Bu qrup üzrə plan yerləri azaldı

© AFP 2023 / FREDERICK FLORINАбитуриенты в ходе экзамена, фото из архива
Абитуриенты в ходе экзамена, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məleykə Abbaszadə qeyd edib ki, I qrup üzrə 150 baldan çox nəticə göstərənlərin sayı 15373 nəfər təşkil edir.

BAKI, 14 sentyabr — Sputnik. I ixtisas qrupunda 600 baldan yuxarı nəticə göstərən abituriyentlər 611 nəfərdir. Keçən il 553 nəfər olub. Yüksək istəkli ixtisaslarda keçid balları bir qədər yüksək ola bilər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il 500 baldan yuxarı nəticə göstərənlərin sayı 1903 nəfərdir, ötən il isə 1864 nəfər olub: "400 baldan yuxarı nəticə göstərənlər bu il 3931 nəfər, keçən il isə 3935 nəfər olub. 400-dən aşağı balda müsabiqə vəziyyəti təxminən keçən ilki ilə eyni səviyyədə gözlənilir. Yüksək ixtisaslar üzrə keçid balları bir qədər fərqlənə bilər. Bu il I ixtisas qrupu üzrə plan yerləri ötən illə müqayisədə 1,96 faiz azalıb. Bu qrupdakı yerlərin sayı 299-dur. Bu il yeni ixtisaslar da var. Yaxud da keçən il olan bəzi ixtisaslar bu il siyahıda yoxdur".

M.Abbaszadə qeyd edib ki, I qrup üzrə 150 baldan çox nəticə göstərənlərin sayı 15373 nəfər təşkil edir.

Xəbər lenti
0