Gömrük işçisi, arxiv şəkli

Gömrükçü olmaq istəyənlərə şad xəbər

8
(Yenilənib 16:42 10.09.2020)
Magistraturaya qəbul üzrə yerlər artırılıb: Dünya iqtisadiyyatı istiqaməti üzrə "Gömrük işi" ixtisaslaşmasına 10, Hüquqşünaslıq istiqaməti üzrə "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisaslaşmasına 5 yer ayrılıb.

BAKI, 10 sentyabr — Sputnik. Dövlət Gömrük Komitəsinin Akademiyasına 2020/2021-ci tədris ilində bakalavriat səviyyəsi üzrə tələbə qəbulu üçün 154 plan yeri ayrılıb.

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən tədris ilində birinci qrup üzrə "İnformasiya təhlükəsizliyi", ikinci qrup üzrə "Beynəlxalq ticarət və logistika", həmçinin "İqtisadiyyat", III qrup üzrə "Hüquqşünaslıq" ixtisaslarına qəbul aparılır. "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə 22 yer, "İqtisadiyyat" ixtisası üzrə 44 yer, "Hüquqşünaslıq" ixtisası üzrə 44 yer, bu ildən qəbul aparılan yeni ixtisas - "Beynəlxalq ticarət və logistika" ixtisası üzrə isə 44 yer ayrılıb.

2020/2021-ci tədris ilində magistratura səviyyəsi üzrə yerlərin sayı da artırılıb. Dünya iqtisadiyyatı istiqaməti üzrə "Gömrük işi" ixtisaslaşmasına 10, Hüquqşünaslıq istiqaməti üzrə "Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası" ixtisaslaşmasına 5 yer ayrılıb.

İctimaiyyətlə əlaqələr şöbəsindən həmçinin bildirilib ki, bu il magistratura səviyyəsinə qəbulda Akademiyanın plan yeri 100 faiz dolub.

8
Əlaqədar
Gömrük Komitəsi "aliexpress"dən alış-veriş edənlərin suallarına aydınlıq gətirdi
Bir daha gömrük rüsumu haqda: birdən olmaz, yavaş-yavaş
Azərabycan bayrağı

Yapon müğənnidən Azərbaycana dəstək - Xalqımıza sülh arzulayır

1
Kyoko Yamamoto: "Yaponiyada hər il səfirlik tərəfindən təşkil olunan ziyafətdə Azərbaycanın dövlət himnini oxuyuram. Azərbaycan gözəl ölkədir!"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 oktyabr — Sputnik. Yapon muğənni Kyoko Yamamoto "facebook" sosial şəbəkəsində Azərbaycana münasibətini, sevgisini yazaraq ölkəmizə dəstək nümayiş etdirib: "Azərbaycanın Dağlıq Qarabağ regionu və daha yeddi rayonu uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Otuz il bundan əvvəl baş verən işğal zamanı həmin ərazidə yaşayan azərbaycanlılar ya məhv edilib, ya da həmin ərazidən qovulub. Sentyabrın 27-də Ermənistanın Azərbaycan ərazilərinə yönəlmiş təxribatının qarşısını alan Azərbaycan əks-hücuma keçib və bu böyük bir hərbi toqquşmaya çevrilib".

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni Azərbaycanla sıx əlaqədə olduğunu söyləyib: "2014-cü ilin sentyabrında qardaşım (təəssüf ki, keçən ay dünyasını dəyişdi) məni ilk dəfə nar meyvəsinin vətəni sayılan olan Azərbaycana aparıb. Bundan sonra Azərbaycanı təmsil edən meyvədən hazırlanan nar suyunu Yaponiyaya təqdim etmək qərarına gəldim və artıq 6 ildir ki, mən Azərbaycan Respublikası ilə sıx əlaqədə yaşayıram. 2018-ci ildə mərhum prezident Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən təntənəli tədbirdə iştirak etdim. Yaponiyada hər il səfirlik tərəfindən təşkil olunan ziyafətdə Azərbaycanın dövlət himnini oxuyuram. Mənim Azərbaycanda televiziyasında da çıxışım olub. Azərbaycan gözəl ölkədir!"

Kyoko Yamamoto Azərbaycan mədəniyyətindən və mədəniyyət nümayəndələrindən də bəhs edib: Bu ölkənin ərazisi Hokkaydo (Yaponiyanın sahəsinə görə ikinci ən böyük adasıdır - red.) boydadır. Müxtəlif mədəni elementləri özündə cəmləşdirmək səxavətinə malik olan bu ölkə eyni zamanda böyük qəlbə sahibdir. Burada qədim tarixə malik xalq musiqisi olan muğamdan çağdaş popa qədər müxtəlif musiqi növləri var. Azərbaycanda, həmçinin mənim çox sevdiyim müğənni və sənətkarlar var: Alim Qasımov, Sevda Ələkbərzadə, Vaqif Mustafazadə, Əzizə Mustafazadə, Natiq, Röya və digərləri. Müğənni-bəstəkar Tünzalə Ağayevanın oxuduğu bu mahnı yapon dilinə tərcümədə də "Biz gəlirik" mənasını verir. Bu mahnını ilk dəfə eşidəndə onun aranjmanı və gözəl ifa məni çox həyəcanlandırdı və mən ağladım. Azərbaycan xalqına sülh arzulayıram. Yaşa, yaşa, Azərbaycan!!!

