Bakıda supermarketin fəaliyyəti, arxiv şəkli

Endirimlərlə bağlı reklamlar alıcıları çaşdırır

17
İstehlakçılar ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, xidmətin "qaynar xətt"inə (498-15-01 və 498-15-04) müraciət edə bilərlər.

BAKI, 10 sentyabr — Sputnik. Bazar subyektləri bir sıra hallarda daha çox alıcı cəlb etmək məqsədilə əmtəələrin (malların) qiymətlərində endirimlər tətbiq edirlər. Xüsusən də, bayram günləri və mövsümü tətbiq olunan endirimlərlə bağlı istehlakçıları məlumatlandırmaq və satışı stimullaşdırmaq üçün reklamlardan istifadə olunur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, daxil olan müraciətlərin araşdırılması zamanı bəzi hallarda endirimlərlə bağlı reklamların düzgün və dolğun verilmədiyi, istehlakçıların çaşdırıldığı müəyyən edilir.

Nəzərə alınmalıdır ki, əmtəələrin (malların) alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçim sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması, istehlakçıların çaşdırılması haqsız rəqabətə səbəb olur. Bu cür reklam üsulları qanunla qadağandır və belə hallara yol verən sahibkarlara qarşı məsuliyyət tədbirləri nəzərdə tutulur.

Bazar subyektləri qanun pozuntusuna yol verməmək və məsuliyyətə cəlb edilməmək üçün endirimlərlə bağlı reklam verərkən mütləq qaydada "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq reklamda aşağıdakı məlumatların göstərilməsini təmin etməlidirlər:

- qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi və müddəti;

- qiyməti dəyişdirilən əmtəələrin (malların) siyahısı;

- qiyməti dəyişdirilən əmtəənin (malın) mövcud qiyməti;

- əmtəənin (malın) qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq, yaxud nisbi ifadə ilə dəyişməsi.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların endirimli məhsul təklif edən mağazaların reklamlarında yuxarıda sadalanan məlumatların mütləq qaydada qeyd olunmasına və təqdim edilən endirimlərin şərtlərinin reklamda verilən məlumatlarla uyğunluğuna xüsusi diqqət yetirmələrinin vacibliyini bildirir.

İstehlakçılar ticarət obyektlərində endirimlərin düzgün tətbiq olunmaması halları ilə rastlaşdıqda, xidmətin "qaynar xətt"inə (498-15-01 və 498-15-04) müraciət edə bilərlər.

17
Yerevanda etirazlar

Ermənistan dünyanın vecinə deyil - Serj Sarqsyanın səfir kürəkənindən şok sözlər

0
(Yenilənib 18:41 22.01.2021)
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır” - erməni politoloq.

BAKI, 22 yanvar - Sputnik. “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan söyləyib.

Qeyd edək ki, son günlər Ermənistanda bu ölkənin ictimaiyyətinə xas olmayan bir sıra bəyanatlar gündəmə gəlib. Məsələn, yanvarın 20-də ölkənin baş naziri Nikol Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib. Bu gün isə N.Paşinyanın əqidədaşı, politoloq Levon Şirinyan daha sərt açıqlama verib:

“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.

0
Maliyyə Nazirliyi

Maliyyə Nazirliyi cəbhə bölgəsində olan hərbçilərin maaşlarının azalması barədə

8
(Yenilənib 19:02 22.01.2021)
Maliyyə Nazirliyi hərbi qulluqçuların pul təminatı məsələsinə hər hansı populist və emosional çalarların qatılmasının qəbuledilməz olduğunu bəyan edir və müxtəlif “ekspertlər” tərəfindən məsələnin mahiyyətinə varmadan tələsik rəylərin verilməsini pisləyir

BAKI, 22 yanvar - Sputnik. "Bəzi mətbuat orqanlarda və sosial şəbəkələrdə hərbi qulluqçuların əməkhaqqının azaldılmasına dair dərc olunanlarla bağlı Maliyyə Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının hərbi qulluqçularının pul və maddi təminatı "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında həyata keçirilir. Həmin qanunun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır".

Bu barədə Sputnik Azərbaycan-a Maliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Vətən müharibəsi başlanan dövrdə elan edilən qismən səfərbərliklə Azərbaycan ordusunun şəxsi heyəti ehtiyatda olan zabit və gizirlər, habelə əsgərlər hesabına artırılıb: "Ermənistan üzərində zəfər qazandıqdan sonra orduya cəlb edilən hərbiçilərin bir hissəsi artıq tərxis edilib, bununla əlaqədar hazırda Müdafiə Nazirliyinin hərbi qulluqçularının sayının, o cümlədən “Hərbi qulluqçuların statusu haqqında” qanunun yuxarıda qeyd olunan maddəsinə uyğun olaraq ikiqat pul təminatı ilə əhatə olunan hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi zərurəti yaranıb".

Nazirlikdən bildirilib ki, Vətən müharibəsindən əvvəl Müdafiə Nazirliyi tərəfindən ikiqat pul təminatı təmas xəttində xidmət keçən hərbi qulluqçulara ödənilib: "Vətən müharibəsi zamanı isə Qarabağ ərazisində, döyüş şəraitində olan, habelə bütün digər döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikiqat pul təminatı ödənilib. Ermənistanın kapitulyasiyasından sonra təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən Müdafiə Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bununla əlaqədar Maliyyə Nazirliyi tərəfindən Müdafiə Nazirliyinə müvafiq sorğular edilib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaq".

Eyni zamanda, işğal altında olan ərazilərin azad olunması nəticəsində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Respublikasının İran və Ermənistanla dövlət sərhədlərinin qorunması ilə bağlı yeni vəzifələrin həyata keçirilməsinə başlanılıb. Hal-hazırda bu qurumla da Müdafiə Nazirliyində olduğu kimi ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir.

Bununla yanaşı, qeyd olunmalıdır ki, ikiqat əməkhaqqının hesablanması istinad olunan qanuna əsasən, döyüş şəraiti, döyüş əməliyyatlarında iştiraka görə həyata keçirilir və hərbi qulluqçunun xidmət keçdiyi hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə almır.

Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına hündürlük 1 200 metrdən 1 500 metrədək olduqda 10%, 1 500 metrdən 2 000 metrədək olduqda 20%, 2 000 metrdən yuxarı olduqda isə 30% əlavə ödəniş hesablanır. Həmin əmsallar dağlıq ərazilərdə xidmət göstərən hərbi qulluqçulara da şamil olunur. Bildiririk ki, rəşadətli Azərbaycan ordusunun hərbi qulluqçularının pul təminatı ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və  maliyyələşmə bundan sonra da müvafiq qanunvericilik əsasında davam etdiriləcək.

"Maliyyə Nazirliyi hərbi qulluqçuların pul təminatı məsələsinə hər hansı populist və emosional çalarların qatılmasının qəbuledilməz olduğunu bəyan edir və müxtəlif “ekspertlər” tərəfindən məsələnin mahiyyətinə varmadan tələsik rəylərin verilməsini pisləyir", - nazirlikdən bildirilib.

8