Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev arasında görüş

"Turkic Vision 2040" strateji konsepsiyanın hazırlanması müzakirə edilib

13
Baş katib Bağdad Amreyev üzv ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsi, əlaqələrin inkişafı baxımından TDƏŞ-in önəmli platforma olduğunu qeyd edib, Azərbaycanın təşkilatda fəal iştirakını vurğulayıb.

BAKI, 10 sentyabr — Sputnik. Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevlə görüşü keçirilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.

Mikayıl Cabbarov Azərbaycanın TDƏŞ üzvü olan dövlətlərlə əməkdaşlığının yüksək səviyyədə olduğunu, ölkəmizin iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edib, TDƏŞ Baş katibi Bağdad Amreyevə bu ilin iyul ayının 14-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı ilə əlaqədar verdiyi bəyanata görə təşəkkürünü bildirib.

İqtisadiyyat naziri TDƏŞ çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, Türk Ticarət Evinin yaradılmasının üzv ölkələrin ixrac potensialının artırılması istiqamətində müsbət təşəbbüs olduğunu vurğulayıb.

Baş katib Bağdad Amreyev üzv ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsi, əlaqələrin inkişafı baxımından TDƏŞ-in önəmli platforma olduğunu qeyd edib, Azərbaycanın təşkilatda fəal iştirakını vurğulayıb.

Görüşdə TDƏŞ çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları, "Turkic Vision – 2040" strateji konsepsiyasının hazırlanması, Birgə İnvestisiya Fondunun yaradılması, Ticarətin Asanlaşdırılması üzrə Strategiya Sənədi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

13
Koronavirus testi, arxiv şəkli

Xaricə gedənlərlə bağlı müəmma: hələ baş vaksinasiyaya qarışıb

0
(Yenilənib 13:05 16.01.2021)
“Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın” - Şahmar Mövsümov

BAKI, 16 yanvar — Sputnik. “Xaricə səfər zamanı koronavirusa görə test tələbi hələlik mütləqdir. Ancaq peyvənd olunacaq şəxsin xarici ölkələrə səfəri zamanı test tələb olunub-olunmayacağı barədə hələlik qəti fikir söyləyə bilmərəm”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümovun sözlərinə görə, hələ ki bu məsələyə  baxılmayıb: “Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın”.

0
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Bakıda çovğun, arxiv şəkli

Bazar sürprizi: Bakıda qar yağacaq, çovğun olacaq

2
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, yanvarın 19-u axşamdan 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi arabir 15-18, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.

2
Teqlər:
çovğun, qar, xəbərdarlıq, hava proqnozu