YPX əməkdaşı, arxiv şəkli

Dövlət Yol Polisi əhaliyə müraciət etdi

7
(Yenilənib 16:44 14.09.2020)
BDYP İdarəsi hərəkət iştirakçılarından xahiş edir ki, şagirdləri məktəbə aparan valideynlər küçə və yollarda təhlükəsiz hərəkət qaydalarına, övladlarını məktəbə avtomobillərlə aparan sürücülər isə həmin ərazidəki dayanma, durma və parklanma qaydalarına riayət etsinlər.

BAKI, 14 sentyabr — Sputnik. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yeni dərs ilinin başlaması ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə Sputnik Azərbaycan-a BDYPİ-dən məlumat verilib. Məlumatda qeyd olunur ki, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 15-də orta təhsil müəssisələrinin yerləşdiyi küçə və yollarda, xüsusilə də paytaxt ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağı ehtimal olunur.

Qeyd olunanları nəzərə alaraq, BDYP İdarəsi hərəkət iştirakçılarından xahiş edir ki, şagirdləri məktəbə aparan valideynlər küçə və yollarda təhlükəsiz hərəkət qaydalarına, övladlarını məktəbə avtomobillərlə aparan sürücülər həmin ərazidəki dayanma, durma və parklanma qaydalarına, ictimai nəqliyyat vasitələrindən istifadə edən valideynlər isə tövsiyə olunan sosial məsafəni saxlamala tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə qaydalarına ciddi riayət etsinlər.

"Ümid edirik ki, azyaşlıların təhlükəsizliklərinin təmin olunması, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün hər bir hərəkət iştirakçısı müraciətimizə düşünülmüş şəkildə yanaşacaq və üzərinə düşən vəzifəni yerinə yetirməklə ilk dərs günündə azyaşlı məktəblilərə yollarda çətinlik yaşatmayacaq, eləcə də polisin gördüyü tədbirlərə yardımçı olmaqla koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasında vətəndaşlıq mövqeyini nümayiş etdirəcək", - BDYPİ-dən bildirilib.

7
Глава пресс-службы Минобороны АР полковник Вагиф Даргяхлы

MN: "Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiqi əmrini verib"

41
(Yenilənib 14:43 28.09.2020)
Məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. "Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib".

Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilər ilə Ermənistan arasındakı yollarda komendant postları qurub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır: "Bəzi xəbərlərə görə artıq həmin postlarda silahın tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var".

41
(1:30 / 9.05Mb / просмотров видео: 246)

Naftalanda bütün ailənin tələf olduğu evdən dəhşətli kadrlar 18+

371
(Yenilənib 14:48 28.09.2020)
Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olub.

Dünən Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar. Sputnik Azərbaycan-ın bölgə müxbiri bütün ailə üzvlərinin tələf olduğu evdən dəhşətli kadrları lentə almağa müvəffəq olub.

Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

371