SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Trampdan bütöv bir dövrə damğa vuracaq etiraf: "Onadək hər şey yaxşı gedirdi"

© AP Photo / Andrew HarnikПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev rəhbəri, həmçinin etiraf edib ki, o həyatın bütün "kövrəkliyini" anladı. Tramp xatırladıb ki, onun altı dostu "COVID-19"-dan vəfat edib.

BAKI, 16 sentyabr — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bəyan edib ki, onun prezidentliyinin ilk dövründə ən çətin anı koronavirus pandemiyası olub. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Prezidenti "ABC" telekanalına müsahibəsində bildirib.

"Heç şübhəsiz bu COVID-la və ya mənim Çin qrupu adlandırdığım virusla bağlı olan şeylər idi", - deyə Tramp prezidentlik illərində ona ən çətin şey barədə sualı cavablandırarkən bildirib.

Amerikalı lider vurğulayıb ki, pandemiyaya qədər "işlər olduqca yaxşı gedirdi".

Ağ Ev rəhbəri, həmçinin etiraf edib ki, o, həyatın bütün "kövrəkliyini" anladı. Tramp xatırladıb ki, onun altı dostu "COVID-19"-dan vəfat edib.

Prezident qeyd edib ki, ABŞ-da koronavirus əleyhinə peyvəndin yaradılması üçün 3-4 həftə lazımdır.

O, həmçinin əlavə edib ki, indi Çinlə ticarət razılaşmasının bağlanılmasına "başqa cür baxır". Trampın sözlərinə görə, onun bu razılaşmaya görə mövqeyi koronavirus pandemiyasına görə dəyişib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 29,5 milyonu keçib, 935 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0