CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspres xətlərin fəaliyyəti dayandırıla bilər

© Sputnik / Murad OrujovАвтобус Bakubus, фото из архива
Автобус Bakubus, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Tədricən ekspres xətlərdən çıxarılacaq avtobuslar müsabiqə nəticəsində "BakuBus"a həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək

BAKI, 14 sentyabr — Sputnik. Sərnişin axınında azalma müşahidə olunarsa, ekspres xətlərin fəaliyyəti dayandırılacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O qeyd edib ki, metroda sərnişindaşımaların bərpa olunmasına baxmayaraq, ekspres xətlər üzrə avtobuslarla daşımalar davam etdirilir. Bu qərar həm mövcud epidemioloji vəziyyət, həm də sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq verilib. Hazırda isə bu xətlər üzrə gündəlik xəttə çıxan avtobus sayı tələbata uyğun tənzimlənir.

Автобус Bakubus, фото из архива  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni ekspres avtobus xəttə buraxıldı - Bu gündən

BNA yetkilisinin sözlərinə görə, ekspres xətlərin sonrakı fəaliyyəti aparılan təhlillər və sərnişindaşımalara dair statistik məlumatlar əsasında müəyyən ediləcək:

"Sərnişin axınında azalma müşahidə olunarsa bu xətlərin fəaliyyəti dayandırılacaq. Xatırladım ki, 9 may tarixində metronun fəaliyyətə başlaması ilə ekspres xətlərə tələbat tədricən 84%-ə qədər azaldı. Həmin vaxt ekspres xətlərin fəaliyyətinin dayandırılmasından sonra qısa vaxtda ən çox şikayət olunan 3 xətt üzrə sərnişindaşımaları "BakuBus" MMC-yə həvalə olundu. Metronun fəaliyyətinin məhdudlaşdırılması bildiyiniz kimi ekspres xətlərin bərpası zərurətini ortaya çıxardı və marşrut xətlərinin yenilənməsi prosesi müvəqqəti olaraq dayandırıldı. Lakin artıq qeyd etdiyim kimi, bu istiqamətdə işlər qaldığı nöqtədən davam edəcək. Tədricən ekspres xətlərdən çıxarılacaq avtobuslar müsabiqə nəticəsində "BakuBus"a həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yararsız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq".

M.Ağayev bildirib ki, metronun fəaliyyət göstərmədiyi 6 iyul-11 sentyabr tarixlərində bildiyiniz kimi sərnişindaşıma yalnız avtobuslarla icra olunurdu: "Ötən 72 gündə müntəzəm və ekspres xətlər üzrə ümumilikdə 72500000-dən artıq sərnişin səfər sayı qeydə alınıb. Təkcə ekspres xətlər üzrə qeydə alınan sərnişin səfər sayı 3946209-dur. Avqust ayında tətbiq olunan yumşaldılmalarla gündəlik sərnişin səfər sayında ciddi artımlar müşahidə olunurdu. Ən maksimal göstərici isə 11 sentyabr tarixində qeydə alındı - 2081661 sərnişin səfər sayı.

Ötən 72 gündə digər bir maksimal göstərici gündəlik xəttə çıxan avtobusların sayı ilə bağlı oldu. Son 10 gündə xəttə gündəlik 2260 avtobus çıxarılırdı. Bütün avtobus parkı tam gücü ilə daşımalara cəlb olunmuşdu. Daşımaların təşkilində BNA-nın 150-dən artıq əməkdaşı iştirak edirdi. Ən vacib məsələ daşımaların təhlükəsizliyi ilə bağlı idi. Vaxtında görülən işlərin nəticəsidir ki, ötən müddətdə sərnişinlərimizin ciddi xəsarət alması ilə nəticələnən hər hansı bir yol nəqliyyat hadisəsi qeydə alınmayıb".

Xəbər lenti
0