Bıçaq əlində kişi, arxiv şəkil

Əczaçı qadın yerində bıçaqlanıb

25
(Yenilənib 22:23 08.09.2020)
40 yaşlı qadını aptekdə həyat yoldaşı bıçaqlayıb. Anar İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 sentyabr — Sputnik. Mingəçevirdə yaşayan 40 yaşlı qadın işlədiyi aptekdə bıçaqlanıb. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, qadın işlədiyi aptekdə həyat yoldaşı Anar İsmayılov tərəfindən aralarında yaranan mübahisə nəticəsində bıçaqlanıb. Ağır bədən xəsarətləri alan Könül Mirzəliyeva Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, tərəflər arasında tez-tez münaqişə yarandığı bildirilir. Hadisəni törədən A.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

25
Pulemyot atəşi, arxiv şəkli

Cəbhədə gərgin gecə: atəşkəs 69 dəfə pozuldu

0
(Yenilənib 09:35 24.09.2020)
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub

BAKI, 24 sentyabr — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Cəbhədəki son vəziyyətlə bağlı rəsmi açıqlama
Mövlud Çavuşoğlu: "Ermənistanı ağlını başına toplamağa çağırıram"
Azərbaycan parlamentinin spikeri: "Rusiyanın əlindən gələni əsirgəməyəcəyinə ümid edirik"
Ərdoğan İlham Əliyevə başsağlığı verdi, dəstəyini bildirdi
Paşinyana yol göründü: Ermənistan müxalifəti ümummili mitinq keçirəcək

Heç yenisindən özümüzü qoruya bilmirik, köhnəsi özünü yetirib

7
(Yenilənib 09:00 24.09.2020)
"Bu zaman orqanizm iki düşmənlə mübarizə aparmalı olur. Ona görə də koronovirusa və eyni zamanda mövsümi infeksiyaya yoluxmaq təhlükəli sayılır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. "Koronavirus pandemiyası dövründə mövsümi infeksion xəstəliklərin baş qaldırması vəziyyəti daha da çətinləşdirəcək". Bu barədə yerli mətbuata pediatr Vaqif Qarayev bildirib. O, deyib ki, payız mövsümü ilə bağlı respirator infeksiyalar baş qaldırdıqca, koronavirusla mübarizə çətinləşəcək. Onun sözlərinə görə, həkimlər də, müəllimlər də, valideynlər də çıxılmaz vəziyyətdə qalacaq.

"The Daily Telegraph" qəzeti də mövsümi qripə və yeni koronavirus infeksiyasına eyni vaxtda yoluxmanın (super infeksiya) insanın ölüm riskini xeyli artırdığına dair Böyük Britaniyanın "Public Health England" (PHE) hökumət xidmətinə istinadən məlumat yayıb. Məlumatda qeyd edilir ki, yanvardan aprel ayına qədər xəstəxanalara yerləşdirilən pasiyentlərin xəstəlik tarixçəsinin tədqiqi zamanı "super infeksiyaya" yoluxanlarda ölüm səviyyəsinin 43 faizə çatdığı məlum olub. Halbuki təkcə koronavirusa yoluxanlar arasında bu göstərici 23 faiz təşkil edir.

"İnsanlar hələ də qripin soyuqdəyməyə bənzədiyini düşünür, lakin bu, belə deyil. Əgər siz hər iki infeksiyaya yoluxsanız ciddi problemləriniz olacaq", - deyə qripli pasiyentlər xəstəxanaya yerləşdirilən zaman koronavirusa yoluxma təhlükəsinə diqqət çəkən PHE-nin tibbi direktoru İvonn Doyl bildirib.

Qeyd edək ki, artıq ölkəmizdə yeni tədris ilinin ilk həftəsindən koronavirusa yoluxma halları aşkarlanıb. Bəs görəsən uşaqlar arasında koronovirusla yanaşı mövsümi infeksiyalara yoluxma hallarının qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Sputnik Azərbaycan-a bununla bağlı açıqlama verən Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev bildirib ki, iki infeksiya orqanizmə düşdükdə xəstəlik daha da ağır keçir: "Bu zaman orqanizm iki düşmənlə mübarizə aparmalı olur. Ona görə də koronovirusa və eyni zamanda mövsümi infeksiyaya yoluxmaq təhlükəli sayılır".

Bununla belə baş pediatr indidən payız-qış mövsümündə vəziyyətin çətin olacağını söyləməyin tez olduğunu bildirir. N.Quliyev deyir ki, hava soyuyanda mövsümi xəstəliklər də artır. Amma koronavirusa görə aparılan qorunma tədbirləri hər birimizi mövsümlə yayılan viruslardan da qorumuş olur: "Bu, bir gümandır. İnsanları xəbərdar edirlər ki, havalar soyuyanda viruslara qarşı ehtiyatlı olun. Çünki, mövsümlə bağlı virusların törətdikləri xəstəliklər daha da artır. Amma nəzərə almalıyıq ki, biz indiyə qədər etmədiklərimizi edirik. Koronavirusa görə aparılan tədbirlər sayəsində həm də digər viruslara qarşı da qorunuruq. Ona görə də tək koronavirusun yox, digərlərinin də yayılması ehtimal ki, az olacaq. Bu gün əksəriyyətimiz maska taxıb məsafəni qorumaqla yanaşı gigiyenaya əməl edirik. Bu tədbirlər bizi mövsümi viruslardan da qoruyur".

N.Quliyev ölkəmizə gətirilməsi planlaşdırılan mövsümi qripə qarşı peyvəndin də bu baxımdan böyük əhəmiyyətinin olacağını söyləyir. Baş pediatr bildirir ki, bu peyvəndlərin epidemioloji vəziyyətlə bağlı uşaqlara vurulması da zəruridir: "Artıq məktəblilər arasında koronavirusa yoluxma halları var. Payız mövsümündə şagirləri mövsümi viruslardan qorumaq da lazımdır. Hələ ki bu peyvəndlərin kimlərə vurulacağı bəlli deyil. Güman ki, risk qrupuna daxil olan şəxslər peyvənd ediləcək. Əlbəttə ki, yaşlı şəxslər ön plandadır. Daha sonra xidmət sahələrində çalışanlar vaksin edilməlidir. Qripə qarşı peyvəndlə orqanizmi mövsümi viruslardan müdafiə etmək olar. Amma bununla yanaşı, deyilən tələblərə də əməl edilməlidir. İnsanlar mütləq havaya uyğun geyinməli, qidalanmalarına diqqət etməlidirlər. Uşaqları səhər məktəbə ac yola salmaq olmaz. Bu onların immun sistemini zəiflədir. Təəssüf ki, bəzi valideynlər uşaq məktəbə gecikməsin deyə onu ac yola salır. Bu isə onun orqanizminin xəstəliklərə qarşı müdafiəsini zəiflədir".

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm də Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa mövsümi qriplə eyni anda yoluxma xəstənin vəziyyətini ağırlaşdıra bilər: "Ola bilər ki, adi qripi insan yüngül keçirsin. Amma koronavirusa yoluxub həmçinin qripə yoluxma insanın səhhətini daha ağırlaşdırır. Çünki iki virusla orqanizmin mübarizə aparması çətin olur. Ona görə də, insanlar özlərini pandemiya dövründə mövsümi xəstəliklərdən də qorumalıdırlar. Orqanizm virusdan zəiflədikdə müqavimət zəifləyir. Belə halda isə ölüm riski artır".

7