Oskar heykəli, arxiv şəkli

"Oskar" mükafatında yeniliklər - bundan sonra...

427
(Yenilənib 14:34 09.09.2020)
Bundan sonra ekran əsərinin "İlin ən yaxşı filmi" nominasiyasına iddia etmək üçün ən azı dörd meyardan ikisinə cavab verməsi lazım gələcək.

BAKI, 9 sentyabr — Sputnik. Amerika Kino Sənəti Akademiyası “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına namizəd olan film müəllifləri üçün yeni standartlar müəyyən edib.

Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yeni qaydalar irqi, etnik, seksual və başqa azlıqlar, o cümlədən qadınlara qarşı yönəlmiş təzyiqlərlə mübarizə məqsədilə müəyyən edilib.

Bundan sonra ekran əsərinin "İlin ən yaxşı filmi" nominasiyasına iddia etmək üçün ən azı dörd meyardan ikisinə cavab verməsi lazım gələcək.

Beləliklə, birinci və ya ikinci plan rolunu oynayan aktyorlardan ən azı biri irqi və ya etnik azlığın nümayəndəsi olmalıdır. Əks təqdirdə yerdə qalan truppanın ən azı 30 faizi qadınlar, irqi, etnik, seksual azlıqlardan və ya fiziki məhdudiyyətli şəxslərdən ibarət olmalıdır.

Eyni tələb filmin istehsalında iştirak edən texniki və yaradıcı heyət qarşısında da qoyulur, o cümlədən marketoloqlar, ictimaiyyətlə əlaqələr və kinoprokatla məşğul olanlara da aid edilir.

Sonuncu meyar isə yuxarıda adı çəkilən qruplardan stajçı və təcrübəçi dəvət etmək barədədir.

Yeni qaydalar 2024-cü ildə “Oskar”a namizəd olan filmlərə tətbiq ediləcək.

427
Teqlər:
film, nominasiya, dəyişiklik, mükafat, ABŞ, Hollivud, Oskar mükafatı, Oskar
Əlaqədar
“Əsas instinkt”in ulduzu bütün sirlərini açacaq
Robert de Niro və Al Paçino yenidən eyni filmdə rol aldılar
Hollivud ulduzu keçmiş sevgilisinin bənzəri ilə eşq yaşayır
Koronavirus "Qaya"nı da haqladı: Hollivud ulduzu ailəlikcə yoluxdu
"Oskar" mükafatçısı dünyasını dəyişib
Artilleriya bölmələrinin atəşi

Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib - VİDEO

12
(Yenilənib 16:17 28.09.2020)
Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

BAKI, 28 sentyabr — Sputnik. Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib – VİDEO

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib. Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

https://mod.gov.az/az/news/agdere-istiqametinde-dusmenin-artilleriya-bolmelerine-zerbeler-endirilib-video-32390.html

 

12
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan: "Türkiyə Azərbaycanın yanındadır. Artıq hesab vaxtı gəldi"

35
(Yenilənib 16:03 28.09.2020)
Ərdoğan: Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməsi ilə bölgə yenidən sülh və dincliyə qovuşacaq.

BAKI, 28 sentyabr — Sputnik. Ötən gün Azərbaycan torpaqlarına hücum edən Ermənistanı bir daha qınayıram. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Tarix, Siyasət və Ölkələrarası dəniz hüququ və Şərqi Aralıq dənizi simpoziumu"nda çıxışı zamanı bildirib.

"Türkiyə, bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməsi ilə bölgə yenidən sülh və dincliyə qovuşacaq. Artıq hesab vaxtı gəldi. Azərbaycan istər-istəməz öz göbəyini özü kəsmək məcburiyyətində qalmışdır", – deyə Ərdoğan qeyd edib.

35