Gürcüstanda epdimioloji vəziyyət

Yeddi ay müqavimət göstərdilər, sonra üç günə hər şey məhv oldu

239
(Yenilənib 15:22 12.09.2020)
Son sutka ərzində 9 nəfər sağalıb. Sağalananların ümumi sayı 1363 nəfərdir. Gürcüstanda yeni növ koronavirusdan 19 nəfər ölüb.

BAKI, 12 sentyabr — Sputnik. Son sutka ərzində Gürcüstanda yeni növ koronavirus infeskiyasına 158 nəfər yoluxub.

Sputnik Gürcüstan xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 2075 – nəfərdir.

Son sutka ərzində 9 nəfər sağalıb. Sağalananların ümumi sayı 1363 nəfərdir. Gürcüstanda yeni növ koronavirusdan 19 nəfər ölüb.

41 Gürcüstan vətəndaşı müalicə üçün digər ölkələrə aparılıb.

Xatırladaq ki, Gürcüstanda ilk yoluxma fevralın 26-da qeydə alınıb.

239
Faiq Bağırov, arxiv şəkli

Rüşvət almaqda günahlandırılan sabiq XİN rəsmisi ev dustaqlığına buraxıldı

1
(Yenilənib 12:50 23.09.2020)
XİN-in Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edildi.

BAKI, 23 sentyabr — Sputnik. Səbail rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "e-mehkeme.gov.az" saytı məlumat yayıb. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, F. Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatəti təmin edilib.

Qeyd edək ki, F.Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.

Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

1
Azərbaycan Milli Elmlər Akademiyasının binası, arxiv şəkli

AMEA-nın saytının baş redaktoru istefa verdi

8
(Yenilənib 12:25 23.09.2020)
AMEA-nın prezidenti Ramiz Mehdiyevin yazıları ilə populyarlaşan saytın baş redaktoru Nərgiz Qəhrəmanova öz ərizəsi ilə işdən çxıb.

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, AMEA-nın saytının (http://science.gov.az/) Baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, N.Qəhrəmanova yeni işə başlaması ilə əlaqədar olaraq qeyd olunan vəzifələrindən öz ərizəsi ilə çıxıb.

Belə ki, o, AMEA-nın Yüksək Texnologiyalar Parkında Mətbuat katibi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Qəhrəmanova 11 ildir science.az-da çalışırdı.

Qeyd edək ki, son vaxtlar akademiyanın saytı AMEA-nın prezidenti Ramiz Mehdiyevin yazıları ilə populyarlaşmışdı.

8
Teqlər:
akademik Ramiz Mehdiyev, Ramiz Mehdiyev, AMEA
Əlaqədar
AMEA üsyan etdi – Bizə böhtan atılır
Bolluca istirahət edin - AMEA-dan məsləhət
AMEA-nın yeni prezidenti məlum oldu
İlqar Orucov AMEA barədə: son 6 il ərzində ciddi tənəzzülə uğramışdı
AMEA-dan koronavirus barədə ümidverici xəbər