Azərbaycanın Avroviziya yarışmasındakı qalibi Nigar Camal, arxiv şəkli

"Avroviziya"nın qalibi Sabunçu xəstəxanasını lağa qoyub

86
(Yenilənib 14:13 10.09.2020)
Fotoda "Sabunçu xəstəxanasının reklamı. Buyurun, gəlin! Ən yaxşı cərrahlar bizim klinikadadır" yazısı yer alıb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr — Sputnik. "Avroviziya"nın qalibi Nigar Camalın Sabunçu 3 saylı Şəhər Klinik Xəstəxanası ilə bağlı "İnstagram" sosial şəbəkəsində etdiyi paylaşım müzakirələrə səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, ulduz xəstəxanada çalışan həkimlərin iş fəaliyyətini lağa qoyub. O, əlinin əvəzinə ayağı tikilmiş bir qızın görüntüsünün yer aldığı fotonu paylaşıb. Fotoda "Sabunçu xəstəxanasının reklamı. Buyurun, gəlin! Ən yaxşı cərrahlar bizim klinikadadır" yazısı yer alıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Nigar Jamal (@nigarjamal.official)

Sosial şəbəkə istifadəçiləri isə müğənninin haqlı olduğunu yazıb. Onlar sözügedən xəstəxanada çalışan həkimlərdən şikayət edib.

Qeyd edək ki, sözügedən xəstəxana ilə bağlı sosial mediada zaman-zaman tənqidi fikirlər yer alır.

86
Qandal, arxiv şəkli

Gəncədə narkotik satan alan şəxslər saxlanılıblar

5
(Yenilənib 18:33 05.12.2020)
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb

BAKI, 5 dekabr — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş, 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman O.Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T. Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan "marixuana" aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı həmin şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış, ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Faklarla bağlı araşdırmalar davam etdirilir.

5
Teqlər:
Gəncə, narkotik maddə, narkotacir, narkotik

Müxalifətdən Paşinyana ultimatum: "Getməsən..."

17
(Yenilənib 18:40 05.12.2020)
Şənbə günü on minlərlə etirazçı Yerevanın mərkəzinə toplaşaraq baş nazirin istefasını tələb edib. Mitinqdən sonra etirazçılar Paşinyanın hökumət malikanəsinə yönəliblər

BAKI, 5 dekabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın malikanəsinin qarşısına toplaşan etirazçılar onun gələn çərşənbə axşamınadək istefa verməsini tələb ediblər. 

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

"Çərşənbə axşamı saat 12:00-dək istefa verməsinə görə Paşinyana vaxt veririk. Əgər o bunu etməsə, bütün ölkədə itaətsizlik aksiyaları başlanacaq. Əgər o, çərşənbə axşamınadək getməsə, biz özümüz onu çıxaracağıq", - müxalif "Daşnaksütun" partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.

Qeyd edək ki, şənbə günü on minlərlə etirazçı Yerevanın mərkəzinə toplaşaraq baş nazirin istefasını tələb edib. Mitinqdən sonra etirazçılar Paşinyanın hökumət malikanəsinə yönəliblər. Hazırda etiraz aksiyası bitmiş elan edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb, kəndlərin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

17
Teqlər:
istefa, Nikol Paşinyan, mitinq, etiraz aksiyası, Yerevan, Ermənistan