ABŞ-da epidemioloji vəziyyət

Onların sayı durmadan artır - Çarə isə hələ yoxdur

14
(Yenilənib 10:58 10.09.2020)
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 362 min 107 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 sentyabr — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 27 864 867-yə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 903 698 nəfər vəfat edib, 18 776 874 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 6 milyon 362 min 107 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 1 037 564 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

14
Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Ermənistanın sərhəddə törətdiyi təxribatlara münasibət bildirib

3
(Yenilənib 15:52 21.09.2020)
Bu gün də iki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb

BAKI, 21 sentyabr — Sputnik. "Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə zərbə vurur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

O sentyabrın 21-də Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea telefon danışığı zamanı həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib. Bu gün də iki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Ordumuzun əsgəri yaralanıb
Qarabağın azərbaycanlı icması: "Xalqımıza silah yönəldərək nəyə nail olmaq istəyir?"
XİN Azərbaycan Ordusunun çavuşunun şəhid olması ilə bağlı açıqlama yaydı
Rəsmi Bakı: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır
Elektrik mənbəyi, arxiv şəkli

Mebel salonunda ölüm: bağbanı cərəyan vurdu

2
(Yenilənib 15:15 21.09.2020)
Mebel salonunda bağban işləyən Rəhman Aslanov elektrik otağında elektrik cərəyanının təsirinə məruz qalaraq ölüb

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 20-də saat 06 radələrində Yasamal rayonu ərazisində Rəhman Aslanovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Yasamal Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Yasamal rayonunda yerləşən "Evra" MMC-yə məxsus "Voga" mebel salonunda bağban işləyən Rəhman Aslanovun həmin mebel salonun elektrik otağında elektrik cərəyanının təsirinə məruz qalaraq ölməsi müəyyən edilib. Hazırda fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma davam etdirilir.

2
Teqlər:
bağban, Bakı, mebel salonu, ölüm, elektrik cərəyanı
Əlaqədar
Elektrik cərəyanın vurduğu fəhlə ilə bağlı cinayət işi açıldı
İstilik Elektrik Stansiyasında fəhlə öldü
Qəbələ sakinini elektrik cərəyanı vurdu
Sürücünü cərəyan öldürdü