Kanadada epidemioloji vəziyyət

Bu ölkədə ilk dəfə olaraq koronavirusdan ölüm halı qeydə alınmayıb

293
(Yenilənib 12:37 12.09.2020)
Rəqəmlərdəki artım dinamikası isə Kanadada karantin qaydalarının son bir neçə gündə daha da yumşaldılması və məktəblərin açılması ilə izah olunur.

BAKI, 12 sentyabr — Sputnik. Kanadada son 24 saatda ilk dəfə olaraq bu ilin martından etibarən COVID-19-dan ölüm halı qeydə alınmayıb. Sputnik Azərbaycan-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə ölkənin İctimai Sağlamlıq Agentliyi məlumat yayıb.

Bununla da Kanadada COVID-19-dan ölüm halları ilə bağlı qeydə alınan rəqəmlər 9 min 163 olaraq qalıb. Lakin son 24 saatda 702 yeni yoluxma faktı ilə bu ölkədə ümumi COVID-19 yoluxmuşların sayı 135 min 626-ya yüksəlib.

Rəqəmlərdəki artım dinamikası isə Kanadada karantin qaydalarının son bir neçə gündə daha da yumşaldılması və məktəblərin açılması ilə izah olunur.

Xatırladaq ki, Kanada ilə sərhəddə yerləşən ABŞ-da ölümlərin sayı 190 mini, yoluxanların sayı isə 6.38 milyonu ötüb.

293

Kimlərin qismən səfərbərliyə cəlb olunacağı açıqlandı

91
(Yenilənib 13:53 28.09.2020)
"Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, onlara zənglər və SMS-lər daxil olduqda, hərbi qeydiyyatda olduqları Xidmətin yerli idarə və şöbələrinə gəlsinlər".

BAKI, 28 sentyabr — Sputnik. "Bu gün Ali Baş Komandanın müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev deyib.

© Official website of President of Azerbaijan Republic

Zaur Abdullayev qeyd edib ki, qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər - əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində ordunun komplektləşdirilməsinə cəlb olunacaq".

Onun sözlərinə görə, Xidmət Silahlı Qüvvələrin sifarişləri əsasında tələb olunan sayda hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin hərbi hissələrə təhvil verilməsini təmin etmək imkanlarına malikdir: "Xidmət adından hərbi vəzifəlilərin diqqətinə çatdırırıq ki, onlara zənglər və SMS-lər daxil olduqda hərbi qeydiyyatda olduqaları Xidmətin yerli idarə və şöbələrinə gəlsinlər".

91
Məhkəmə zalı, arxiv şəkli

Məhkəmə binasının yanına mərmi qəlpələri düşdü - Ölən yaralananlar var

19
Baş prokurorluq: Ermənilərin Tərtərdə dinc sakinlərə qarşı törətdiyi təxribatla bağlı cinayət işi başlanıb

BAKI, 28 sentyabr — Sputnik. Ermənilərin Tərtərdə dinc sakinlərə qarşı törətdikləri təxribatlarla bağlı cinayət işi başlanıb.

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində 28.09.2020-ci il tarixdə saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon Məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olub, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübutlar toplanılır.

İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin ediləcək.

19
Əlaqədar
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
Ermənistan ordusunun mərmi atəşi nəticəsində Ağdamda mülki şəxs yaralanıb
Baş Prokurorluq mülki itkiləri açıqladı
Azərbaycanın mülki əhalisi hədəfdə: Ermənistan ordusunun atdığı mərmi Ağdamda evi dağıtdı