İmza, arxiv şəkli

Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqləndi

53
(Yenilənib 18:52 08.09.2020)
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edib.

BAKI, 8 sentyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, komissiyanın tərkibi aşağıdakı şəkildə formalaşdırılıb:

Komissiyanın sədri

Samir Nuriyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri

Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Gündüz Kərimov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi

Fikrət Məmmədov - Azərbaycan Respublikasının Ədliyyə naziri

Vilayət Eyvazov - Azərbaycan Respublikasının Daxili İşlər naziri

Əli Nağıyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Allahşükür Paşazadə - Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri

Əhliman Əmiraslanov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə komitəsinin sədri

Zahid Oruc - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri

Fazil Mustafa - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini

Azay Quliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Sədaqət Vəliyeva - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Aynur Sofiyeva - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini

Rəşad Məcidov - Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü

Əliməmməd Nuriyev - "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri

Bəyimxanım Verdiyeva - "Xan Şuşinski" Fondunun rəhbəri

Mehriban Vəliyeva - Akademik Zərifə Əliyeva adına liseyin direktoru

Komissiyanın katibi

Kəmalə İsmayılova - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektorunun müdiri".

53
 Azərbaycan hərbçiləri, arxiv şəkli

Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi bəlli oldu

0
(Yenilənib 14:43 26.11.2020)
"Vətən Müharibəsi Qəhrəmanı" adının xüsusi fərqlənmə nişanı - "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının medalıdır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsinə görə, "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

"Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmənin qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

"Vətən Müharibəsi Qəhrəmanı" müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.

"Vətən Müharibəsi Qəhrəmanı" adının xüsusi fərqlənmə nişanı - "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının medalıdır.

"Vətən Müharibəsi Qəhrəmanı" medalının təsviri qanunla müəyyən olunur. "Vətən Müharibəsi Qəhrəmanı" medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.

"Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxsə aşağıdakılar təqdim edilir:

- "Vətən Müharibəsi Qəhrəmanı" medalı;

- "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.

"Vətən Müharibəsi Qəhrəmanı" eyni şəxsə bir dəfə verilir. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edirlər. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir.

Qanuna layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

0
Teqlər:
Milli Məclis, medal, Azərbaycan
Bakıda karantin rejimi zamanı insanlar

Böyük dövlətlərin oyunu "əjdaha" gənclərimiz - Bakılılara çənəni sevdirən qadağa - FOTO

5
(Yenilənib 14:38 26.11.2020)
"Xəstəlikdən qorxacağam? Boş şeydir. Lap yoluxsam da ağır keçirəcəyimi düşünmürəm. Sapsağlam adamam. Heç bir xəstəliyim yoxdur. Odur ki, maskanı sadəcə cərimə edilməmək üçün çənəmin altına taxıram" - Bakı sakini

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.

Paytaxtda maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.

Müvafiq yerlərdə tibbi maskadan istifadə olunmaması və ya tələb olunan normalara uyğun taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

Şəhərimizin bəzi sakinləri isə belə düşünmürlər. Sputnik Azərbaycan bu gün paytaxt sakinlərinin karantin qaydalarına necə əməl etdiklərini müşahidə edib.

Əksər vətəndaşlar karantin qaydalarına əməl edərək maskalardan istifadə edirlər.

© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Bəziləri isə maskanı sadəcə cərimə edilməmək üçün çənələrinin altına taxırlar.

Məsələn, Bakı sakini 56 yaşlı Əsəd Əliyev deyir ki, koronavirus infeksiyasının varlığına inanmır. Bakı sakini elə hesab edir ki, bu, dünyanı idarə edən ölkələrin oyunudur.

Maska taxmaq məsələsinə gəldikdə isə, o deyib ki, maskanı sadəcə cərimə edilməmək üçün taxır: "Görürsünüz ki, çənəmin altında maska var. Yəni qanuna tabe oluram. Amma xəstəliyə inanmıram".

