Qadın evin maketinin tutur, arxiv şəkli

"Kupça"lar üçün sənədləri bu ünvanlara vermək lazımdır

26
(Yenilənib 16:28 12.09.2020)
Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

BAKI, 12 sentyabr — Sputnik. İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, sənəd qəbulu sentyabrın 14-də Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 ünvanında, sentyabrın 16-də Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 41B ünvanında, sentyabrın 18-də isə Bakı şəhəri, Nəsimi rayonu, S. Rüstəm küçəsi, 657 ünvanında keçiriləcək.Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 16 ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

26
Smartfonda sosial şəbəkə tətbiqlərinin loqosu, arxiv şəkli

Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət etdi

0
(Yenilənib 18:41 23.09.2020)
Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Diasporla İş üzrə Dövlət Komitəsi Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı ilə bağlı xaricdə yaşayan şoydaşlarımıza müraciət edib.

Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətdə xaricdəki azərbaycanlılara DTX-nın erməni təxribatı ilə əlaqədar məlumatının nəzərə alınması tövsiyə edilir: "Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərir.

Qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.

Anonim profillərlə edilmiş bu qəbil müraciətlərə, sosial şəbəkə yazışmaları və messencerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi (www.dtx.gov.az), əlaqə telefonu (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial şəbəkə resursları (https://www.facebook.com/DTXAzerbaijan https://www.instagram.com/azerbaijandtx https://twitter.com/DTX_Azerbaijan WhatsApp və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur.

Unutmayaq ki, hər hansı məsuliyyətsiz davranışdan çoxlu sayda hərbi qulluqçumuzun və mülki şəxsin həyat və sağlamlığı təhlükə altına düşə bilər".

0
Teqlər:
erməni təxribatı, Ermənistan ordusu, Ermənistan, təhlükəsizlik, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti
Günəş, arxiv şəkli

Sabah komfort temperatur şəraiti gözlənilir

2
(Yenilənib 18:36 23.09.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

AKI, 23 sentyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Sentyabrın 24-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 12-16 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, sentyabrın 24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

2
Əlaqədar
Hava ilə bağlı xəbərdarlıq: güclü külək əsəcək, dolu düşəcək
Sentyabrdan heç gözləmədiyimiz hava olacaq
Sabaha hava proqnozu açıqlandı
Sabaha olan hava proqnozu açıqlandı