Bakıda avtomobil hərəkatı, arxiv şəkli

BNA yeni tədris ili ilə bağlı müraciət etdi

10
Səhər və axşam pik saatlarında bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədilə svetoforlarda "yaşıl dalğa" tətbiq ediləcək.

BAKI, 14 sentyabr — Sputnik. Yeni tədris ilinin ilk günü küçə və prospektlərdə, təhsil müəssisələrinin qarşısında sıxlıqların yaranması istisna edilmir. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyi (BNA) bunu nəzərə alaraq hərəkət iştirakçılarına anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edir:

"Övladlarını şəxsi nəqliyyat vasitəsilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Bu cür hərəkətlər inzibati məsuliyyət yaratmaqla yanaşı, yollarda süni sıxlığa səbəb olur. Nəticədə digər hərəkət iştirakçıları ən əsası da ictimai nəqliyyat istifadəçiləri, o cümlədən müəllimlər işə gecikmələrlə çatırlar. Səhər və axşam pik saatlarında bəzi küçə və prospektlərdə sıxlığın azaldılması məqsədilə svetoforlarda "yaşıl dalğa" tətbiq ediləcək".

10
İnsanın kölgəsi, arxiv şəkli

Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi

2
(Yenilənib 18:13 19.09.2020)
Toplanmış sübutlara əsasən, Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKI, 19 sentyabr — Sputnik. Xəbər verildiyi kimi, "Güllübulaq" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri Füzuli Adıgözəlovun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a bildirilib ki, istintaq zamanı toplanmış sübutlarla "Güllübulaq" MMC-nin təsisçisi və faktiki rəhbəri Adıgözəlov Füzuli Qəşəm oğlunun 2011-2015-ci illər ərzində Türkiyə Respublikasından müxtəlif məhsullar idxal edib "Güllübulaq" MMC-nin anbarına mədaxil etmədən həmin Cəmiyyətə məxsus 1 milyon 885 min manat məbləğində pul vəsaitinin hesabına malların dəyərini və gömrük rüsumlarını ödəməsinə, habelə malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyərək mənimsəməsinə və bununla da, "Güllübulaq" MMC-yə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Füzuli Adıgözəlovun Cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən maddi məsul rəhbər vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub, dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq 2011-2015-ci illər ərzində ümumilikdə 8 milyon 396 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmasına da şübhələr üçün əsaslar yaranıb.

Toplanmış sübutlara əsasən, Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

18 sentyabr 2020-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

2
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Federasiya Şurasını toplayır

1
(Yenilənib 18:09 19.09.2020)
Daha əvvəl xəbər verilirdi ki, həftənin sonuna qədər (sentyabrın 20-dək) Putin BMT Baş Assambleyasının sessiyası üçün çıxışını yazacaq.

BAKI, 19 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin sentyabrın 23-ü Federasiya Şurasının tam heyəti ilə görüş keçirəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Federasiya Şurasının reqlament komitəsinin rəhbəri Vyaçeslav Timçenko bildirib:

"Prezident sentyabrın 23-ü Kremldə Federasiya Şurasının tam heyəti ilə görüş keçirəcək."

Daha əvvəl xəbər verilirdi ki, həftənin sonuna qədər (sentyabrın 20-dək) Putin BMT Baş Assambleyasının sessiyası üçün çıxışını yazacaq.

1
Teqlər:
Kreml, Rusiya, Federasiya Şurası, Rusiya prezidenti Vladimir Putin, Vladimir Putin