Həbs, arxiv şəkli

Azərbaycanda şirkət rəhbəri həbs edildi

37
(Yenilənib 12:31 10.09.2020)
Hazırda cinayət işi üzrə qeyd olunan halların tam və hərtərəfli yoxlanılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

BAKI, 10 sentyabr — Sputnik. Ayrı-ayrı sahibkarlıq subyektlərinin qanunsuz əməllərinə qarşı prokurorluq orqanları tərəfindən mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilməkdə olan belə tədbirlərdən biri kimi, Türkiyə Respublikası vətəndaşının müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma nəticəsində "Güllübulaq" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və faktiki rəhbəri Adıgözəlov Füzuli Qəşəm oğlunun 2011-2015-ci il tarixlərdə MMC-nin adına Türkiyə Respublikasından müxtəlif məhsullar idxal edib "Güllübulaq" MMC-nin anbarına mədaxil etmədən həmin Cəmiyyətə məxsus 1 milyon 885 min manat məbləğində pul vəsaitinin hesabına malların dəyərini və gömrük rüsumlarını ödəməsinə, habelə malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyərək mənimsəməsinə və bununla da, "Güllübulaq" MMC-ə külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Füzuli Adıgözəlovun Cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən maddi məsul rəhbər vəzifəli şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub, dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq 2011-2015-ci illər ərzində ümumilikdə 8 milyon 396 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmasına da əsaslı şübhələr yaranıb.

Qeyd edilən xüsusatlara əsasən 9 sentyabr 2020-ci il tarixdə Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan halların tam və hərtərəfli yoxlanılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

37
Bakıda qarlı hava, arxiv şəkli

Bakıda şaxta gözlənilir

0
Havanın temperaturu gecə saatlarında 0 dərəcəyə yaxınlaşacaq. Yanvarın 20-dən 21-nə və 21-dən 22-nə keçən gecə paytaxtda temperaturun 0-mənfi 2 dərəcə olacağı proqnozlaşdırılır".

BAKI, 19 yanvar — Sputnik. "Bu gün ərzində ölkə ərazisində Aralıq dənizi siklonunun keçməsi nəticəsində respublikanın əksər rayonlarında yağıntılı hava müşahidə edilir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, saat 12-yə olan məlumata görə, gecə saatlarından yağan qar respublikanın dağlıq və dağətəyi rayonlarında qar örtüyünün yaranmasına səbəb olub: "Ən yüksək qar örtüyü Qax rayonunun dağlıq ərazilərində müşahidə edilib. Burada qar 40 sm-dən artıq olub. Şəki, Gədəbəy, Göygül, Daşkəsən, Oğuz, Şəki, Quba, Altıağac, Ordubad, Qəbələ, Qusarda qar örtüyünün hündürlüyü 2 sm-dən 15 sm-dək müşahidə edilib. Gün ərzində respublikanın əksər rayonlarında yağıntılar davam edəcək və axşama doğru, ayın 20-də, hətta respublikanın Aran rayonlarında yağışın sulu qara və qara keçəcəyi proqnozlaşdırılır".

U.Tağıyeva qeyd edib ki, Bakıda və Abşeron yarımadasında ayın 20-də yağışın sulu qar və qarla qarışıq yağması gözlənilir: "Havanın temperaturu gecə saatlarında 0 dərəcəyə yaxınlaşacaq. Yanvarın 20-dən 21-nə və 21-dən 22-nə keçən gecə paytaxtda temperaturun 0-mənfi 2 dərəcə olacağı proqnozlaşdırılır".

Milli Hidrometeorologiya Xidmətinin yaydığı ümumi məlumata görə, sabah havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Yanvarın 20-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yolların buz bağlayacağı gözlənilir.

0
Teqlər:
buz, şaxta, hava
Xınalıqda qarlı hava

Bakılılar üçün matah, dağ əhli üçün bərəkət - VİDEO

5
(Yenilənib 13:44 19.01.2021)
Xınalıq kəndi ağappaq qarın əsarətindədir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün yağıntının miqdarı bir qədər də arta bilər.

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanın şimal rayonlarına qar yağıb.

Sputnik Azərbaycan-ın məlumatına  görə, Quba, Qusar və Xızı ağ örpəyə bürünüb. Qubanın Xınalıq kəndində qarın hündürlüyü 15 sm-ə çatıb, 7 dərəcə şaxta var.

Milli Hidrometeorologiya Xidməti bildirib ki, bu gün ölkə ərazisində yağıntının intensivləşəcəyi, havanın temperaturunun daha 4-5 dərəcə aşağı enəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, aran bölgəsində isə yağışın sulu qara keçəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda havanın şaxtalı keçməsi yolların buz bağlamasına səbəb olacaq.

5
Teqlər:
hava, qar, Bakı