Ovçu, arxiv şəkli

"Qırmızı kitab"a düşən quşları vuranlar saxlanılıb

10
(Yenilənib 11:42 12.09.2020)
Cinayətkarlar tərəfindən ovlanan həmin quşlardan üçünün adı "Qırmızı kitab"a düşmüş Sultan toyuğu olduğu müəyyən edilib.

BAKI, 12 sentyabr — Sputnik. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Mahmudçala adlanan ərazisində qanunsuz ov edən rayonun Xırmandalı kənd sakinləri Ş.Cəfərov və B.Teymurov saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun məlumatına istinadla xəbər verir ki, həmin şəxslərdən 1-nin müvafiq sənədləri olmayan ümumilikdə 2 ədəd "İj" markalı ov tüfəngi, ov məqsədilə istifadə edilən digər alətlər və 20 ədəd qanunsuz olaraq ovladıqları çöl quşu aşkar edilərək götürülüb. Ovlanan həmin quşlardan 3-nün adı "Qırmızı kitab"a düşmüş Sultan toyuğu olduğu müəyyən edilib.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

10
Azərbaycanın Xalq artisti Emin Ağalarov

Emin Ağalarov Fatimə adlı qıza həsr etdiyi mahnını paylaşdı

27
(Yenilənib 23:47 20.09.2020)
Emin Ağalarov: "Bəlkə də bu mənim üçün çox gözlənilməz bir mahnıdır. Ancaq həmişə olduğu kimi - çox ürəyimcədir və hər şey sənin sayəndədir, Maks".

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanın xalq artisti Emin Ağalarov "Fatimə" adlı yeni mahnısının təqdimatını keçirib. Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni mahnını bütün Fatimə adlı qızlara həsr edib.

Ağalarov yeni kompozisiyanı özünün YouTube kanalında paylaşıb. Mahnıya sözləri və musiqini tanınmış rusiyalı ifaçı və bəstəkar Maksim Fadeyev yazıb.

"Bəlkə də bu mənim üçün çox gözlənilməz bir mahnıdır. Ancaq həmişə olduğu kimi - çox ürəyimcədir və hər şey sənin sayəndədir, Maks", - deyə Ağalarov yazıb.

Bu yeni lirik mahnı müğənninin pərəstişkarlarının da xoşuna gəlib. Eyni zamanda, onların bir çoxuna Fadeyevin qeyri-adi şərq adı olan Fatimədən istifadə edərək mahnı yazması qəribə gəlib.

https://www.youtube.com/watch?v=Wyzb1C0j_8U&feature=emb_logo

Maksim Fadeyev Azərbaycanın xalq artistinin bir çox hitlərinin, o cümlədən "Azərbaycan", "Gəl bir-birimizi tapaq", Bağışla mənim məhəbbətim", "Birinci Qar" hitlərinin, Ani Lorakla "Vidalaşmaq", "Deyə bilmərəm" kimi məşhur duetlərinin, həmçinin onun "MMM"adlı son hitinin müəllifidir.

Ağalarov "World Music Awards", "Azərbaycandan Ən Yaxşı İfaçı", "Qızıl Qrammofon", "MUZ-TV Mükafatı" və s. kimi beynəlxalq mükafatların laureatıdır. O, dünyanın müxtəlif ölkələrində konsertlərlə çıxış edir. Müğənninin musiqi xəzinəsində doqquz ingilis dilli albom, "Warner Music" və "Sony ATV Music Publishing" aparıcı musiqi şirkətləri ilə müqavilələr var.

27
Teqlər:
xalq artisti Emin Ağalarov, Emin Ağalarov, Emin Ağalarov
Əlaqədar
Çox sağ ol, müəllimim! Emin yeni mahnıya görə Fadeyevə təşəkkür edib
Emin Alyona Qavrilovadan boşanmasının səbəbini açıqladı
Emin onun həyatına təsir edən qeyri-adi oğlana sənədli film həsr edib
Emin Ağalarovdan şəhidlərimizlə bağlı paylaşım
Emin Ağalarovun oğlu yeni klipini təqdim edib
Hadisə yerində

Rusiyada beşmərtəbəli binada partlayış baş verib, yaralılar var

24
(Yenilənib 23:10 20.09.2020)
Rusiyanın Tümen əyalətinin Leninski rayonunda beşmərtəbəli yaşayış binasında partlayış baş verib, yaralılar var.

BAKI, 20 sentyabr — Sputnik. Rusiyanın Tümen əyalətinin Leninski rayonunda beşmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayışa səbəb qaz sızması olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə regional Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumata görə, partlayış binanın 2-ci mərtəbəsində olub. Hadisə nəticəsində 2 nəfər yaralanıb, 2 mənzil yararsız hala düşüb və 2 qonşu balkon uçub..

Yaralılar termik yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Tümen regional şöbəsindən verilən məlumata görə, binada olan 75 nəfər təxliyə olunub. Sakinlərin müvəqqəti olaraq oteldə yerləşdiriləcəyi bildirilir.

Hadisə yerində FHN-in altı ədəd texnikası və 14 əməkdaşı işləyir. Binanın daşıyıcı konstruksiyaları zədələnməyib.

24
Teqlər:
Rusiya Fövqəladə Hallar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Tümen, Rusiya