqol yürüşləri zamanı bu ərazilər dağıntıya məruz qalıb. Sonradan Əmir Teymurun səfəri zamanı yenidən müəyyən qədər bərpa edilib".

Qəsrin ərazisi 4 hektardır. Arxeoloq bildirir ki, araşdırmalar zamanı qəsrə girişin məhdud olduğu müəyyən edilib: "Bura yalnız bir girişlə daxil olmaq mümkündür. Ərazi 4 tərəfdən su hövzəsi ilə əhatə olunub. Qızıltəpə qorunan bir ərazi, qorunan bir qala olub".

Qazıntılar zamanı hörülmüş divarlar aşkarlanıb. Bununla yanaşı, müxtəlif ocaq izləri, təndir tikililəri, saxsı əşyalar, müxtəlif qablar aşkar edilib.

© Sputnik / Irade JELIL
İmişli rayonu Qızıltəpə ərazisində aşkarlanan qəsr

M.Mustafayevin fikrincə, araşdırma zamanı qəsrin orta əsrləri aid olduğu müəyyən edilib.

Xatırladaq ki, arxeoloq 2008-ci ildə İmişli rayonunda Muxortəpə ərazisində qazıntı işləri də aparıb: "İlk olaraq abidənin şərq tərəfində test məqsədilə şuft qoyuldu. Testlər zamanı abidədən 3 ədəd təsərrüfat küpləri tapıldı. Onların ikisi taxıl saxlamaq üçün, biri isə çaxırçılıqda istifadə edilən küp idi. Çaxırçılıqda istifadə edilən küpün içində izlər bu günə qədər qalmışdı. Həmin vaxt ərazidə şüşə qablar, saxsı qablar, məzarlar və digər qədim tarixə malik əşyalar tapılmışdı. Növbəti illər Muxor təpənin cənub-qərb istiqamətində qazıntı işləri apardıq. Bu zaman çiy kərpicdən tikilmiş divar aşkarlandı. Müəyyən səbəblərdən Muxortəpə abidəsində qazıntılar dayandırıldı və Qızıltəpəni qazmağa başladıq. Muxor təpədə yaşayış məntəqəsi, Qızıltəpədə isə qala aşkarlandı".

© Sputnik / Irade JELIL
İmişli rayonu Qızıltəpə ərazisi

İmişlidə XII-XIV əsrlərə aid Muxortəpə, Qaratəpə, Yeddi kurqan, Dəyirman yeri, Qalaça yeri və s. kimi tarixi abidələr var. Bu da İmişli rayonunu gələcəkdə tarixi abidələrlə zəngin olduğu üçün turizm bölgəsinə çevirməyə imkan verir.

İmişli yaşıllığı az olan bir ərazi olsa da, turistlərin diqqətini tarixi abidələri cəzb edə bilər. Azərbaycan xalqının qədim tarixini daha yaxşı öyrənmək və bunu dünyaya çatdırmaq üçün qazıntılar aparılmalıdır.

Qeyd edək ki, orada olduğumuz zaman əraziyə İmişli Rayon icra başçısı Elçin Rzayev də baxış keçirdi. Arxeoloq Mikayıl Mustafayevin fikirləri dinlənildi və müəyyən tapşırıqlar verildi.

1567
Bərdə rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır

11
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır

BAKI, 27 oktyabr - Sputnik. Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir. 2020-ci il oktyabrın 27-də günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy və Bərdə rayonları müxtəlif istiqamətlərdən intensiv raket və  ağır artilleriyadan atəşə tutulub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, erməni silahlı qüvvələri tərəfindən saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olmuş, 7 nəfər isə xəsarət almışdır.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.

11
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Goranboy, Tərtər və Bərdə rayonları raket atəşinə tutulur
MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır
MN: Tərtər və Bərdə atəşə tutulur
Bərdəyə atılmış raketlərdən nəhəng çala əmələ gəldi - VİDEO
Bakının mərkəzində tibbi maskada olan qızlar, arxiv şəkli

Biz şiddətli soyuqları görməmiş xəstəlik bizi "görə" bilər - yenidən qapanma mümkündür

9
(Yenilənib 18:00 27.10.2020)
"Avtobuslarda sıxlıq müşahidə edilir. Ona görə də iş yerlərində işçilərin sayına yeni məhdudiyyətlərin tətbiqi, bəzi xidmət sahələrinin fəaliyyətini onlayn rejimdə davam etdirməsini gözləmək olar"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 oktyabr — Sputnik. Koronavirusa yoluxma sayının artması ilə əlaqədar son günlər sosial şəbəkələrdə iş yerlərinin yenidən bağlanacağı, hətta bəzi ticarət müəssisələrinə bununla bağlı xəbərdarlıq edildiyi barədə məlumatlar yayılıb. Yayılan xəbərlərə görə, ticarət obyektlərinin sahiblərinə yenidən onlayn satışa üstünlük vermələri tövsiyə olunub.

