DTX-nin əməkdaşları, arxiv şəkli

DTX yenə əməliyyat keçirdi Tutulanlar var - VİDEO

173
(Yenilənib 13:04 16.09.2020)
Cinayət başında ifşa olunan adları çəkilən şəxslərin idarə etdikləri avtomobillərə və yaşadıqları mənzillərə keçirilən baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsir edən maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən güclü təsir edən maddələrin müntəzəm olaraq külli miqdarda Rusiya Federasiyasından gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycan Respublikasına gətirməkdə, satış məqsədilə qanunsuz olaraq əldə etməkdə, saxlamaqda və daşımaqda, eləcə də digər hüquqazidd əməlləri törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Əsədov Emil Kamran oğlu, Hüseynov Şahin Mirhüseyn oğlu, Babayev Asif Siyafəddin oğlu, Hüseynov Rəşad Şahin oğlu, Musayev Vasif Zülfüqar oğlu, Əliyev Emil Xandadaş oğlu və Namazov Zaur Namaz oğlunun qanunsuz əməllərinin qarşısı alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, cinayət başında ifşa olunan adları çəkilən şəxslərin idarə etdikləri avtomobillərə və yaşadıqları mənzillərə keçirilən baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsir edən maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 240.3.2-ci (külli miqdarda güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işləri başlanılıb.

Hazırda adları qeyd olunan şəxslərlə bağlı cinayət təqibi davam etdirilir.

173
5G K9 robotu, arxiv şəkli

Robotlar insanlar üçün niyə qorxuludur - alimlərdən ilginc cavab

4
(Yenilənib 20:47 20.09.2020)
Alimlər qeyd ediblər ki, üzləri qavrama qabiliyyəti psixologiya üçün son dərəcə vacibdir. Autizmdə və bəzi xəstəliklərdə bu, yox olur və bu sahədə aparılan yeni araşdırmalar effektiv terapiyanın yolunu müəyyən edə bilər.

BAKI, 20 sentyabr — Sputnik. Emori Universitetinin psixoloqları insanların robotlardan qorxma səbəblərini müəyyən ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hələ 1970-ci illərdən insanabənzər "canlı" modellərin müşahidəçilərdə xoş olmayan hisslər yaratdığı nəzərə çarpmışdı.

Bu hal "şər vadilər effekti" adlanırdı. Yeni araşdırmanın müəllifləri bunun səbəblərini müəyyən etməyə çalışıblar. Bunun üçün onlar insanların yad simaları necə qəbul etdiyini izləyiblər.

Könüllülərə insan şəkilləri, mexaniki robotlar və androidlər göstərilərək, onlardan "canlı" miqyasda qiymətləndirilməsi istənilib. Qiymətləndirmə bir neçə millisaniyə çəkib.

Nəticələr göstərdi ki, insanlar canlı bir üzü cansız bir üzdən 400 millisaniyədə fərqləndirə bilirlər. "İnsan şəklindəki" robotların isə üzünü beyin əvvəlcə canlı kimi qəbul edir, lakin sonra qarşısında süni bir cisim olduğunu anlayır.

Araşdırma müəlliflərinin fikrincə, dəhşət hissinin yaranması böyük ehtimalla qəbul edilən canlılığın azalması ilə bağlıdır.

Alimlər qeyd ediblər ki, üzləri qavrama qabiliyyəti psixologiya üçün son dərəcə vacibdir. Autizmdə və bəzi xəstəliklərdə bu, yox olur və bu sahədə aparılan yeni araşdırmalar effektiv terapiyanın yolunu müəyyən edə bilər.

4
Teqlər:
robot
Əlaqədar
Robotlar bu sahələrdə insanları sıxışdırıb çıxaracaqlar
Robotlar da yatmalıdır
İnsanlar kimə lazımdır? Rusiya gələcək robot ordusunun avanqardını yaradıb
Qazandığımızı tam itirə bilərik: təşəbbüsü robotlara verməklə...
“Ey, insan! Qorxursan?” – Robot öz məqaləsində sual edir

Günəş olsa, parkda işıqlar sönməyəcək: Burada axırıncı dəfə işıq sovet dövründə yanıb

90
(Yenilənib 20:25 20.09.2020)
Naftalanda və regionda ilk-alternativ enerji mənbələrindən istifadə olunan park turistlərin və yerli sakinlərin marağına səbəb olur

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. 

İllərdir turizm şəhəri olan Naftalanda yerləşən Qələbə parkında işıqlandırma sistemi yox idi. Sakinlər burada gündüz rahat gedib dincələ bilirdilərsə, gecə oradan keçmək insanda hünər tələb edirdi. Qaranlığa qərq olan park, bir neçə gündü işıqılığa çıxıb.

Kurort şəhəri olan Naftalan tək nefti ilə deyil, təmiz havası, səliqəli parkları ilə seçilir. Sputnik Azərbaycan xəbər verir ki, şəhərdə turistlərin və yerli sakinlərin diqqətini çəkən pilot layihə həyata keçirilib. Abadlıq-quruculuq işləri çərçivəsində illərdən bəri işıqsız qalmış, şəhərin ən böyük parklarından sayılan Qələbə parkında yerli və xarici istehsalçıların birgə məhsulu olan yeni işıqlandırma sistemi quraşdırılıb. İşıqlar günəş enerjisi ilə qidalanan lampa və solar batareyalarla təchiz olunub.

"Naftalanda turistlərimiz də olur, qonaqlarımız da gəlir. İndiyə qədər parka gecə çıxmaq olmurdu, çünki işıqlar yanmırdı, qaranlıq olurdu. Şükür indi müasir işıqlar qoyulub. Bu işıqlandırma sistemi qənaətlidir. Digər bölgələrdə beləsini görməmişik. Bu yaxşıdır, səliqəli də görünüşü var. Parkın gözəlliyini pozmur, ona daha da yaraşıq verir".

  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
  • Naftalanda maraqlı işıqlar
    © Sputnik / Rahim Mammadov
1 / 4
© Sputnik / Rahim Mammadov
Naftalanda maraqlı işıqlar

Şəhər sakini Mahmud Həsənov müasir işıq dirəklərinin çox effektiv olduğunu deyir:

Gələcəkdə şəhər ərazisində bir neçə belə işıqlandırma sistemlərinin quraşdırılması nəzərdə tutulub. Alternativ enerjidən istifadə ilə həm də elektrik enerjisinə qənaət olunacaq.

Şəhər sakini Əbülfət Bayramov hesab edir ki, parkın ərazisindəki işıqlanmanı hamı bəyənir. Çünki bu park axırıncı dəfə sovet dövründə işıqlandırılıb. Sonrakı illərdə isə orada işıq olmayıb:

"Bu gün biz şəhər parkının işıqlandırılmasını çox müsbət qarşılayırıq. Baxırıq ki, müasir işıqdı, günəş şüası ilə işıqlanır. Bu da indiki dövrdə elektrik enerjisinə qənaətdir. Hər halda bizim büdcəmiz üçün xeyir gətirəcək".

Hazırda sözügedən Qələbə parkında 10 ədəd müasir işıq dirəkləri qoyulub. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə gələcəkdə həmin işıqlanma sistemlərindən Naftalanın müxtəlif yerlərində quraşdırılması nəzərdə tutulub.

90
Teqlər:
kurort, park, Naftalan