Tələbə, arxiv şəkli

Abituriyentlərin həyəcanı başladı - Necə etsinlər ki, tələbə adını qazansınlar?

18
"Mütləq ötən ilin keçid ballarına baxaraq balları azalan sıra ilə düzülməlidir. Az bal tələb edən ixtisasın əvvəldə yazılması ondan sonra yazılmış bütün yüksək balların seçilmə şansını sıfır edir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr — Sputnik. Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayır. İxtisas seçimi sentyabrın 20-dək internet vasitəsilə aparılacaq. Dövlət İmtahan Mərkəzi (DİM) ixtisas seçimi ilə bağlı dünən abituriyentlərə xəbərdarlıq edib. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, valideynlər və abituriyentlər arasında bu mərhələ üçün o qədər ciddi təlaş yaranıb ki, hər kəs ən çox məsuliyyət tələb edən bu mərhələdə səhv etməkdən qorxur: "İxtisas seçimi ilə bağlı çox suallar verilir, ayrı ayrılıqda cavablamaq fiziki olaraq mümkün deyil. Başa düşüləndir, Dövlət İmtahan Mərkəzi ixtisas seçiminə start verir. Valideynlər və abituriyentlər arasında bu mərhələ üçün o qədər ciddi təlaş yaranıb ki, hər kəs bu məsuliyyət tələb edən mərhələdə səhv etməkdən qorxur. Əslində burada narahat olacaq və qorxacaq heç nə yoxdur. Valideynlər və abituriyentlərə əsas çağırışım odur ki, hər bir kəs ixtisas seçimi mərhələsində öz ixtisaslarını özü seçsin. Çox zaman bu prosesə başqa şəxsləri cəlb edirlər. Sosial şəbəkələrdə müəyyən qruplar formalaşdırılaraq kimlərəsə ixtisas seçimi ilə bağlı yardım təklif edirlər. Bu, çox yanlış üsuldur".

Sputnik Azərbaycan ixtisas seçiminin necə aparılmalı olduğunu araşdırıb. Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov Sputnik Azərbaycan-a bildirib ki, düzgün ixtisas seçimi üçün bir neçə yanaşma var: "Mən ümumi olaraq bunun ən sadə və rahat üsulunu göstərmək istərdim. Bu prosesləri ardıcıllıqla yerinə yetirmək kifayət edər ki, ciddi yanlışlığa yol verilməsin. Abituriyent jurnalının yeni 4-cü nömrəsini götürüb oradan abituriyentin arzu etdiyi ixtisasları səliqə ilə bir A4 vəqərinə yazın (şəxsi balı nəzərə almadan). Ötən ilin keçid ballarının əks olunduğu jurnalı açıb, həmin A4 vərəqində sevib yazdığınız ixtisasların hər birinin qarşısına o jurnaldakı keçid ballarını yazın. Daha sonra balların azalan sıra ilə düzülməsi üçün həmin sevdiyiniz ixtisasları ballarına uyğun yeni vərəqdə sıralayın. İlk iki ardıcıllığı etdikdən sonra əlinizdəki A4 vərəqində arzuladığınız yeni ixtisaslar və onların qarşısında isə ötən ilin azalan sıra ilə keçid balları yazılmış bir siyahı olacaq. Yalnız bundan sonra həmin siyahıda öz balınıza ən yaxın balı olan ixtisasın altından xətt çəkin. Məsələn, sizin topladığınız bal 390 baldır. Həmin siyahıdakı keçid balları içərisində buna ən yaxın olan keçid balı 397 olan Fizika müəllimliyidir. Siz bu "Fizika muəlimliliyi – 395" yazdığınız ixtisasın altından xətt çəkin. Bu sizin sevdiyin ixtisaslar içərisində qəbul olma ehtimalı daha çox olan ixtisas olacaq. Amma siz ixtisas seçim ərizəsini doldurarkən həmin altından xətt çəkdiyiniz ixtisasdan başlayaraq yazmırsız. İlk yazdığınız ixtisas tərtib etdiyiniz siyahıda topladığınız baldan 50, hətta 70 bal yüksək olan ixtisasdan başlamalıdır. Ardınca isə ondan aşağıda sıraladığınız ixtisasları yazırsız. Məsələn, 390 bal toplamış həmin abituriyent əlindəki A4 vərəqində ballar arasında 450 baldan başlaya bilər. Sonra 440, 430, 420, 400, 395 (fizika müəllimliyi), 380, 370, 350 və s. azalan ardıcıllıqla ixtisasları seçib yazmalıdır".

Ekspert bir necə məqamlara da toxunub: "Öz balından 50-70 bal yuxarı yazılma səbəbi hər ehtimala qarşı atılmış addımdır. Bu zaman abituriyent heç nə itirmir, amma keçid ballarında qəfil enmələr olsa, o, öz şansını dəyərləndirmiş olacaq. Buna görə də bu fürsəti qaçırmaq olmaz. Mütləq ötən ilin keçid ballarına baxaraq balları azalan sıra ilə düzülməlidir. Az bal tələb edən ixtisasın əvvəldə yazılması ondan sonra yazılmış bütün yüksək balların seçilmə şansını sıfır edir. 15 ixtisasın hər birini seçin və sonuncu 3 ixtisas elə ixtisas olsun ki, onun ötən ilki keçid balı sizin balınızdan 80-100 bal aşağı olsun. Bu, balların yüksələcəyi təqdirdə özünüzü sığortalamaq üçün mütləq lazımdır. Məsələn, 390 bal toplamış abituriyent son 3 ixtisası keçid balı 300-310 arası ixtisaslardan da seçərək özünü sığortalamalıdır".

