Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbi

Mindən artıq şagird indi daha keyfiyyətli təhsil alacaq

10
(Yenilənib 11:46 16.09.2020)
Təhsil naziri Emin Əmrullayev Qazaxda  əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olub

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbi əsaslı  təmir olunub. 1176 şagird yerlik məktəb binası Bilik Günündə müəllim və şagirdlərin istifadəsinə verilib. Təhsil Naziri Emin Əmrullayev məktəbə gələrək burada yaradılan şəraitlə yaxından tanış olub. Məktəbin təmirinə ötən il iyul ayının ortalarından başlanılıb. Ümumi sahəsi 25 min kvadratmetr, bina sahəsi isə 5500 kvadratmetrdir. Məktəb binası 2 korpusdan ibarətdir. Birinci korpus üçmərtəbəli, ikinci korpus isə ikimərtəbəlidir.

© Sputnik / Ilham Mustafa
Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbi

Birinci mərtəbədə 10 sinif otağı  yerləşir. İkinci mərtəbədə sinif otağlarının sayı 8-dir. Burada fizika və laboratoriya otaqları, müəllimlər otağı, tibb otağı-psixologiya otağı yerləşir. Üçüncü mərtəbədə 9 sinif otağı var. Biologiya və laboratoriya otaqları, iki informatika otağı, uşaq birliyi otağı da bu mərtəbədə yerləşir.

İkinci korpusun birinci mərtəbəsində idman zalı, oğlan və qızlar üçün soyunub geyinmə otağı (duş otağı), oğlan və qızlar üçün əmək otağı, müəllim və şagirdlər üçün yeməkxana, mətbəx, əl-üz yuma otağı yerləşir. İkinci mərtəbədə isə 3 sinif otağı, 140 nəfərlik akt zalı, kitabxana, elektron kitabxana, musiqi otağı, xarici dil müəllimlərinin otağı, arxiv yerləşir.Müasir standartlara cavab verən yeni məktəbdə futbol və basketbol meydançası yaradılıb. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, həyətə asfalt döşənib, müasir işıqlandırma sistemi ilə təmin olunub.

© Sputnik / Ilham Mustafa
Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbi

Qeyd edək ki, məktəb Heydər Əliyev Fondu tərəfindən təmir olunub. Öz fəaliyyətində təhsil sahəsinin inkişafını prioritet götürən Fondun reallaşdırdığı layihələr çərçivəsində ölkəmizin hər yerində çoxsaylı yeni məktəb binaları, körpələr evi-uşaq bağçaları inşa olunur və istifadəyə verilir.

10

Günəş olsa, parkda işıqlar sönməyəcək: Burada axırıncı dəfə işıq sovet dövründə yanıb

0
(Yenilənib 20:12 20.09.2020)
Naftalanda və regionda ilk-alternativ enerji mənbələrindən istifadə olunan park turistlərin və yerli sakinlərin marağına səbəb olur

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. İllərdi turizm şəhəri olan Naftalanda yerləşən Qələbə parkında işıqlandırma sistemi yox idi. Sakinlər burada gündüz rahat gedib dincələ bilirdilərsə, gecə oradan keçmək insanda hünər tələb edirdi. Qaranlığa qərq olan park, bir neçə gündü işıqılığa çıxıb.

Kurort şəhəri olan Naftalan tək nefti ilə deyil, təmiz havası, səliqəli parkları ilə seçilir. Sputnik Azərbaycan xəbər verir ki, şəhərdə turistlərin və yerli sakinlərin diqqətini çəkən pilot layihə həyata keçirilib. Abadlıq-quruculuq işləri çərçivəsində illərdən bəri işıqsız qalmış, şəhərin ən böyük parklarından sayılan Qələbə parkında yerli və xarici istehsalçıların birgə məhsulu olan yeni işıqlandırma sistemi quraşdırılıb. İşıqlar günəş enerjisi ilə qidalanan lampa və solar batareyalarla təchiz olunub.

Şəhər sakini Mahmud Həsənov müasir işıq dirəklərinin çox effektiv olduğunu deyir:

"Naftalanda turistlərimiz də olur, qonaqlarımız da gəlir. İndiyə qədər parka gecə çıxmaq olmurdu, çünki işıqlar yanmırdı, qaranlıq olurdu. Şükür indi müasir işıqlar qoyulub. Bu işıqlandırma sistemi qənaətlidir. Digər bölgələrdə beləsini görməmişik. Bu yaxşıdır, səliqəli də görünüşü var. Parkın gözəlliyini pozmur, ona daha da yaraşıq verir."

Gələcəkdə şəhər ərazisində bir neçə belə işıqlandırma sistemlərinin quraşdırılması nəzərdə tutulub. Alternativ enerjidən istifadə ilə həm də elektrik enerjisinə qənaət olunacaq.

Şəhər sakini Əbülfət Bayramov hesab edir ki, parkın ərazisindəki işıqlanmanı hamı bəyənir. Çünki bu park axırıncı dəfə sovet dövründə işıqlandırılıb. Sonrakı illərdə isə orada işıq olmayıb:

"Bu gün biz şəhər parkının işıqlandırılmasını çox müsbət qarşılayırıq. Baxırıq ki, müasir işıqdı, günəş şüası ilə işıqlanır. Bu da indiki dövrdə elektrik enerjisinə qənaətdir. Hər halda bizim büdcəmiz üçün xeyir gətirəcək".

Hazırda sözügedən Qələbə parkında 10 ədəd müasir işıq dirəkləri qoyulub. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə gələcəkdə həmin işıqlanma sistemlərindən Naftalanın müxtəlif yerlərində quraşdırılması nəzərdə tutulub.

0
Teqlər:
kurort, park, Naftalan
Государственный экзаменационный центр

Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

8
Bu vaxta kimi 900-dən artıq abituriyent (subbakalavr) ixtisas seçimi etsə də, öz ərizələrini təsdiq etməyib. DİM tərəfindən həmin şəxslər SMS vasitəsilə məlumatlandırılıb.

BAKI, 20 sentyabr - Sputnik. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı 21 sentyabr saat 10:00-dək uzadılıb. 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar 21 sentyabr saat 10:00-dək ixtisas seçimi ərizələrini təsdiq edə bilərlər. Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər. 

Qeyd edək ki, bu vaxta kimi 900-dən artıq abituriyent (subbakalavr) ixtisas seçimi etsə də, öz ərizələrini təsdiq etməyib. DİM tərəfindən həmin şəxslər SMS vasitəsilə məlumatlandırılıb.

Qeyd edək ki, DİM bundan öncə ixtisas seçiminin bu gün - 20 sentyabr saat 23:59-da başa çatacağı barədə məlumat yaymışdı.

8