Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

"Belaruslar özləri ölkədəki vəziyyəti həll etməlidirlər" - Putin

9
Rusiya lideri belaruslu həmkarı ilə görüşündə, həmçinin bildirib ki, Rusiya Belarusa 1,5 milyard dollar həcmində dövlət keti ayıracaq.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. Belaruslar özləri, xaricdən ipucu almadan ölkədə yaranmış vəziyyəti həll etməlidirlər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Belarusdan olan həmkarı Aleksandr Lukaşenko ilə baş tutan danışıqları zamanı bildirib.

"Biz görürük, təbii ki, hamımız bilirik ki, Belarusda baş verənlər seçkilərlə bağlı ölkədaxili işlərdir. Siz bizim mövqeyimizi yaxşı bilirsiniz. Biz belaruslarln özlərinin xaricdən heç bir ipucu və təzyiq olmadan, sakit rejimdə və bir-biriləri ilə dialoq halında vəziyyəti həll etsinlər və bundan sonra işlərini necə quracaqlarına dair ortaq nəticəyə gəlsinlər", - deyə Putin qeyd edib.

Rusiya Prezidenti eyni zamanda qeyd edib ki, ölkəsi Belarusa investisiya yatıran ən böyük ölkədir: "Rusiya və Belarus arasında bir çox sahələrdə dərin əməkdaşlıq mövcuddur. Ölkələr pandemiya ilə bağlı ticarət dövriyyəsini bərpa etməlidirlər".

Rusiya lideri belaruslu həmkarı ilə görüşündə, həmçinin bildirib ki, Rusiya Belarusa 1,5 milyard dollar həcmində dövlət keti ayıracaq: "Hazırda maliyyə nazirləri peşəkar səviyyədə dialoq aparırlar"

Lukaşenko isə öz növbəsində qeyd edib ki, Respublikada baş verən hadisələrin Minskin Rusiyaya yaxın olmalı olduğunu göstərdi: "İqtisadiyyat hər şeyin əsasında dayanır. İnanın mənə biz həmişə bu xəttə (Rusiya Federasiyası ilə əməkdaşlığa – red.) sadiq qalmışıq. Son hadisələr bizə böyük qardaşımızla daha yaxın olmağımızı və iqtisadiyyat da daxil olmaqla bütün məsələlərdə daha yaxından əməkdaşlıq etməyimiz lazım olduğunu göstərdi".

Qeyd edək ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

9

Azərbaycan HHM bölmələri Ermənistan PUA-sını məhv edib

22
(Yenilənib 01:38 21.09.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-si saat 23:13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı AR Müdafiə Nazirliyi yayıb.

Hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

22
Əlaqədar
Ermənistanın daha bir PUA-sı məhv edildi
Ermənistana məxsus daha bir PUA məhv edilib
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Ermənistana məxsus iki ədəd taktiki PUA məhv edilib
Türkiyədə zəlzələ nəticəsində dağılan bina, arxiv şəkli

Türkiyədə təbii fəlakət baş verib

18
(Yenilənib 00:28 21.09.2020)
Niğde Valisi Yılmaz Şimşək zəlzələ bölgəsindəki vəziyyətlə bağlı deyib: "İndiyə qədər bizə çatan məlumatlara görə, tələfat və maddi itki qeydə alınmayıb".

BAKI, 20 sentyabr — Sputnik. Türkiyənin Niğde vilayətində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verib.

Sputnik Türkiyə xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Bildirilir ki, episentri Bor rayonunda 6,97 kilometr dərinlikdə olan yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 22:08-də qeydə alınıb. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Niğde Valisi Yılmaz Şimşək zəlzələ bölgəsindəki vəziyyətlə bağlı deyib: "İndiyə qədər bizə çatan məlumatlara görə, tələfat və maddi itki qeydə alınmayıb".

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

18
Teqlər:
Niğde vilayəti, zəlzələ, Türkiyə
Əlaqədar
Türkiyədə zəlzələ qurbanlarının sayı artmaqdadır
Türkiyədə daha bir zəlzələ: gücü çaşdırdı
Türkiyədə güclü zəlzələ: evlər uçdu, yaralılar var – VİDEO
Türkiyədə zəlzələ oldu
Türkiyədə güclü zəlzələ olub