Müğənni həmçinin xalq artisti Tünzalə Ağayevanın "Biz gəlirik" mahnısını və Bakı şəhərindən bir neçə foto paylaşıb. Bundan başqa, müğənni Ermənistanın Baş naziri Nikol Paşinyanın qonaq olduğu BBC-də yayımlanan "Hard talk" verilişini də paylaşıb. Qeyd edək ki, telekanalda yayımlanan "Hard talk" verilişində aparıcı Stiven Sakurun suallarını cavablandıran Paşinyan dünya ictimaiyyəti önündə özünü biabır etmişdi.

1
Əlaqədar
Ölkədə bayrağa həddindən artıq tələbat yaranıb: Qiymət baha, anbarlarsa boşdur
Şuşa Teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək
Əfsanəvi hərbi diktor Azərbaycan televiziyasına qayıdır
Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənistan özünə dəstəyi artırmaq üçün Türkiyəyə şər atır
Qardaş dəstəyi: İstanbulun Qalata qülləsi Azərbaycan bayrağının rənglərinə boyandı
Aleksey Navalnı, arxiv şəkli

Navalnı Rusiyaya qayıtmağı planlaşdırır

7
"Charite"-dən vurğulanıb ki, onu müalicə edən həkimlər Navalnının tam sağalması imkanını da qəbul edirlər. Onlara görə, hər-hansı bir "ağır zəhərlənmənin ayrı-ayrı nəticələri" barədə fikir bildirmək mümkün deyil.

BAKI, 1 oktyabr — Sputnik. Rusiyalı müxalifətçi, bloger Aleksey Navalnı Rusiyaya qayıtmağı planlaşdırdığına bildirib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Navalnı Almaniyanın "Der Spiegel" nəşrinə müsahibəsində bildirib.

O bildirib ki, hazırda heç bir qorxu hiss etmir: "Mənim hazırda məqsədim – qorxmayan oğlan kimi qalmaqdır. Mən qorxmuram".

Qeyd edək ki, sentyabrın 23-də Aleksey Navalnı Berlinin "Charite" klinikasından evə buraxılıb.

"Pasiyentin sağlamlığı o səviyyədə yaxşılaşıb ki, təxirəsalınmaz müalicəni dayandırmaq mümkün idi. Aleksey Navalnı "Charite"də 32 gün müalicə alıb ki, onlardan 24 günü – reanimasiyada idi", - deyə bəyanatda bildirilir.

"Charite"dən vurğulanıb ki, onu müalicə edən həkimlər Navalnının tam sağalması imkanını da qəbul edirlər. Onlara görə, hər hansı bir "ağır zəhərlənmənin ayrı-ayrı nəticələri" barədə fikir bildirmək mümkün deyil.

Navalnı avqustun 20-də təyyarədə uçarkən özünü pis hiss edib və Omskda xəstəxanaya aparılıb. Araşdırmaların nəticələrinə görə, omsklu həkimlər onun qanında şəkərin kəskin dəyişməsinə səbəb olmuş maddələr mübadiləsi pozğunluğunu əsas diaqnoz kimi göstəriblər. Bunun səbəbi hələ də aydın deyil, amma Omsk həkimlərinin dediyinə görə, onun qanında və sidiyində zəhər tapılmayıb. Bundan sonra Navalnı təyyarə ilə Almaniyaya aparılıb. Almaniya hakimiyyəti isə hərbi həkimlərə istinadən bildirib ki, Navalnı "Noviçok" zəhərləyici maddələr qrupuna aid substansiya ilə zəhərlənib.

Moskva Berlin laboratoriyasında aparılan analizlərin nəticələrinə dair daha ətraflı məlumat verilməsini xahiş edib, lakin buna cavab almayıb.

7
Teqlər:
Almaniya, Rusiya, Aleksey Navalni
Əlaqədar
Tramp Navalnı məsələsinə qoşulmaq istəmir
Navalnı tam sağalıb və xəstəxanadan evə buraxılıb
Navalnının yaxınlarını həbs gözləyir: zəhərin izləri olan dəlili ölkədən çıxarmağa görə
Navalnının Rusiyaya qayıtmaq istəyi Almaniyanı çətin vəziyyətə salır
Navalnı nəfəs ala bildiyini deyib: "Çox xoşuma gəldi"