Yeni metro qatarları

Bakı metrosunda yenilik: Ultrabənövşəyi işıqlar vaqonlardakı virusları öldürəcək

902
(Yenilənib 12:46 14.09.2020)
Bəxtiyar Məmmədov: "Mikroiqlim şəraiti ilə təchiz olunmuş bu qatarlar havanın zərərsizləşdirilməsi funksiyasına da malikdirlər. Oradakı ultrabənövşəyi lampalar virus, mikrob və bakteriyaların zərərsizləşdirilməsində xüsusi rol oynayır.

BAKI, 14 sentyabr — Sputnik. ""Bakı Metropoliteni"nin Rusiyadan gətirilən yeni, 10 vaqondan ibarət iki qatarı əlavə üstünlüklərə sahibdir.

Sputnik Azərbaycan xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bu gün jurnalistlərin suallarını cavablayarkən belə deyib.

Onun sözlərinə görə, bu qatarlar ən son texnologiyalara cavab verir. Mikroiqlim şəraiti ilə təchiz olunmuş qatarlar havanın zərərsizləşdirilməsi funksiyasına da malikdirlər. Üstəlik, bu qatarlarda ultrabənövşəyi lampalar var ki, onlar da virus, mikrob və bakteriyaların zərərsizləşdirilməsində xüsusi rol oynayır".

Metropoliten rəsmisinin sözlərinə görə, yeni qatarların qapısı öncəki nəsil qatarlarla müqayisədə daha genişdir. Bu da xüsusən günün pik saatlarında qatara minib-düşməkdə sərnişin rahatlığının təminatı baxımdan xüsusi önəm kəsb edir.

"Bu qatarlar informasiya texnologiyaları baxımından da ən müasir tələblərə cavab verir. Yeni qatarların baş vaqonları 38, orta vaqonları 44 oturacaqlıdır. Ümumilikdə baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin tutumuna malikdir. Qatarda baş verə biləcək bütün proseslər maşinistin ekranında görünür. Bu qatarların işıqlandırma sistemi də qənaətlidir", - deyə o, əlavə edib.

902
Əlaqədar
Bakı metropoliteni sərnişinlərə çağırış etdi: Stansiyanı tərk edənədək maskanı çıxarmayın!
Həkimlər əməliyyat zamanı, arxiv şəkli

Gənc qadın əməliyyatdan sonra öldü

0
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 24 sentyabr — Sputnik. Dünən Bərdə rayonu, Mustafaağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Bərdə rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə "yumurtalığın boğulmuş kistası" diaqnozu ilə daxil olduğu Bərdə rayon Mərkəzi Xəstəxanasına daxil olub. Qadın "kistanın çıxarılması" cərrahi əməliyyatı olunduqdan sonra ölüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

0
Teqlər:
prokurorluq, əməliyyat, xəstəxana, Bərdə
Politoloq Əhməd Əlili

Politoloq: “Moskva Bakı çalışır ki, region silah anbarına çevrilməsin”

3
(Yenilənib 10:16 24.09.2020)
Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, politoloq Əhməd Əlili deyir ki, təhlükəsizliyin qorunması və təmin edilməsi üçün iki ölkə arasında qarşılıqlı yardımlaşma və koordinasiyalı fəaliyyət daim yüksək səviyyədə olub
Əhməd Əlili: “Regional təhlükəsizlik hər iki ölkə üçün xüsusi önəm kəsb edir”

“Çox şadıq ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər bütün istiqamətlərdə inkişaf edir”. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, politoloq Əhməd Əlili Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan və Rusiyanı bir çox məqamlar birləşdirir:

“Regional təhlükəsizlik məsələləri hər iki ölkə üçün xüsusi önəm kəsb edir. Təhlükəsizliyin qorunması və təmin edilməsi üçün iki ölkə arasında qarşılıqlı yardımlaşma və koordinasiyalı fəaliyyət daim yüksək səviyyədə olub. Bu baxımdan son səfər baş verənləri aydınlaşdırmaq üçn çox vacibdir. Moskva və Bakı çalışır ki, region silah anbarına çevrilməsin”.

Politoloqun  geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

3