18
Национальная Академия Наук Азербайджана. Архивное фото

AMEA-nın iki institutunun rəhbərləri işdən azad olundular

0
(Yenilənib 19:17 22.01.2021)
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun, həmçinin Radiasiya Problemləri direktorları vəzifələrindən azad ediliblər.

BAKI, 22 yanvar - Sputnik. AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında qərar verilib. Onun yerinə hələlik təyinat yoxdur.

Həmçinin Yaqub Mahmudov AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Bu barədə məlumatı AMEA-dan təsdiqləyiblər.

0
Distant təhsil, arxiv şəkli

Təhsil alıb diplomsuz qalanlar - Köhnə qanun tanımır, təzə isə hələ yoxdur

5
(Yenilənib 17:14 22.01.2021)
"Distant təhsil səbəbindən xarici distant diplomun tanınmasından imtina üçün indiki halda heç bir hüquqi əsas yoxdur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Koronavirus pandemiyası distant təhsili zəruri etsə də, Azərbaycanda hələ də distant təhsilin diplomları tanınmır. Baxmayaraq ki, pandemiya dövründə Azərbaycanda da ali məktəblər distant təhsilə başlayıb. İndi xaricdə təhsil alan tələbələri narahat edən əsas məqamlardan biri pandemiya dövründə məsafədən təhsilin diplomlarının tanınıb-tanınmayacağı barədədir.

Sputnik Azərbaycan bu suallara aydınlıq gətirməyə çalışıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə ali məktəblər distant təhsil istiqamətində işə başlayıblar. Ona görə də Azərbaycan distant təhsil diplomlarının tanınması istiqamətində işə başlamalıdır: "Mart ayından ənənəvi təhsilə fasilə veriləndən sonra digər ali təhsil ocaqları virtual təhsilə qoşulsalar da, bu, distant təhsil qədər effektli olmadı. Türkiyədə ali təhsil müəssisəsi var ki, onun 100-150 min tələbəsi var. Onların hamısı ənənəvi təhsil almırlar, bir qismi məhz distant təhsil alır. Distant təhsil tələbələr üçün həm də ən sərfəli təhsil növüdür. Azərbaycanda bir çox ali təhsil müəssisələri illərdir inkişafdan geri qalıb. Halbuki, ali məktəb əmək bazarı üçün kadr hazırlayırsa, mütləq yenilikləri tətbiq etməlidir. Bu yolla onlar xaricdən də xeyli tələbə cəlb edərək gəlirlərini artıra bilərlər. Artıq ölkəmizdə də distant təhsil diplomlarının tanınması istiqamətində işə başlanmalıdır".

İKT üzrə ekspert Osman Gündüz də bildirir ki, Təhsil Nazirliyinin indiki halda distant diplomlarla bağlı ikili standartlar tətbiq etməsi yolverilməzdir:

"Nazirlik açıqlama verir ki, xarici ölkələrin universitetlərinə distant formada qəbul olanların aldığı diplom və ixtisaslar yenə də ölkəmizdə tanınmayacaq. Düşünürəm ki, bu cür yanaşma indiki halda ölkəmizə hörmət gətirmir. Bu, açıq-aşkar ikili yanaşmadır və beynəlxalq təhsil platformalarında ölkəmiz üçün də başucalığı gətirməyəcək. Özümüzdə distant formada tədris prosesi davam etdirildiyi bir halda, dünyada, məsələn, top 100-də olan universitetin distant diplomunu tanımamaq sadəcə ağlasığmazdır və heç bir izahı yoxdur. Məlumdur ki, xaricdə təhsil alan şəxslər təhsillərini başa vurduqdan sonra ölkəmizdə onların diplomu birbaşa tanınmır. Onların diplomları tanınmaq üçün müəyyən prosedurlardan keçirilir".

O.Gündüz bildirir ki, yalnız distant təhsil olduğu əsas gətirilərək onların məzunlarının əldə etdiyi diplomların bu prosedurlardan kənarlaşdırılması ikili yanaşmadır. Onun fikrincə, bu, qanunvericiliyə də ziddir: "Distant təhsil forması Təhsil qanununda nəzərdə tutulub. Bu forma ölkədə tətbiq edilir və yekunda dövlətin tanıdığı diplom verilir. Odur ki, məhz "distant forma" səbəbindən xarici distant diplomun tanınmasından imtina üçün indiki halda heç bir hüquqi əsas yoxdur".

Milli Məclisin Elm və Təhsil Komissiyasının üzvü Etibar Əliyev isə deyir ki, Azərbaycanda distant təhsil diplomları tanınacaq. Onun sözlərinə görə, bu məsələ yeni qəbul olunacaq "Ali Təhsil haqqında" qanunda öz əksini tapacaq: "Köhnə qanunda isə distant təhsil məsələsi yoxdur. Yeni qanunda distant təhsilin diplomunun tanınması məsələsi öz əksini tapacaq. Xüsusilə pandemiya dövründə distant təhsil formasının tətbiqi çox vacibdir".

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikasında, eləcə də dünyanın bir çox ölkəsində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ali təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb və tələbələrin dərslərdə fiziki olaraq iştirak etmədən təhsillərini davam etdirmələrinə şərait yaradılıb. Odur ki, mövcud vəziyyətlə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"nın tətbiqi zamanı "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyaya (Lissabon Konvensiyasına) üzv ölkələrin Milli Məlumat mərkəzlərindən, üzv olmayan ölkələrin isə səlahiyyətli orqanlarından və ya aidiyyəti ali təhsil müəssisəsindən əldə olunan rəsmi məlumat əsasında sözügedən məqam nəzərə alınacaq. Amma ölkəmizdə distant təhsil formasında təhsilin diplomu tanınmır.

5
Teqlər:
qanun, tanınma, diplom, distant, təhsil