Qeyd edək ki, paytaxtda daha çox yaşlılar karantin qaydalarına əməl etmirlər. Yaşı 60-ı ötmüş vətəndaşlar maska taxmağı əhəmiyyətli hesab etmirlər.

Gənclər isə maskanı çənənin altına taxmağa üstünlük verirlər.

İnsanların kütləvi toplaşdığı yerlərdə, məsələn, dayanacaqlarda sosial məsafəyə əməl edilməsə də, vətəndaşlar maska taxırlar.

© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Nigar Eyyubova deyir ki, pandemiya başlayan gündən maska taxıb. Və o, bunu hansısa məbləğdə cərimə edilməmək üçün yox, sağlamlığın önəmli olduğunu fikirləşdiyi üçün edib:

"Mənim evimdə yaşlı anam-atam var. Mən özümü qorumalıyam ki, onları da qoruya bilim. Virusun olduğuna inanıram. Belə yalan ola bilməz. Buna görə də, özümü qoruyuram ki, yoluxmayım. Maska da taxıram, çantamda spirt və antibakterial salfet də gəzdirirəm. Bacardığım qədər insanlarla yaxın ünsiyyətdə olmuram".

28 yaşlı Ələddin Məmmədov isə hesab edir ki, virus gənclərə yoluxmur. Yoluxsa da, gənclər bu xəstəliyi ağır keçirmirlər.

"Xəstəlikdən qorxacağam? Boş şeydir. Lap yoluxsam da ağır keçirəcəyimi düşünmürəm. Sapsağlam adamam. Heç bir xəstəliyim yoxdur. Odur ki, maskanı sadəcə cərimə edilməmək üçün çənəmin altına taxıram. Cəmi 500 manat maaş alıram. Onun da 100 manatını cəriməyə versəm, nə qaldı ki..."

  • Bakıda karantin rejimi zamanı insanlar
    © Sputnik / Irade JELIL
  • Bakıda karantin rejimi zamanı insanlar
    © Sputnik / Irade JELIL
  • Bakıda karantin rejimi zamanı insanlar
    © Sputnik / Irade JELIL
1 / 3
© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Ə.Məmmədov siqaret aludəçisi olduğu üçün maska taxmaq ona bəzən yorucu gəlir. Amma cərimə edilməmək üçün siqaret çəkmədiyi zamanlar da olur.

Şəhərimizdə qanunlara tabe olub maska taxanlar da var, cərimə edilməkdən qorxub maska taxanlar da, özünü xəstəlikdən qorumaq üçün maska taxanlar da... Maska taxmayanlar isə bunu maska almağa pulları olmaması ilə izah edirlər. Məsələn, süpürgəçi işləyən 58 yaşlı Naibə xanımın sözlərinə görə, hər gün maska almağa pulu çatmır. Deyir, özü üçün evdə xüsusi maska tikməyə də vaxtı yoxdur. Amma söz verir ki, bu həftəsonu qanunlara tabe olmaq adına özü üçün maska tikəcək.

Belə...

Xatırladaq ki, hazırda dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası müşahidə olunur. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələr sərt karantin qaydaları tətbiq edir.

© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Pandemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslərə 100 manat məbləğində, vəzifəli şəxslərə 200 manat məbləğində, hüquqi şəxslərə 400 manat məbləğində cərimə tətbiq edilir.

Eyni zamanda, bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qanun qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilirlər.

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslərə 200 manatdan 400 manatadək, vəzifəli şəxslərə 3 min manatdan 4 min manatadək, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq edilir. Hüquqi şəxslər isə 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilirlər.

© Sputnik / Irade JELIL
Bakıda karantin rejimi zamanı insanlar

Qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 2 min manatdan 5 min manatadək məbləğdə cərimə edilirdilər.

5
Teqlər:
cərimə, maska, qaydalar, Koronavirus, epidemiya, COVID-19, Bakı