Binyamin Netanyahu, arxiv şəklil

Netanyahu Vaşinqtona istədiyi kimi uça bilmədi - İlginc səbəb

14
Baş nazirin ofisi isə Medianın BƏƏ və digər ərəb ölkələri ilə tarixi sülh sazişindən ictimaiyyətin diqqətini yayındırmasının qarşısını almaq üçün xüsusi reys ləğv edildi" deyə məlumat verib.

BAKI, 12 sentyabr — Sputnik. Baş nazir Binyamin Netanyahu və ailəsi üçün Vaşinqtona gedən xüsusi reys şirkət sahibinin rəddinə görə ləğv edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, təyyarənin sahibi iş adamı Udi Angelin idarəetmə şirkəti müqaviləyə qarşı çıxıb. Şəxsi təyyarədə uçuş ən azı 600,000 şekelə (145,000 dollara) başa gələcək.

Baş nazirlik ofisi isə "medianın BƏƏ və digər ərəb ölkələri ilə tarixi sülh sazişindən ictimaiyyətin diqqətini yayındırmasının qarşısını almaq üçün xüsusi reys ləğv edildi" deyə məlumat verib.

Netanyahu bazar günü axşam Tel-Əvivdən yola düşən rəsmi İsrail nümayəndə heyətinə qatılacaq. Həyat yoldaşı Sara və iki oğlu Avner və Yairin səfərdə Baş Nazirə qatılması gözlənilir.

14
Tələbə

Ali məktəblərə qəbulun nəticələri açıqlandı

138
(Yenilənib 00:33 24.09.2020)
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb. Sosial şəbəkələrdə bu barədə paylaşımlar edilir.

BAKI, 23 sentyabr - Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb.

Sputnik Azərbaycan  DİM-ə istinadla xəbər verir ki, artıq abituriyentlərə ali məktəblərə qəbul olub-olmadıqları barədə sms göndərilir.

Qeyd edək ki, artıq sosial şəbəkələrdə övladları və özləri ali məktəblərə daxil olan şəxslər bu barədə paylaşımlar edirlər. 

138
Mina Hüseyn

Şortikin əleyhinə daha bir sərt tənqid səsləndi

40
(Yenilənib 23:29 23.09.2020)
Müğənni Mina Hüseynin ARB kanalında yayımlanan "Xəbər ətər" verilişinə geyindiyi şort tənqid edilib.

BAKI, 23 sentyabr — Sputnik. Müğənni Mina Hüseynin Arb kanalında yayımlanan "Xəbər ətər" verilişinə geyindiyi şort tənqid edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, verilişə telefon zəngi ilə qoşulan Əməkdar artist Zöhrə Abdullayeva gənc ifaçını geyiminə görə qınayıb:

"Mina gözəl qızdır. Amma sənə ağbirçək məsləhətim var. Mən də sən yaşda olmuşam, amma belə geyinməmişəm. İstəmirəm qəlbinə toxunum. O nə oturuşdur? Efirdə niyə elə oturmusan? Onsuz da əynində heç nə yoxdur. Müğənni şort geyinməz. Müğənni pünhan qalmalıdır. O niyə elə geyimdə ora çıxıb? Alt paltarında efirə çıxıb. Bu "saruçqa" geyinib, amma aşağı hissədən heç nə geyinməyib. Oxumağı pis deyil, amma geyimi pisdir. Biz elə geyinsəydik, bizi alan olmazdı".

Z.Abdullayevanın fikirlərinə Mina bu cür cavab verib:

"Məndən böyükdür, fikirlərinə hörmətlə yanaşıram. Amma bu mənim tərzimdir. Dünya ulduzlarına baxıb, bu tərzi seçmişəm. Nə üçün dediyinizi başa düşürəm. Bu mənim tərzimdir, gələcəkdə düzəldərəm. Amma mən sənətə ərə getmək üçün gəlməmişəm".

40