Mixail Saakaşvili, arxiv şəkli

Saakaşvili söz verdi Rusiya ilə qarşıdurmaya getməyəcəyəm

1518
(Yenilənib 16:41 10.09.2020)
Xatırladaq ki, sentyabrın 7-si Gürcüstanın "Güc birlikdədir" müxalif birliyi sabiq prezident Mixeil Saakaşvilini baş nazir vəzifəsinə rəsmən namizəd irəli sürüb.

BAKI, 10 sentyabr — Sputnik. Ölkəsinə geri qayıtmağı və hakimiyyətə gəlməyi planlaşdıran Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rusiya ilə qarşıdurmaya girməyəcəyinə söz verib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Mixeil Saakaşvili "Formula" teleşirkətinə müsahibəsində bildirib.

"Hazırda ölkəni bataqlıqdan çıxarmaq önəmlidir, kiminləsə qarşıdurmaya getmək yox... Bizim məqsədimiz Rusiya ilə qarşıdurmaya getmək yox, daxili problemləri düzgün həll etməkdir", - deyə Saakaşvili qeyd edib.

Qeyd edək ki, daha əvvəl Saakaşvili bəyan edib ki, Gürcüstana qayıdır. O etiraf edib ki, prezidentliyi dövründə heç də az olmayan qədər səhvlər buraxıb, lakin hazırda o "öz ölkəsinə layiqincə xidmət" etmək üçün kifayət qədər təcrübə toplayıb.

Xatırladaq ki, sentyabrın 7-si Gürcüstanın "Güc birlikdədir" müxalif birliyi sabiq prezident Mixeil Saakaşvilini baş nazir vəzifəsinə rəsmən namizəd irəli sürüb.

1518
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müharibədə şəhid olmuş yaralanmış mədəniyyət işçilərinin ailələrinə yardım göstərilib

0
(Yenilənib 11:25 22.01.2021)
Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub.

BAKI, 22 yanvar — Sputnik. Vətən müharibəsi zamanı mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunub.

Sputnik Azərbaycan xəbər verir ki, tarixi zəfərlə başa çatan müharibədə 8 nəfər mədəniyyət işçisi şəhidlik zirvəsinə ucalıb. Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə Mədəniyyət Nazirliyi və nazirliyin Həmkarlar İttifaqı tərəfindən maddi yardım göstərilib.

Şəhid ailələri və qazilərə qayğı bundan sonra da diqqətdə saxlanılacaq, bu istiqamətdə nazirlik tərəfindən layihə və tədbirlər həyata keçiriləcək.

0
Teqlər:
mədəniyyət xadimləri, müharibə, Qarabağ
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

3
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,29 dollar ucuzlaşaraq 56,55 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,69 dollar ucuzlaşaraq 55,41 dollar, "Light" markalı neftin qiyməti isə 0,70 dollar geriləyərək 52,43 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

3
Teqlər:
Brent, Azeri Light markalı neft, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj