Marixuana nümunələri, arxiv şəkli

İndiyədək yalnız "Saqqal Ramiz" var idi, indi "Çopur Ramiz" oldu

44
(Yenilənib 10:30 10.09.2020)
Ramiz Quliyevin göstərişi əsasında onun evində narkotik vasitəni hazırlayan daha 2 nəfər, "Çopur Ramiz"in yaxınları - əvvəllər oğurluğa görə, məhkum olunmuş Zaqatala şəhər sakini Süleyman Davudov və Yuxarı Tala kənd sakini Murtuzəli Georgiye saxlanılıb.

BAKI, 10 sentyabr — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, alınmış əməliyyat məlumatları əsasında keçirilmiş tədbirlər nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş, bölgədə narkobaron kimi tanınan rayonun Yuxarı Tala kənd sakini Ramiz Quliyev saxlanılıb.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxslər

Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan 5,5 kiloqram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman Ramiz Quliyevin göstərişi əsasında onun evində narkotik vasitəni hazırlayan daha 2 nəfər, "Çopur Ramiz"in yaxınları - əvvəllər oğurluğa görə, məhkum olunmuş Zaqatala şəhər sakini Süleyman Davudov və Yuxarı Tala kənd sakini Murtuzəli Georgiye saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

44
Teqlər:
marixuana, narkotik maddə, narkobaron
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Mövlud Çavuşoğlu: "Ermənistanı ağlını başına toplamağa çağırıram"

4
(Yenilənib 23:33 21.09.2020)
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanı hücumları dayandıraraq, ağlını bağına toplamağa çağırıb.

BAKI, 21 sentyabr — Sputnik. Ermənistanın hücumu nəticəsində bu gün şəhid olan kiçik çavuş Elşən Məmmədova Allahdan rəhmət, ailəsinə və qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Sputnik Azərbaycan-ın məlumatına görə, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu bu sözlərlə Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib.

Nazir sosial şəbəkə hesabından yazıb:

"Ermənistanı hücumları dayandıraraq, ağlını bağına toplamağa çağırıram. Can Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq".

Xatırladaq ki, sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi hərbi qulluqçusu, 1982-ci il təvəllüdlü kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

4

Prezident siyasi partiyalarla dialoq barədə: Bu, bizim siyasi sistemimizi gücləndirəcək

3
(Yenilənib 22:24 21.09.2020)
İlham Əliyev: "Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib".

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında deyib.

"Bir neçə ay öncə biz geniş siyasi dialoq təşəbbüsünü başlatmışıq. Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir", - deyə dövlətimizin başçısı bildirib.

3