Sputnik Azərbaycan koronavirusa yoluxma sayının artmasının karantin qaydalarında hansı sərtləşmələrə səbəb olacağını araşdırıb. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin qaydalarının yenidən sərtləşdirilməsi gözləniləndir: "Koronavirusa yoluxma sayı yenidən artır. Bunun əsas səbəbi insanların karantin qaydalarına əməl etməməsidir. Ölkədə ticarət obyektlərinin fəaliyyətinə qoyulan məhdudiyyət ona görə götürüldü ki, həmin dövrdə yoluxma azalmışdı. Bundan əlavə, ticarət obyektlərinin, restoranların fəaliyyətinə karantin qaydalarına əməl etmək şərtilə icazə verildi. İnsanlar isə çox təəssüf ki, bu qaydalara əməl etmirlər. Tibbi maska, gigiyena və sosial məsafə bəzən tamamilə unudulur. Hətta biz avtobusda maskadan istifadə etməyən sərnişinləri görürük. Karantin qaydalarının kobud şəkildə pozulması isə virusa yoluxma sayını hər gün artırır. Ona görə də yoluxma bu templə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi gözləniləndir".

Ə.Rüstəm deyir ki, həm bölgələrdə, həmçinin də paytaxtda koronavirusa yoluxmada artım müşahidə olunur. Bu isə insanların karantin qaydalarına əməl etməməsinin nəticəsidir: "Avtobuslarda sıxlıq müşahidə edilir. Ona görə də iş yerlərində işçilərin sayına yeni məhdudiyyətlərin tətbiqi, bəzi xidmət sahələrinin fəaliyyətini onlayn rejimdə davam etdirməsini gözləmək olar".

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl da deyir ki, yoluxma sayının kəskin şəkildə artmasının başlıca səbəbi vətəndaş məsuliyyətsizliyidir:

"Hələ şiddətli soyuqları görməmişik. Bu, birbaşa vətəndaşların qoruyucu tədbirlərə əməl etməməsi ilə bağlıdır. Odur ki, karantin qaydalarına əməl etməli, profilaktik tədbirləri yerinə yetirməliyik. Əks halda, tam təcridə gedə bilərik, karantin rejimi daha da sərtləşdirilə və iş yerləri yenidən bağlana bilər. Virusun yayılmasının səbəbi əhalinin etinasızlığıdır".

Qeyd edək ki, koronavirusa yoluxmada artım səbəbindən bəzi rayonlara giriş-çıxışa məhdudiyyət tətbiq edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə bildirdilər ki, respublika üzrə ən çox yoluxma yenə də paytaxtdadır. Amma buna baxmayaraq, rəqəmlər Bakıda yoluxma faizinin aşağı düşdüyünü göstərir. Belə ki, son rəqəmlərdə Bakıda yoluxma respublika üzrə ümumi yoluxmanın 56 faizini təşkil edirdisə, hazırda bu rəqəm 55,7 faizdir. Sonrakı yerlərdə 14,6 faizlə Abşeron, 10,4 faizlə Aran, 6,6 faizlə Gəncə-Qazax, 4 faizlə Lənkəran, 2,7 faizlə Şəki-Zaqatala, 2,4 faizlə Quba-Xaçmaz, 1,5 faizlə Dağlıq Şirvan, 1 faizlə Yuxarı Qarabağ qərarlaşıb. Rəsmi məlumata görə, ən az yoluxma 0,8 faizlə Naxçıvan Muxtar Respublikasındadır. Azərbaycandakı koronaviruslu xəstələrin 0,9 faizi ölkə xaricində yoluxanlardır. Paytaxt daxilində ən çox yoluxma isə 14,5 faizlə Binəqədi rayonundadır. Sonrakı yerlərdə 12,6 faizlə Xətai, 11,7 faizlə Yasamal, 11,6 faizlə Sabunçu, 8,7 faizlə Nəsimi, 8,1 faizlə Nərimanov, 7,9 faizlə Suraxanı, 7,2 faizlə Nizami, 7 faizlə Qaradağ, 5,7 Xəzər, 4,7 faizlə Səbail, 0,3 faizlə Pirallahı rayonları qərarlaşıb. TƏBİB koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşları diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırır.

9
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib
İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq
Uşaqlar hansı yaşdan etibarən maska taxmalıdırlar?
Azərbaycanda koronavirusa yoluxma niyə artır?
Ön cəbhəyə yollanan hərbçilər COVID-19 testindən keçirilir?